Bu qərar təşviş yaratdı: İnsanlar küçədə qalacaq, Bakıda xaos olacaq?
Digərləri 10 Apr 2025 00:18:00 118 0
"Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, "Qırmızı" və "Yaşıl" xətlərin ayrılması layihəsi çərçivəsində "Cəfər Cabbarlı" və "Nizami" stansiyaları arasında birləşdirici tunelin inşa edilməsi səbəbilə "28 May" stansiyasından "Dərnəgül" stansiyası istiqamətinə doğru qatarların hərəkəti müvəqqəti təşkil edilməyəcək.
Bu xəbəri də oxu: Bakı məktəbliləri, 1975ci il illərin saf gülüşü və təmiz niyyəti heç vaxt unudulmur!
Sirr deyil ki, son illər paytaxtda əhalinin sayı sürətlə artır. Şəhərdə günün istənilən saatında tıxac əlindən tərpənmək mümkün olmur. İnsanlar mənzil başına vaxtında çata bilmir, saatlarla yollarda qalırlar.
Nə qədər sıxlıq yaşansa da, sərnişindaşıma üçün ən keyfiyyətli nəqliyyat vasitəsinin metro olduğunu deyə bilərik. Çünki metro digər sərnişindaşıma vasitələrindən daha sürətli və əlverişlidir. Lakin qeyd olunan tunelin inşası ilə əlaqədar qatarlar azı 6-8 ay ərzində "28 May"dan "Dərnəgül" istiqamətinə hərəkət etməyəcək ki, bu da şəhərdə daha böyük sıxlıq yaradacaq və əhali daha böyük çətinliklərlə üzləşmiş olacaq.
Maraqlıdır, Bakı bu sıxlığın öhdəsindən necə gələcək? Sərnişinlərin həmin istiqamətdə rahat hərəkəti üçün alternativ addımlar düşünülübmü?
Mövzu ilə bağlı Publika.az-a danışan nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev sərnişinləri narahat edən məsələyə aydınlıq gətirdi.
Ekspert bildirdi ki, ümumi olaraq metro şəbəkəsində fərqli xətlər varsa, onların müstəqil fəaliyyəti üçün hərəsinin ayrıca deposu olmalıdır:
"Bu xətlər arasında keçid stansiyaları olmalıdır ki, sərnişin axını parçalansın, rahat hərəkət təmin olunsun. Təəssüflər olsun ki, Bakı metrosunda xətlər eyni müstəvidə kəsişir. Yəni "28 May" stansiyasında 3 xəttimiz varsa, onun yalnız ikisinin deposu var. Bu da əlavə risklər yaradır. Bu səhvləri, bu məhdudiyyətləri aradan qaldırmaq üçün müəyyən layihələr icra olmalıdır ki, metromuz daha rahat fəaliyyət göstərə bilsin və inkişafı da daha sürətli olsun. Bildiyimiz kimi, bu ilin əvvəlində dövlət proqramı təsdiq olunub. 5 il ərzində görüləcək işlər nəzərdə tutulub, xətlərin ayrılması layihəsi, "28 May" stansiyasında "Dərnəgül" deposunun tikintisi nəzərdə tutulur. Həmçinin xətlərinin ayrılması çərçivəsində "İçəri şəhər" stansiyasının arxasında dönmə kamerası nəzərdə tutulur ki, bu da birbaşa intervala təsir edən layihələrdir. Və bununla yanaşı "Bənövşəyi" xəttin şəhərin mərkəzinə çatdırılması, "Yaşıl" xəttin "Xətai" ilə "Həzi Aslanov" stansiyası ilə əlaqələndirilməsi nəzərdə tutulub.
R.Ağamirzəyev onu da qeyd etdi ki, bu işlər mərhələli icra olunacaq və yaxın 5 ildə tam bitirilməsi nəzərdə tutulur:
"İlk olaraq "Dərnəgül" deposunun tikintisinə start verildi. Elan olundu ki, bu il ərzində xətlərin ayrılmasına da başlanacaq. Xətlərin ayrılması layihəsi çərçivəsində "Qırmızı" xətt üzrə "Həzi Aslanov"- "İçəri şəhər" xətti fəaliyyəti dayanmayacaq. Amma "Yaşıl" xəttin "28 May" stansiyası "Nizami" aralığı bağlanacaq. Və "Nizami"dən "Dərnəgül"ə hərəkət fəaliyyəti təmin olunacaq. Həmçinin "28 May" ilə "Nizami" arasında "şatl" tipli avtobuslar sərnişinləri bu istiqamətdə aparacaq. Və bu layihə çox vacibdir ki, sərnişin axınını parçalasın. Yəni indiki halda "28 May"dakı vəziyyəti dəyişə bilsin. Amma yaxın 5 ildəki layihələr metronun daxilindəki sərnişin axınını parçalayacaq, daha rahat hərəkəti təmin edəcək".
Ekspert hesab edir ki, bu layihə sayəsində relsli nəqliyyatın digər növləri də inkişaf edəcək və şəhərin mərkəzində bir stansiyada yığılmanın qarşısı alınacaq:
"Dəmiryolu daşınmasının sayının 4-5 dəfə artırılması, əlavə dəmir yol stansiyaları, həm şəhərin daxildə, həm də xaricində təşkili, tramvay xəttinin çəkilməsi, ayrılmış avtobus zolaqlarının, piyada infrastrukturunun yaxşılaşdırılması ümumi şəhər mobillik planının tərkib hissəsidir. Yəni bu vahid bir orqanizmdir. Yeni layihələr icra olunduqca keçid stansiyaları daha çox olacaq. Digər dünya şəhərlərində metro şəbəkəsində olan bir neçə xətt varsa, o keçid stansiyalarının sayı daha çox olur. Bu da sərnişin axının parçalanmasına xidmət edir. Düşünürəm ki, bunu anlayışla qarşılamalıyıq. Hədəfimiz bəlli, nəticəmiz də ona köklənməlidir ki, hərəkətlilik daha rahat olsun". Son.az
Məşhur amerikalı aktrisa və teleaparıcı Dryu Berrimor öz verilişində ak

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Cəmiyyət deyir, bayağı ifaçıları çağırma, mən də çağırmıram. Sav

Ramzan Kadırov yerli sakinin bıçaqla polis əməkdaşlarına hücumuna görə

Müğənni İntizar Məmmədzadənin 25 yaşlı oğlu Vilayət ailə qurur.

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Azərbaycan

"Qarabağda etdikləriniz Ermənistanda işləməyəcək".

"WhatsApp" istifadəçilərin məxfiliyini daha da möhkəmləndirmək

"QHT işi" üzrə daha 2 nəfər cinayət məsuliyyətinə cəlb olunu

ABŞ Prezidenti Donald Tramp çərşənbə günü bildirib ki, rüsumlar ABŞ-y

"Ermənistan və İran silahlı qüvvələrinin xüsusi təyinatlı bölmə

Kərə yağı ilə xurma əcnəbiləri təəccübləndirsə də, bu dərin məna

Bakıda avtomobildəki sərnişin təhlükəli hərəkətlər edib.
