Bakıda aktyor və arvadını öldürən şəxsin cəzası BƏLLİ OLDU


Kriminal 10 Apr 2025 14:58:00 121 0

Bakıda aktyor və arvadını öldürən şəxsin cəzası BƏLLİ OLDU

Bakıda aktyor İosif Tkaç Zusyeviç və arvadı Lyudmila Tkaç Mixaylovnanı qəsdən öldürməkdə təqsirləndirilən İslam Hadıyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. Son.az "apa.az"a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, İslam Hadıyevin ömrlük azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxsin vəkili ona verilən ittihamlardan bəzilərinə xitam verilməsini və 181-ci maddənin oğurluq maddəsinə tövsif olunmasını xahiş edib. İslam Hadıyev son sözündə ona ömürlük həbs verilməməsini xahiş edib: "Mən 20 ilə də razıyam, amma sizdən xahiş edirəm mənə ömürlük cəza verməyin". Məhkəmədə hökm oxunub. Hökmə əsasən, İslam Hadıyev ömürlük azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə 2024-cü ilin oktyabrın 22-də paytaxtın Nəsimi rayonu ərazisində baş verib. İki nəfərin yaşadığı mənzildə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1973-cü il təvəllüdlü İslam Hadıyevin tamah məqsədilə yaşadıqları evdə 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviç və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işi üzrə İslam Hadıyev Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məktəbdə FACİƏ: yaralanan var like
  • 10 Apr 14:37  
Kriminal Məktəbdə FACİƏ: yaralanan var

Ağstafa rayonunda məktəblərdən birində bıçaqlanma hadisəsi olub.

arrow Ətraflı
Bu zəngləri açan kimi kartda olan vəsaitiniz OĞURLANA BİLƏR like
  • 10 Apr 14:35  
Digərləri Bu zəngləri açan kimi kartda olan vəsaitiniz OĞURLANA BİLƏR

Son günlər kiberdələduzluğun yeni formasının meydana gəlməsinə dair m

arrow Ətraflı
Faciəvi şəkildə həlak olan hərbçimizin ad günündən VİDEO like
  • 10 Apr 14:26  
Digərləri Faciəvi şəkildə həlak olan hərbçimizin ad günündən VİDEO

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu

arrow Ətraflı
Xamneyi həbs olunur? like
  • 10 Apr 14:18  
Digərləri Xamneyi həbs olunur?

Argentina prokurorları 1994-cü ildə Buenos-Ayresdə yəhudi mərkəzinin part

arrow Ətraflı
Nazim Quliyevə HÖKM OXUNDU like
  • 10 Apr 14:08  
Kriminal Nazim Quliyevə HÖKM OXUNDU

"İdeal" saytı və eyni adlı partiyanın rəhbəri Nazim Quliyevin c

arrow Ətraflı
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib like
  • 10 Apr 14:06  
Siyasət İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasın

arrow Ətraflı
Günün ən şanslı BÜRCÜ: gözlənilməz hədiyyələr olacaq like
  • 10 Apr 14:00  
Digərləri Günün ən şanslı BÜRCÜ: gözlənilməz hədiyyələr olacaq

Bu cümə axşamı ulduzlar bürcün əlamətlərindən birinə gözlənilməz h

arrow Ətraflı
Yeni reallıqlar və Azərbaycanın siyasi qətiyyəti like
  • 10 Apr 13:55  
Siyasət Yeni reallıqlar və Azərbaycanın siyasi qətiyyəti

Aprelin 9-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlha

arrow Ətraflı
Azərbaycanlı müğənni geyiminə sərvət yatırdı: 54 minlik boyunbağı, 4 minlik çanta...  FOTO like
  • 10 Apr 13:46  
Şou-biznes Azərbaycanlı müğənni geyiminə sərvət yatırdı: 54 minlik boyunbağı, 4 minlik çanta... FOTO

Müğənni Lətifə Söyüöz rəqqasə Fatimə Fətəliyevanın ad günü məcl

arrow Ətraflı
Misirdə bina ÇÖKDÜ: ölənlər var  FOTO like
  • 10 Apr 13:40  
Dünya Misirdə bina ÇÖKDÜ: ölənlər var FOTO

Misirdə dörd mərtəbəli bina çöküb.

arrow Ətraflı
"7 il birinci sinifdə qalmışam" like
  • 10 Apr 13:30  
Digərləri "7 il birinci sinifdə qalmışam"

"Dövlət məmurları öz bilik səviyyələri haqqında düşünməlidirl

arrow Ətraflı
Elməddinə Eldəniz dedi, "özündən çıxdı"  VİDEO like
  • 10 Apr 13:19  
Şou-biznes Elməddinə Eldəniz dedi, "özündən çıxdı" VİDEO

ATV-də yayımlanan "Gün ortası" verilişində maraqlı anlar yaşan

arrow Ətraflı
Bakıda 4 gün komada qalan qadın ana oldu – FOTO like
  • 10 Apr 13:18  
Digərləri Bakıda 4 gün komada qalan qadın ana oldu – FOTO

Azərbaycanda dörd gün Kliniki Tibbi Mərkəzin (KTM) Doğum-Reanimasiya şö

arrow Ətraflı