Moksvada parkinqə görə qətl törədən azərbaycanlıların məhkəməsi başladı
Digərləri 11 Apr 2025 10:17:00 478 0
Rusiyanın Moskva şəhərində Azərbaycan vətəndaşı Şahin Abbasov və onun yaxınlarının məhkəməsi başlayıb. Onlar bir il əvvəl törədilən və böyük ictimai rezonansa səbəb olan bayker Kirill Kovalevin qətlində ittiham olunurlar. İş materiallarına görə, gənc Şahin Abbasova park edilmiş avtomobillə bağlı irad bildirdiyi üçün qətlə yetirilib.
Bu xəbəri də oxu: Partlayış səsləri gəlsə, qorxmayın! Nazirlik xəbərdarlıq etdi
Son.az lent.az-a istinadən xəbər verir ki, 22 yaşlı Şahin Abbasov və onun 21 yaşlı qardaşı Şöhrət Abbasov bir qrup şəxs tərəfindən xuliqanlıq məqsədilə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin "g", "i", 2-ci hissəsi) qətl törətməkdə ittiham olunurlar. Onların atası Nizami Abbasov, dayısı Bəxtiyar Abbasov və Nahidi Hüseynov qətldə şərik olmaqda təqsirləndirilir. Digər qohumu İsaxan Abbasov isə qətldə şərik olmaqda, həmçinin iki rüşvət almada (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 291-ci maddəsinin 3-cü hissəsi) ittiham olunur.
Moskva Şəhər Məhkəməsində proses andlılar heyətinin iştirakı ilə keçirilir - bunu müttəhimlərin özləri xahiş ediblər. Qeyd edək ki, təqsirləndirilən şəxslərin əksəriyyəti rus dilini yaxşı bilmədikləri üçün iclaslarda tərcüməçi iştirak edir.
Xatırladaq ki, qətl 2024-cü il aprelin 17-də Moskvanın Krasnodarskaya küçəsində törədilib. Kirill Kovalev hadisənin baş verdiyi yerə sevgilisi ilə görüşməyə gəlib. O, binanın girişində səkidə dayanan ağ rəngli "Toyota" markalı avtomobili görərək yaxınlıqda dayanan gənclərə irad tutub. Bundan sonra tərəflər arasında mübahisə yaranıb.
Müğənni Mehin Hümbətova tıxaclardan şikayət edib.
Vətəndaşların bank kartlarından oğurluqlar davam edir.
İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı
Bu gün Siyəzən rayonunda təmir işləri ilə əlaqədar elektrik enerjisinin
Bakı metropolitenində sərnişin axınının tənzimlənməsi, qatarların hə
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyy
Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda
26 gün əvvəl avtomobil qəzasında xəsarət alan sərnişin dünən xəstəx
Xəbər verdiyimiz kimi, ötən gün Bakıda "BYD" markalı avtomobil
Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidməti
Bu BÜRCLƏR üçün sevgi və xoşbəxtlik nağılı başladı
Mağazaların "Kreditlə al, rahat ödə!" reklamları, bloqerlərin d
Mərhum reper Hüseyn Dəryanın oğlu Cahangir Muradov sosial şəbəkədə pay
Qızılın qiyməti yeni rekorda imza ataraq bir unsiyası 3 212 dollara satıl
Ölkəmizdə əmək pensiyası hüququndan istifadə etmək üçün minimum pens
