AğbəndKəlalə avtomobil körpüsünün tikintisi nə vaxt tamamlanır?
Digərləri 11 Apr 2025 12:51:00 124 0
Ağbənd avtomobil körpüsünün və ona bitişik köməkçi yolun tikintisinin 2025-ci ilin sonunadək tamamlanması planlaşdırılır.
Bu xəbəri də oxu: Sağlam yuxu üçün neçə yastıq lazımdır?
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayevin və ölkəmizdə səfərdə olan İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadeqin başçılıq etdiyi nümayəndə heyətləri, İran ərazisi vasitəsilə Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək, Zəngilan rayonunun yaxınlığında Araz çayı üzərində tikintisi davam edən Ağbənd-Kəlalə avtomobil yolu körpüsünə baxış keçirdikləri zamanı məlumat verilib.
Baxış zamanı həmsədrlərə körpünün və avtomagistraldan körpüyə bağlanacaq köməkçi yolun texniki parametrləri, burada yaradılması planlaşdırılan sərhəd-gömrük infrastrukturu barədə, eyni zamanda tikilməsi nəzərdən keçirilən yeni dəmiryolu körpüsünün layihələri barədə məlumat verilib. Qeyd olunub ki,
Bu layihə regionun strateji nəqliyyat infrastrukturunun mühüm hissəsini təşkil etməklə, bir sıra əhəmiyyətli funksiyaları yerinə yetirəcək.
Tikinti işləri başa çatdıqdan sonra yeni yol marşrutu:
Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvan Muxtar Respublikası ilə birləşdirən ən qısa və səmərəli nəqliyyat bağlantısını təmin edəcək;
Çin-Mərkəzi Asiya-Azərbaycan-İran-Türkiyə xəttini əhatə edən Şərq-Qərb nəqliyyat dəhlizinin əsas komponentlərindən biri olacaq;
Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsinin funksional imkanlarını genişləndirəcək;
Fars körfəzi ilə Qara dənizi birləşdirən, həm relyef, həm də iqlim baxımından ən əlverişli avtomobil yolu kimi çıxış edəcək.
Tikilən avtomobil yolu I texniki dərəcəyə malik olmaqla, Ağbənd-Cəbrayıl-Ağdam-Yevlax-Gürcüstan istiqamətində səmərəli yük və sərnişin daşımalarını mümkün edəcək. Paralel olaraq, təxminən bir il ərzində tamamlanması gözlənilən Ağbənd-Laçın-Kəlbəcər-Gəncə-Gürcüstan avtomobil marşrutu da bu şəbəkəyə əlavə ediləcək və regionun nəqliyyat-logistika potensialının daha da artmasına töhfə verəcəkdir.
Layihələrin reallaşması ikitərəfli və regional nəqliyyat-tranzit əlaqələrinin, yükdaşımaların artırılmasına, logistik imkanların genişlənməsinə və ümumilikdə geniş kommunikasiya bağlantılarının yaradılmasına şərait yaradacaqdır.
Reklam haqqında qanunvericiliyin pozulmasına görə cərimələr genişləndir

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca

"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiy

Daxili karantin sertifikatının verilməsinə görə dövlət rüsumu tutulmaya

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, aprelin 11-də Antalyada Azərba

Uçuş təhlükəsizliyi qaydalarının pozulmasına görə cərimələr genişl

"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyəti (QSC)

Uçuş təhlükəsizliyi qaydalarının pozulmasına görə yeni cərimələr m

Ehtiyata və ya istefaya buraxılan şəxslərin hərbi formalarını hansı gü

Mehdi Əliyev Naxçıvan Ali Məhkəməsinin hakimi təyin edilib.

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən, R

Yanvar ayında Cənubi Afrikada helikopter qəzasının səbəbi məlum olub.

Pekin Seysmoloji Agentliyinin mütəxəssisləri Asiya ərazisində növbəti bi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə yaşayıb fəaliyyət
