Nəticələrindən narazı olan şagirdlərə DİMdən CAVAB


Digərləri 12 Apr 2025 14:16:00 108 0

Nəticələrindən narazı olan şagirdlərə DİMdən CAVAB

Martın 2-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb. İmtahanda 23 nəfər 300 bal toplayaraq maksimum nəticə göstərib. Yüksək nəticə göstərənlərin sayı çoxluq təşkil etsə də, nəticələrdən narazı olan abituriyentlər də var. Bəs onlar nə etməlidir?

Son.az xəbər verir ki, modern.az mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzi (DİM) ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, aprelin 10-da imtahan nəticələri ilə yanaşı, cavab vərəqinin qrafik təsviri (yəni şagirdlərin yazdıqları), hər bir ətraflı yazılı cavab tələb edən açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın doğru cavabları, həlli, qiymətləndirmə şkalası ) iştirakçının səhifəsinə yerləşdirilib:

"Hər kəs girib öz yazdığı və doğru cavablarla tanış olmalıdır. Qiymətləndirmə meyarlara uyğun aparılır və şagirdin imtahan nəticəsi səhifəsində açıq şəkildə yerləşdirilir. Meyarlarda hansı cavaba hansı balın veriləcəyi konkret göstərilir. Təəssüf ki, iştirakçıların bəziləri dim.gov.az saytında fərdi imtahan nəticəsi səhifəsinə yerləşdirilən bu materiallarla tanış olmur və sadəcə ümumi fikir yürüdürlər".

"Ancaq yenə də xatırladırıq ki, imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 14‑16 aprel tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır.

Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə ediləcək"-məlumatda bildirilib.

Sülh sazişinin imzalanması üçün həyata keçirilməsi zəruri olan növbəti addımlar var  Bayramov like
  • 12 Apr 14:07  
Siyasət Sülh sazişinin imzalanması üçün həyata keçirilməsi zəruri olan növbəti addımlar var Bayramov

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün həy

arrow Ətraflı
Meyvənin çərdəyini uddu, ağciyərini kəsib götürdülər  FOTO like
  • 12 Apr 14:00  
Digərləri Meyvənin çərdəyini uddu, ağciyərini kəsib götürdülər FOTO

Trabzonun Akçaabat rayonunda yaşayan 66 yaşlı Fatma Karabacak udduğu meyv

arrow Ətraflı
27 yaşlı model vəfat etdi like
  • 12 Apr 13:56  
Şou-biznes 27 yaşlı model vəfat etdi

Avstraliyalı model Lüsi Markoviç 27 yaşında vəfat edib.

arrow Ətraflı
Ceyhun Bayramov və Mirzoyan normallaşma prosesinin hazırkı vəziyyətini müzakirə ediblər like
  • 12 Apr 13:30  
Siyasət Ceyhun Bayramov və Mirzoyan normallaşma prosesinin hazırkı vəziyyətini müzakirə ediblər

12 aprel 2025-ci il tarixində Antalyada keçirilən Antalya Diplomatiya Forumu

arrow Ətraflı
Müavinət və təqaüdlər artırılacaq  Nazirlər Kabineti təkliflər HAZIRLAYIB like
  • 12 Apr 13:23  
Digərləri Müavinət və təqaüdlər artırılacaq Nazirlər Kabineti təkliflər HAZIRLAYIB

"Sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı cəna

arrow Ətraflı
Sabah Bakıda 15 dərəcə isti olacaq like
  • 12 Apr 13:21  
Digərləri Sabah Bakıda 15 dərəcə isti olacaq

Aprelin 13-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Türkiyəni təhqir edən yunan əsgərləri belə CƏZALANDIRILDI like
  • 12 Apr 13:19  
Digərləri Türkiyəni təhqir edən yunan əsgərləri belə CƏZALANDIRILDI

Yunanıstanda keçirilən rəsmi parada Türkiyə əleyhinə şüarlar səslənd

arrow Ətraflı
Castinin Bakıdakı konsertinin qiymətləri AÇIQLANDI  590 manat like
  • 12 Apr 13:11  
Şou-biznes Castinin Bakıdakı konsertinin qiymətləri AÇIQLANDI 590 manat

Xəbər verdiyimiz kimi, Castin Timberleyk ilk dəfə Azərbaycana gəlir.

arrow Ətraflı
Putinin sadiq casusu  “Baron” geri döndü like
  • 12 Apr 12:54  
Dünya Putinin sadiq casusu “Baron” geri döndü

Ukraynanın taleyinə bilavasitə təsir edən Rusiya-ABŞ danışıqlarında Mo

arrow Ətraflı
Kanaldan meyiti tapılan şəxsin oğlu da fəciəli şəkildə ölüb like
  • 12 Apr 12:48  
Digərləri Kanaldan meyiti tapılan şəxsin oğlu da fəciəli şəkildə ölüb

İsmayıllı rayonunun Tircan kənd ərazisində kişi meyiti tapılıb.

arrow Ətraflı
Daha bir MTK yaşayış olaola söküntü aparır  "Evimi başıma uçurdurlar, kömək edin"  FOTO  VİDEO like
  • 12 Apr 12:42  
Digərləri Daha bir MTK yaşayış olaola söküntü aparır "Evimi başıma uçurdurlar, kömək edin" FOTO VİDEO

Redaksiyamıza evinin qanunsuz söküntüsü və qəzalı vəziyyətə salınmas

arrow Ətraflı
Bu müəllimlər də sertifikasiyadan olunsunlar!  TƏKLİF like
  • 12 Apr 12:22  
Digərləri Bu müəllimlər də sertifikasiyadan olunsunlar! TƏKLİF

Sosial şəbəkələrdə uşaq yaradıcılıq mərkəzlərində çalışan müə

arrow Ətraflı