COP29 iqlim maliyyəsi məsələlərində sıçrayış oldu Muxtar Babayev
Digərləri 12 Apr 2025 16:40:00 125 0
COP29 ərəfəsində bir çoxları dünya ölkələrinin razılığa gələ biləcəyinə və Azərbaycanın uğur qazana biləcəyinə şübhə edirdilər - onlar hər iki baxımdan yanıldılar.
Bu xəbəri də oxu: Qurban Qurbanov hamı ilə görüşdü Bir ondan başqa
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev IV Antalya Diplomatik Forumunda çıxışı zamanı deyib.
"Bugünkü qlobal geosiyasi vəziyyət son dərəcə mürəkkəbdir", - o, "Yeni dövrdə İqlim Diplomatiyası və Enerji Təhlükəsizliyi" panelində çıxışı zamanı qeyd edib. "Biz uğursuzluqlarla üzləşirik. Sənayedən əvvəlki səviyyədən 1,5 dərəcə yüksək temperaturun qeydə alındığı ilk təqvim ilindən sonra gələcəyə dair şübhələr getdikcə artır".
Muxtar Babayev Bakıda keçirilən COP29-un nəticələrini dönüş nöqtəsi adlandırıb. Əsas nailiyyətlər arasında o, Bakı Maliyyə Məqsədinin qəbul edilməsini - 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələr üçün ildə ən azı 300 milyard ABŞ dolları vəsaitin səfərbər edilməsini, İtki və Zərər Fondunun fəaliyyətə başlamasını, həmçinin, karbon bazarları və şəffaflıq sahəsində irəliləyişləri xüsusi qeyd edib.
"Bu nailiyyətlər sübut etdi ki, ölkələr razılaşa bilər. Onlar göstərdilər ki, çoxtərəfli proses işləyir və real nəticələr verə bilər. Bu, qlobal iqlim maliyyəsi üçün trilyonlarla dolları azad etməyə kömək edəcək", - o bildirib.
Onun sözlərinə görə, bir çox dövlətlər iqlim gündəliyinə sadiq qalırlar:
"Çoxtərəfli görüşlərdə - Berlindən Tokioya qədər - rəsmilər dəstək nümayiş etdirməkdə davam edir. Birlikdə qalmaq və irəli getmək istəyi var".
Gələcək addımlardan danışan M.Babayev növbəti iqlim sammitinə ev sahibliyi edən ölkə kimi Braziliyanın dəstəklənməsinin vacibliyini qeyd etdi.
"Biz Braziliyanı dəstəkləməliyik. Danışıqların uğurlu nəticəsi dünyanın hələ də ümumi dil tapa bildiyinə dair mühüm siqnal olacaq", - o deyib.
M.Babayev 2025-ci ilin prioritetləri sırasında 2035-ci ilədək iqlimin maliyyələşdirilməsinin həcmini ildə 1,3 trilyon dollara çatdırmaq olan "Bakı-Belem Yol Xəritəsi"nin Braziliya ilə birgə işlənib hazırlanmasını xüsusi qeyd edib.
O, həmçinin, donor ölkələri 300 milyard dollarlıq hədəfə nail olmaq üçün aydın planlar təqdim etməyə çağırıb və şəffaf və etibarlı milli iqlim planlarına ehtiyac olduğunu vurğulayıb:
"Bu hesabatlar bir fürsətdir. Etibarlı və inandırıcı sənədlər yaşıl sərmayələrə yaşıl işıq yandırır", - deyə o yekunlaşdırıb.
"Nə qədər ki, bəzi insanlar kinonu, teatrı idarə edirlər, o vaxta q

Bakıda sərxoş sürücü polisi aldadıb.

Ermənistan Azərbaycanın tarixi torpaqlarında dini və mədəni abidələri s

Növbəti maqnit qasırğası nə vaxt gözlənilir və həftə sonu günəş ak

Əməkdar artist Manana Çaparidze həyat yoldaşı Georgi Qabelavenin doğum g

Əvvəllər məlum olmayan və evakuatorla daşınan pikapın fotoşəkli ortaya

Qubanın Hacihüseynlı kəndinə 2004-cü ildə gələn Mətanət xanım torpaq

"Bolt tətbiqindən xidmət göstərmək üçün sürücü tərəfdaşlar t

Bakıda maşın maneəyə çırpılıb, 2 nəfər xəsarət alıb.

Amerikalı tanınmış həkim Dr. Eric Bergin sözlərinə görə gündəlik hə

12 aprel 2025-ci il tarixində Antalyada keçirilən Antalya Diplomatiya Forumu

Xəbər verdiyimiz kimi, Milli Məclisin dünən - aprelin 11-də keçirilən ic

2024-cü ildə Azərbaycanda ən çox hansı ölkələrə viza verilib?
