Vergi hesabatlarında şirkətlər üçün əsas təhlükələr hansılardır? AÇIQLAMA


Digərləri 14 Apr 2025 12:04:00 116 0

Vergi hesabatlarında şirkətlər üçün əsas təhlükələr hansılardır?  AÇIQLAMA

"Mənim tövsiyəm, şirkətlərin hər zaman kameral yoxlamalar üçün hazırlıqlı olmalarıdır".

"Finance and Accounting" MMC şirkətinin təsisçisi Fidanə Alıyeva Son.az-a açıqlamasında vergi hesabatları, kameral yoxlamalar, cərimələr və təstiqlənməmiş azalmalarla bağlı şirkətlər üçün əsas təhlükələri və bu məsələlərin qarşısını almaq üçün atılması vacib olan addımları açıqlayıb.

Onun sözlərinə görə, şirkətlər, vergi hesabatlarını vaxtında və düzgün təqdim etməklə, yalnız vergi orqanları qarşısında deyil, həm də müştəriləri və tərəfdaşları qarşısında etibarlı imic yaratmış olurlar:

"Vergi öhdəliklərinin düzgün yerinə yetirilməsi hər bir şirkət üçün vacib məsuliyyətdir. Təcrübəmizə əsaslanaraq deyə bilərəm ki, vergi hesabatlarının düzgün təqdim edilməməsi, kameral yoxlamalar və vergi cərimələri şirkətlərin maliyyə vəziyyətini ciddi şəkildə təsir edə bilər. Bu problemlər yalnız şirkətin maliyyə yükünü artırmaqla qalmır, həm də hüquqi və nüfuz məsələlərini də təhlükəyə atır. Vergi hesabatları, hər bir vergi ödəyicisinin dövr ərzində qazandığı gəlirlər və vergi öhdəlikləri barədə məlumatları vergi orqanlarına təqdim etdiyi sənədlərdir. Bu hesabatlar yalnız vergi borclarının düzgün hesablanmasını təmin etmir, eyni zamanda şəffaflıq və düzgünlük baxımından da vacibdir. Şirkətlər, vergi hesabatlarını vaxtında və düzgün təqdim etməklə, yalnız vergi orqanları qarşısında deyil, həm də müştəriləri və tərəfdaşları qarşısında etibarlı imic yaratmış olurlar.

Kameral yoxlamalar, vergi orqanları tərəfindən vergi hesabatlarının doğruluğunu yoxlamaq üçün həyata keçirilən vacib yoxlama növüdür. Bu yoxlamalar zamanı təqdim edilən məlumatlarda uyğunsuzluqlar tapıla bilər və nəticədə əlavə vergi cərimələri tətbiq edilə bilər. Mənim tövsiyəm, şirkətlərin hər zaman kameral yoxlamalar üçün hazırlıqlı olmalarıdır. Vergi mütəxəssisləri ilə işləyərək hər hansı bir şübhəli vəziyyətdə vergi orqanları ilə qarşılıqlı əlaqələri düzgün şəkildə idarə etmələri lazımdır".

Vergi cərimələrindən söz açan həmsöhbətim cərimələrin yalnız maliyyə çətinliklərinə səbəb olmadığını, həm də şirkətin nüfuzunu zədələdiyini vurğulayır:

"Vergi ödəyicilərinin öhdəliklərini pozduqda tətbiq olunan maliyyə sanksiyalarıdır. Bu cərimələr, vergi hesabatlarının vaxtında təqdim edilməməsi və ya vergilərin vaxtında ödənilməməsi kimi hallarda ortaya çıxır. Cərimələr yalnız maliyyə çətinliklərinə səbəb olmur, həm də şirkətin nüfuzunu zədələyir. Vergi öhdəliklərini vaxtında yerinə yetirmək, yalnız vergi qanunvericiliyinə riayət etməklə deyil, həm də şirkətin maliyyə və hüquqi təhlükəsizliyini təmin etmək üçün vacibdir. Vergi azalmaları, vergi ödəyicisinin vergi yükünü azaltmaq məqsədilə tətbiq etdiyi güzəştlərdir. Lakin, bəzən bu azalmalar vergi orqanları tərəfindən təstiqlənməyə bilər, nəticədə əlavə vergi borcu və cərimələr ortaya çıxa bilər. Şirkətlər bu cür vəziyyətlərin qarşısını almaq üçün vergi azalmalarını düzgün şəkildə bəyan etməli və bütün müvafiq sənədləri təqdim etməlidirlər. Təstiqlənməmiş azalmalar həmçinin şirkətə əlavə hüquqi və maliyyə riskləri gətirə bilər. Şirkət rəhbərləri olaraq, vergi məsələlərinin düzgün idarə edilməsi, yalnız maliyyə təhlükəsizliyini təmin etməklə qalmır, həm də şirkətin uzunmüddətli inkişafı üçün əhəmiyyətlidir. Vergi sahəsində qarşılaşacağınız çətinliklərdən qaçınmaq və bu sahədə doğru addımlar atmaq üçün mütəmadi olaraq vergi mütəxəssislərindən və hüquqşünaslardən məsləhət almanızı tövsiyə edirəm", deyə o, qeyd edib.

Xəyal Son.az

VTB (Azərbaycan) I rübü 3,3 milyon manat mənfəətlə başa vurub like
  • 14 Apr 12:00  
Digərləri VTB (Azərbaycan) I rübü 3,3 milyon manat mənfəətlə başa vurub

VTB (Azərbaycan) ASC 2025-ci ilin birinci rübünün nəticələrini açıqlay

arrow Ətraflı
Dubay şokoladı qalmaqalı  Milyonlarla insan xərçəng yaradan bu maddəni yeyibmiş like
  • 14 Apr 12:00  
Digərləri Dubay şokoladı qalmaqalı Milyonlarla insan xərçəng yaradan bu maddəni yeyibmiş

Bir müddət əvvəl sürətlə populyarlaşan dubay şokoladları ilə bağlı

arrow Ətraflı
Dələduz vətəndaşa dəyən ziyanı qaytarmaq imkanı yoxdursa, pulu kim ödəyir? like
  • 14 Apr 11:49  
Digərləri Dələduz vətəndaşa dəyən ziyanı qaytarmaq imkanı yoxdursa, pulu kim ödəyir?

Son zamanlar bir çox insanlar dələduzların qurbanına çevrilirlər. Onları

arrow Ətraflı
FHNdən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT like
  • 14 Apr 11:38  
Digərləri FHNdən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyi ölkə ərazisində gözlənilən hava şəraiti i

arrow Ətraflı
7 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib like
  • 14 Apr 11:30  
Digərləri 7 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

"Startap" şəhadətnaməsi almaq üçün KOB subyektlərindən Kiçik

arrow Ətraflı
"Green card"a müraciət edənlərin NƏZƏRİNƏ like
  • 14 Apr 11:24  
Dünya "Green card"a müraciət edənlərin NƏZƏRİNƏ

ABŞ Dövlət Departamentinin DV Lotereya səhifəsində açıqlanacaq 2025 &quo

arrow Ətraflı
Cəlilabadda yol təmirinə 1,5 milyon manat ayrılıb  SƏRƏNCAM like
  • 14 Apr 11:18  
Siyasət Cəlilabadda yol təmirinə 1,5 milyon manat ayrılıb SƏRƏNCAM

Prezident İlham Əliyev Cəlilabad rayonunun Sərhədabad-Əliabad-Zəhmətabad

arrow Ətraflı
Prezident bu nazirliyə yeni səlahiyyət verdi  FƏRMAN like
  • 14 Apr 11:16  
Siyasət Prezident bu nazirliyə yeni səlahiyyət verdi FƏRMAN

Dövlət tərəfindən aqroparkların yaradılması və aqroparkların fəaliyy

arrow Ətraflı
“Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda dəyişiklik edilib like
  • 14 Apr 11:13  
Siyasət “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda dəyişiklik edilib

Prezident İlham Əliyev "Korrupsiyaya qarşı mübarizə haqqında" q

arrow Ətraflı
Əlilliyi olan şəxslər üçün yeni güzəştlər müəyyənləşib like
  • 14 Apr 11:10  
Siyasət Əlilliyi olan şəxslər üçün yeni güzəştlər müəyyənləşib

Əlilliyi olan şəxslər üçün yeni güzəştlər müəyyənləşib.

arrow Ətraflı
Ermənistanda xüsusi təyinatlıların komandiri ağır qəzaya düşdü like
  • 14 Apr 11:10  
Dünya Ermənistanda xüsusi təyinatlıların komandiri ağır qəzaya düşdü

Ermənistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılar batalyonunun kom

arrow Ətraflı
Rusiyada Trampın bu bəyanatını müsbət qiymətləndirdilər like
  • 14 Apr 11:05  
Dünya Rusiyada Trampın bu bəyanatını müsbət qiymətləndirdilər

Rusiyalı politoloq Sergey Markov ABŞ Prezidenti Donald Trumpın Sumada zərbə

arrow Ətraflı
Prezident bu sazişi təsdiq etdi like
  • 14 Apr 11:05  
Siyasət Prezident bu sazişi təsdiq etdi

Prezident İlham Əliyev "Türk Dövlətləri Təşkilatına üzv dövlətl

arrow Ətraflı
Prezident İlham Əliyev Faiq Hüseynovu təbrik edib like
  • 14 Apr 11:03  
Siyasət Prezident İlham Əliyev Faiq Hüseynovu təbrik edib

Prezident İlham Əliyev Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti

arrow Ətraflı