Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin kollektivinə təqdim olundu
Digərləri 14 Apr 2025 18:23:00 93 0
Aprelin 14-də Konstitusiya Məhkəməsində hakim Rafael Qvaladzenin səlahiyyət müddətinin başa çatması və Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclisin qərarı ilə məhkəmənin yeni təyin edilmiş hakimi Xanlar Vəliyevin kollektivə təqdim olunması ilə bağlı tədbir keçirilib.
Bu xəbəri də oxu: Sabah bu ərazilərdə qaz olmayacaq
Bu barədə Son.az-a Konstitusiya Məhkəməsinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, tədbirdə Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxışında ölkədə hüquqi dövlət quruculuğunun Ulu Öndər Heydər Əliyevin adı ilə bağlılığını, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sahəsində həyata keçirilən mütərəqqi islahatları, məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsi, hüququn aliliyinin təmin edilməsi və vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində atılan mühüm addımları xüsusilə qeyd edib.
Fərhad Abdullayev, Rafael Qvaladzenin tanınmış hüquqşünas kimi hüquqi dövlət quruculuğu, ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində uzun illər məsul vəzifələrdə uğurlu fəaliyyətindən, məhkəmə-hüquq sistemində xidmətlərindən bəhs edərək, onun Konstitusiya Məhkəməsinin hakimi kimi hər zaman yüksək peşəkarlıqla fərqləndiyini, insan hüquq və azadlıqlarının müdafiəsi, milli qanunvericiliyin Konstitusiyanın müddəaları nəzərə alınmaqla təkmilləşməsi və müxtəlif sahələrdə hüququn tətbiqi təcrübəsinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini vurğulayıb.
Fərhad Abdullayev Prezident İlham Əliyevin Sərəncamı ilə təltif edilən Rafael Qvaladzeyə məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordenini təqdim edib.
Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 6 kV-

Rusiyanın şimal paytaxtı Sankt-Peterburqdakı Lensovet Teatrının aktyoru İ

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin t

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind

Məşhur sənətçi İbrahim Tatlısəsin qardaşı, müğənni Hüseyn Tatlı

Aktrisa Pərvin Abıyeva bir müddət əvvəl üzləşdiyi dələduzluqdan danı

Məşhur müğənni Sibel Can ilk qazandığı pullarla beş mərtəbəli bir ya

13 ildir ki, Azərbaycan Dövlət Uşaq Filarmoniyasında direktor vəzifəsind

Azərbaycanda müxtəlif uçuşların həyata keçirilməsi qaydaları təsdiq e

İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı korrupsiya istintaqı dava

Son günlər nəinki yerdə həmçinin göydə də yaxınlarının adına ulduz

Türkiyəli müğənni Doğuş aparıcı xanımı Xoşqədəm Hidayətqızının

Bu təklif həm müddət, həm də məsafə baxımından heç bir məhdudiyyət

Aprelin 23-dən 29-dək Bakıda keçiriləcək İkinci Fidan Hacıyeva Beynəlxa

60 Vt və yuxarı gücə malik olan közərmə lampaların 2026-cı il yanvarın
