Xətaidəki yanğında tüstüdən zəhərlənən olub TƏBİB
Digərləri 15 Apr 2025 18:00:00 398 0
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 15.04.2025-ci il tarixində saat 16:00 radələrində Xətai rayonu, M.Hadi küçəsi ərazisindən yanğın baş verməsi səbəbilə çağırış daxil olub.
Bu xəbəri də oxu: Zaqatala sakinini döyüb öldürdülər
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına 2 təcili tibbi yardım briqadası cəlb olunub.
"Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərə arterial təzyiq, 1 nəfərə isə tüstüdən zəhərlənmə səbəbi ilə yerində tibbi yardım göstərilib",- məlumatda qeyd edilib.
Qeyd edək ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Nazirliyin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.
Bakının Xəzər rayonunun Qala qəsəbəsində Xaşaxuna massivi sakinlərinin
Türkiyəli şoumen Mehmet Ali Erbil qanunsuz mərc oyunlarının reklamını et
Kanadalı tədqiqatçılar sintetik uşaq döşəklərində istifadə olunan ki
Türkiyəli məşhur aktyor Ertan Sabanın başına iş gəlib.
Azərbaycan Respublikasının Baş Prokurorluğu prokurorluq orqanlarına işə
Mayın 16-dan Heydər Əliyev Mərkəzində tanınmış braziliyalı rəssam-hey
Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi maşın karvanının hərək
Sabaha G1-G2 səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.
İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlard
Atam Anar Nəcəfov müalicə aldığı Sabunçu Tibb Mərkəzindən məcburi ş
Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən istismar müddəti
Bakının Xətai rayonu Məhəmməd Hadi küçəsində yerləşən çoxmərtəb
Ölkədə müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar təhsil
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili aprelin 15-də Azərbaycan Respublika
