Ödənişli yolda avtomobil suyun altında qalıbmış...
Digərləri 17 Apr 2025 17:43:00 384 0
Xəbər verdiyimiz kimi, Şabran rayonu ərazisində baş vermiş intensiv yağıntılar nəticəsində dağlardan gələn böyük sel kütləsi Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun 129-cu km-də yolun hərəkət hissəsinə dolub.
Bu xəbəri də oxu: Sumqayıtda qaz olmayacaq
Son.az xəbər verir ki, sosial şəbəkələrdə həmin ərazidə minik avtomobilinin sel sularının altında qalmasını əks etdirən görüntülər yayılıb.
Görüntülərdən suyun səviyyəsinin 1,5 metrə yaxınlaşdığı və avtomobilin banınadək yüksəldiyi məlum olur.
Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) qeyd edilən ərazi ilə bağlı məlumat yayıb. Bildirilib ki, ötən gün yolun sözügedən hissəsində quraşdırılmış su keçidləri və suötürücü borular eyni anda gələn böyük sel kütləsini ötürməyə gücü çatmadığı üçün Bakı şəhər istiqamətində hərəkət məhdudlaşıb.
Görülmüş tədbirlər nəticəsində yola yığılmış su kütləsinin səviyyəsi bir qədər azaldılaraq ödənişli yolla paytaxt istiqamətində hərəkət qismən bərpa olunub. Bu gün isə sel kütləsinin yaratdığı fəsadlar tam olaraq aradan qaldırılıb./qafqazinfo
"Kirayə mənzillərin qiyməti artır və bunun səbəbi bəllidir. Belə
Xəbər verdiyimiz kimi, ötən gün Şabrançay çayının Şabran rayonu, Xəl
Azərbaycan və Gürcüstan arasındakı tarixi və mədəni əlaqələr əsrlə
İngiltərədə yaşayan 30 yaşlı Chloe Raisbeck 20 il əvvəl məktəbdə yed
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhs
Xəbər verdiyimiz kim, ötən gün Şabrançayın Şabran rayonu, Xəlifələr
"Ermənistanla Azərbaycan arasındakı müharibəni unudun".
Adananın Karataş rayonunda günlərdir axtarışda olan 7 yaşlı Cumali Timin
Son günlər ölkə ərazisində müşahidə olunan intensiv yağıntılar nəti
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2025-ci ilin
Çin ABŞ-nin tətbiq etdiyi vergi sanksiyalarına cavab olaraq nadir torpaq el
Hesablama Palatası (HP) İpoteka vә Kredit Zәmanәt Fondunda güzəştli ipot
11 Aprel 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) fəa
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyindəki İnforma
Orduxan Bəbirov Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.
