Ən təhlükəli qulaqcıq növü açıqlandı
Digərləri 18 Apr 2025 08:08:00 120 0
Birbaşa qulaq kanalına yerləşdirilən kanaldaxili qulaqcıqlar, qulaq pərdəsinə daha yaxın olur.
Bu xəbəri də oxu: Bəhməzin içinə 1 qaşıq əlavə edin Möcüzəvi faydanı görün
Son.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu da həkimlərin fikrincə, eşitmə orqanlarına zərər vermə riskini artırır.
"Qulaqcıq növü eşitmə qabiliyyətinin qorunmasında mühüm rol oynayır. Birbaşa qulaq kanalına yerləşdirilən modellər qulaq pərdəsinə daha yaxın yerləşir və bu da zədələnmə riskini artırır. Qulağın üstünə taxılan və ya tam qulaqlı (over-ear) modellər isə daha təhlükəsiz sayılır, çünki onlar qulaqlara daha az təzyiq göstərir," - həkim bildirib.
Həkimin sözlərinə görə, səsboğucu funksiyası olan qulaqcıqlar seçmək daha məqsədəuyğundur.
"Aktiv səsboğma funksiyalı qulaqcıqlar musiqini səsli mühitdə dinləyənlər üçün ideal seçimdir. Onlar xarici səsləri bloklayır və istifadəçiyə musiqidən rahat səviyyədə, yüksək səsə ehtiyac olmadan zövq almağa imkan verir. Xatırladıram: musiqini gündəlik 60 dəqiqədən artıq olmayan bir müddətdə, 60% səs səviyyəsində dinləmək, ardından isə 5-10 dəqiqə fasilə vermək məsləhətdir," - mütəxəssis əlavə edib.
Bu əlamətlərə diqqət edin
Həkim xəbərdarlıq edir: əgər musiqi dinlədikdən sonra qulaqda zəng səsləri və ya uğultu hiss edirsinizsə, bu, səsin çox yüksək olduğunu göstərə bilər. Eləcə də nitqi və digər səsləri ayırd etməkdə çətinlik yaranırsa, bu, eşitmə qabiliyyətində zədələnmənin əlaməti ola bilər və belə halda dərhal həkimə müraciət etmək vacibdir.
Tövsiyələr
Musiqini çox səs-küylü mühitdə dinləməkdən çəkinin, çünki bu zaman səsi artırmaq məcburiyyətində qalırsınız. Eşitmə yoxlamasını mütəmadi olaraq mütəxəssisə etdirin - xüsusilə qulaqcıqlardan tez-tez istifadə edirsinizsə. Səs səviyyəsini və dinləmə müddətini nəzarətdə saxlamaq üçün xüsusi mobil tətbiqlərdən istifadə edin.
Qeyd: Bu məqalə informativ xarakter daşıyır və tibbi məsləhət sayılmır. Hər hansı qərar verməzdən əvvəl mütəxəssisə müraciət etmək tövsiyə olunur.
Əvvəllər psixoloqlar da qulaqcıqların gizli təhlükəsi barədə xəbərdarlıq etmişdilər. Onların fikrincə, bu cür cihazlardan həddindən artıq istifadə ünsiyyətin azalmasına və sosial təcridə səbəb ola bilər. /Lent.az
Meqa-star Tarkanın anası Neşe Tevetoğlunun vida mərasimi keçirilib.

Çində fəaliyyət göstərən bir şirkətin qərarı ölkə mediasında geni

Astroloqların fikrincə, bəzi bürc kişiləri xüsusilə qaynanaların seviml

Rusiyada ana körpəsini divara çırpıb.

Qırmızı kələm zəngin antioksidant tərkibi və vitamin-mineral baxımında

Amerikalı aktrisa Mişel Traxtenberqin ölüm səbəbi açıqlanıb.

Türkiyədə kişi musiqi sədaları altında əməliyyat olunub.

Qərar verəcəksinizsə, mütləq bir qadınla məsləhətləşin.

Türkiyədə şöhrət qazanan azərbaycanlı aktrisa Nesrin Cavadzade tətilə

"Əvvəllər biz elə mahnılar oxuyurduq ki, sənət göstərə bilək. Am

Bir çox insan pəhrizə keçmək istədikdə yalnız artıq çəkidən qurtulma

Ən asan və ləzzətli cheesecake resepti sobasız hazırlanır və az inqrediy

Gəncə şəhərində 1984-cü il təvəllüdlü Vüqar qısqanclıq zəminində

Əməkdar artist Aybəniz Haşımova səhhətində problem yarandığını açı
