“Altıncı hiss”in aktyoru saxlanıldı FOTO
Şou-biznes 18 Apr 2025 10:24:00 416 0
Məşhur "Altıncı Hiss" (The Sixth Sense) filminin ulduzu, amerikalı aktyor Heyli Coel Osment sərxoşluq, ictimai narahatlıq yaratmaq və narkotik maddə saxlamaq ittihamları ilə saxlanılıb.
Bu xəbəri də oxu: "Xanımıma o qədər əziyyət vermişəm ki..."
Son.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Kaliforniyada yerləşən Mammoth Mountain xizək kurortunda baş verib. Hüquq-mühafizə orqanları "People" jurnalına verdikləri açıqlamada Osmentin üzərində tapılan maddənin kokain olduğunun güman edildiyini, lakin maddənin laboratoriyaya göndərildiyini və test nəticələrinin hələ açıqlanmadığını bildiriblər.
Mono qraflığının şerif ofisi aktyora qarşı rəsmi ittihamın irəli sürülüb-sürülməyəcəyinə dair hələlik açıqlama verməyib.
Qeyd edək ki, Osment "Pay It Forward", "A.I. Süni İntellekt" və "İkinci Əl Aslanlar" kimi bir çox filmlərdə çıxış edib. Eyni zamanda səs aktyoru kimi də tanınır - xüsusilə "Kingdom Hearts" video oyun seriyasında Sora və Vanitas obrazlarını səsləndirib.
Fidan Son.az
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri
Tanınmış bloger Səbuhi Xanlarov avtomobili ilə qəzaya düşüb.
Bakının Xəzər, Binəqədi və Xətai rayonlarının bəzi ərazilərində qa
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
ABŞ-nin keçmiş Prezidenti Co Bayden tədbirlərdə çıxış qiymətini aç
Yer kürəsinin səthinin dörddə üçünü əhatə edən okeanlar zamanla rən
Xalq şairi Vahid Əziz Sevgililər Günü ilə bağlı maraqlı açıqlamalar v
Birbaşa qulaq kanalına yerləşdirilən kanaldaxili qulaqcıqlar, qulaq pərd
Meqa-star Tarkanın anası Neşe Tevetoğlunun vida mərasimi keçirilib.
Çində fəaliyyət göstərən bir şirkətin qərarı ölkə mediasında geni
Astroloqların fikrincə, bəzi bürc kişiləri xüsusilə qaynanaların seviml
Rusiyada ana körpəsini divara çırpıb.
Qırmızı kələm zəngin antioksidant tərkibi və vitamin-mineral baxımında
Amerikalı aktrisa Mişel Traxtenberqin ölüm səbəbi açıqlanıb.
