"Prezident olmaq istəyirsiniz?" sualına Ərdoğanın oğlundan reaksiya VİDEO
Digərləri 22 Apr 2025 13:00:00 382 0
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etnoidman Konfederasiyasının rəhbəri Bilal Ərdoğan prezident olmaq niyyətində olmadığını bildirib.
Bu xəbəri də oxu: Evimizdəki gizli düşmən Vaxtsız ölümlərin səbəbi...
Son.az xəbər verir ki, o, bu barədə Rusiyanın TASS agentliyinə verdiyi müsahibədə danışıb.
Jurnalistin "Gələcəkdə Türkiyə lideri olmaq ehtimalını nəzərdən keçirmisinizmi?" sualına cavab olaraq Bilal Ərdoğan açıq şəkildə siyasi ambisiyalarının olmadığını vurğulayıb:
"Siyasi ambisiyalarım yoxdur. Bu barədə tez-tez suallar verirlər, lakin mən qeyri-hökumət sektorunda fəaliyyət göstərmək, vətəndaş cəmiyyəti ilə işləmək istəyirəm".
Bilal Ərdoğanın sözlərinə görə, o, vaxtının böyük hissəsini təhsil və mədəniyyət sahələrinə həsr edir. Təhsil layihələri, məktəb və universitet proqramları, təqaüdlər və akademik təşəbbüslərlə məşğul olduğunu deyən Ərdoğan, gənc istedadların dəstəklənməsinin əsas hədəflərindən biri olduğunu bildirib:
"İstəyirəm ki, ən parlaq və istedadlı gənclər arzularına çatmaq üçün dəstək alsınlar. Eyni zamanda mədəni irsin qorunması və yenidən canlandırılması istiqamətində də çalışıram. Həyatımı məhz bu sahələrə həsr etmək niyyətindəyəm".
Bu açıqlama ilə Bilal Ərdoğan siyasi karyera ehtimallarına son qoyaraq, vətəndaş cəmiyyəti və mədəni layihələrə fokuslanacağını bir daha bəyan edib.
Fidan Son.az
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnam Sosialist Respu
Bakı metrosunda lüzumsuz olaraq "sərnişin-maşinist" rabitəsində
Aktyor və aparıcı Sərxan Kərəmoğlu müğənnilər Təranə-Musa cütlüy
Ermənistan parlamentində deputatlar arasında dava düşüb
Ərdoğanın çıxışı zamanı səhnəyə telefon atan şəxs saxlanılıb.
Vatikan Papa Fransiskin açıq tabutda çəkilmiş fotolarını yayımlayıb.
Bakının Xətai rayonu Oksigen küçəsi ev 1 ünvanında yaşı 135-dən çox
69 yaşlı şəxs "Whatsapp"da göndərdiyi smayla görə cərimələ
Ötən gün Binəqədi rayonunda marketlərdən birinin anbarında yanğın baş
Azərbaycanda vətəndaşlar üçün yollayışların (putyovka) verilməsi pros
Pensiya yaşı bir çox insan üçün dincəlmək, istirahət etmək dövrünün
Teleaparıcı Elgiz Əkbərin görüntüsü marağa səbəb olub.
Azərbaycan Mərkəzi Bankının (AMB) tikilməkdə olan yeni binası 2025-ci il
Bakıda xanım sərnişinə qarşı xuliqanlıq hərəkətləri etmiş taksi sü
