Mina partlayışında xəsarət almış şəxslər Vardanyanın məhkəməsinə gəldilər
Siyasət 22 Apr 2025 14:10:00 424 0
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə aprelin 22-də keçirilən məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verirlər.
Bu xəbəri də oxu: "1 il 8 aydırki ErmənistanAzərbaycan sərhədində əsgər həlak olmayıb"
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, zərərçəkmiş Həsənəli Əliyev ifadəsində 2024-cü il fevralın 4-də həyətyanı sahədə heyvan otararkən ermənilərin basdırdığı minaya düşdüyünü bildirib. "Nəticədə sol ayağımın aşağı üçdəbir hissəsi amputasiya olunub", - deyə o vurğulayıb.
Məhkəmə prosesi zərərçəkmiş şəxslərin dindirilməsi ilə davam etdirilir. Onların əksəriyyəti ayaqlarının bir hissəsi amputasiya edilmiş mina qurbanlarıdır. İfadə verən zərərçəkmiş şəxslərin əksəriyyəti məhkəməyə qoltuqağacı və əsa ilə gəliblər.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
Gürcüstan hökuməti siyasi sığınacaqla bağlı qanunları sərtləşdirmə
Türkiyədə evdar qadınlara sosial təminat və pensiya hüququ verilməsi il
29-30 aprel Azərbaycanın Xalq artisti Eyyub Yaqubov "Yalnız mədəniyyə
Astrologiya şəxsiyyət xüsusiyyətləri ilə bağlı maraqlı ipuçları təq
"Şərur MTK"nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar)
Çinin Hubey əyalətindəki Vuhan şəhərində baş verən faciəvi hadisə 22
Son zamanlarda sosial şəbəkələrdə yayılan "toyuq kişiləri qadınla
Heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı ilə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etnoidman Konfede
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnam Sosialist Respu
Bakı metrosunda lüzumsuz olaraq "sərnişin-maşinist" rabitəsində
Aktyor və aparıcı Sərxan Kərəmoğlu müğənnilər Təranə-Musa cütlüy
Ermənistan parlamentində deputatlar arasında dava düşüb
