Makronun mühafizə rəisi “qırmızı bülleten”lə axtarışa verildi
Dünya 28 Apr 2025 09:07:00 454 0
İNTERPOL Baş Katibliyi uzun prosedurdan sonra ümumi qərarla Fransa vətəndaşı Aleksandr Benallanın axtarışını əsaslı hesab edərək 2025-ci ilin aprel ayında "Red Notice" ("Qırmızı Bülleten") ilə beynəlxalq axtarışa daxil edib və bu barədə bütün üzv dövlətlərə bildirişlər göndərib.
Bu xəbəri də oxu: Vanqadan qarşıdakı illər üçün dəhşətli PROQNOZLAR
Son.az Trend-ə istinadən bildirir ki, qərarın əsası Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə 2024-cü ildə verilmiş hüquqi sorğu olub.
Məlum olduğu kimi, Fransa Prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan "SAUR" şirkətinin vitse-prezidenti Anass Derraz (hazırda Azərbaycandadır, məsuliyyətə cəlb olunub) 2018-ci ildə Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.
Həmin iş üzrə əvvəllər xarici və yerli mətbuatda dərc edilmiş məqalələrdə qeyd edilir ki, Fransa rəsmiləri Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli "Luna" yaxtasının beynəlxalq həbsdən azad ediləcəyini, özünün sanksiyalardan qorunacağını vəd ediblər.
Məlumatlara əsasən, F.Əhmədov milyonlarla dollarlıq rüşvətin bir hissəsini Anass Derrazın "AL HILAL BANK"-dakı hesabına və Aleksandr Benallanın "BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR"-dakı hesabına köçürüb.
Məlum olmayan formada istintaqın əlinə keçən A.Derraz Azərbaycanda məsuliyyətə cəlb olunaraq ölkədən çıxışına qadağa qoyulub, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı İNTERPOL-a müraciət olunub.
İNTERPOL-un Fransa Prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri A.Benallanı ən ciddi hüquqi əsas olan "Red Notice" ("Qırmızı Bülleten") əsasında beynəlxalq axtarışa verməsi DTX-nin əlində təkzibedilməz və mötəbər sübutların mövcudluğundan xəbər verir. "Qırmızı Bülleten" şəxsin olduğu ölkədə tutulmasını və barəsində axtarış elan etmiş ölkəyə ekstradisiyasını nəzərdə tutur. A.Benallanın hazırda olduğu üçüncü ölkədə ekstradisiya proseslərinə cəlb edildiyi məlumdur.
Yaxın vaxtlarda Bakıda saxlanılan A.Derrazla bağlı aparılan cinayət işi üzrə açıq məhkəmə baxışının başlanacağı və açıqlanacaq beynəlxalq korrupsiya dəlillərinin əlavə qalmaqallar yaradacağı gözlənilir.
Xalq artisti Nəzakət Teymurova qızı Nigarın Məkkə ziyarətindən danış
"Titanik"dən sağ çıxanın məktubu hərracda 400 min dollara satı
"Maşını səbirsiz və aqresiv idarə edilməsinin əleyhinəyəm. Xanım
Aprelin sonunda baş verəcək maqnit qasırğaları bir çox insanlar üçün p
Rusiyalı müğənni Lolita Milyavskaya kriminal avtoritetlə evləndiyini etira
Həkimlər insanlara dənizkənarı tətilləri dağlara səyahətlə əvəz etm
Siz tualet və əl-üz yuyulanı mütəmadi təmizləyirsiniz, amma evinizdə ə
2025-ci il üçün dünyanın zəngin insanlarının yaşadığı şəhərlərin
Yuxu - yaxşı əhval-ruhiyyə və sağlamlığın açarıdır. Hətta belə ki
Bəzən fikirləşirsiz ki, hər şeyi düzgün edirsiniz, amma kilolar getmir v
İnsan boyu genetik, ətraf mühit və həyat tərzi faktorlarından asılı ola
Ukrayna Prezidenti Volodimir Zelenski "ən qaynar" döyüşlərin getd
Ukrayna və ABŞ arasında mineral resurslar üzrə hazırlanan razılaşmada, s
Bu günlərdə Azərbaycanda məşhur şadlıq saraylarından birində baş ver
