Restoranlarda qida təhlükəsi: Zəhərlənməmək üçün nə etmək lazımdır?


Digərləri 28 Apr 2025 00:15:00 67 0

Restoranlarda qida təhlükəsi: Zəhərlənməmək üçün nə etmək lazımdır?

Bu günlərdə Azərbaycanda məşhur şadlıq saraylarından birində baş verən kütləvi zəhərlənmə hadisəsi gündəm oldu. Zəhərlənənlərin sayının 51 nəfərə çatması insanları ciddi şəkildə narahat etdi. Çünki biz azərbaycanlılar üçün toylar, ad günləri, nişanlar və digər ailəvi məclislər təkcə əyləncə yox, eyni zamanda ənənə, dəyər və həyat tərzidir. Lakin belə hadisələr göstərir ki, bu gözəl anlar bəzən təhlükəyə çevrilə bilər. Bəs belə hallardan necə sığortalanmaq olar?

Son.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

İkili nəzarət mexanizmləri

Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi deyir ki, biznes subyektləri, restoranlar və şadlıq sarayları gigiyena və qida təhlükəsizliyi qaydalarına tam riayət etməli, personalın hazırlığına və məhsulun keyfiyyətinə xüsusi diqqət yetirməlidirlər: "Maarifləndirmə əsas şərtdir. Biznes sahiblərinə bu istiqamətdə metodiki materiallar təqdim olunmalı, maarifləndirici sessiyalar, təlimlər təşkil edilməlidir. Çünki dövlət qurumlarının mütəmadi yoxlamalar aparması, cərimələr tətbiq etməsi həll yolu deyil. Nəzarət mexanizmləri də ikili olmalıdır - ilkin mərhələdə məlumatlandırma və dəstək, ikinci mərhələdə isə ciddi nəzarət və qiymətləndirmə sistemi qurulmalıdır. Belə olarsa, həm biznesin keyfiyyətli xidmət göstərməsi, həm də vətəndaşların təhlükəsizliyi təmin oluna bilər".

Zəhərlənmə riskini artıran amillər

Mütəxəssis bildirir ki, şadlıq sarayları və restoranlar yalnız xidmət təqdim edən kommersiya qurumları deyil, həm də ictimai məsuliyyət daşıyan müəssisələrdir. Bu müəssisələrdə hazırlanan və təqdim olunan qidalar yüzlərlə insanın sağlamlığına birbaşa təsir göstərir: "Qida təhlükəsizliyi və sanitariya qaydaları isə bu sahədə əsas prioritet olmalıdır. Şadlıq saraylarında çalışan personalın peşəkarlığı birbaşa qida təhlükəsizliyinin təmin olunmasına təsir edir. Təəssüf ki, bir çox müəssisələrdə çalışan işçilər sanitariya və gigiyena qaydaları haqqında ya məlumatsızdır, ya da bu qaydalara riayət etmirlər. Kütləvi tədbirlərin keçirildiyi müəssisələrdə mətbəxlər fasiləsiz fəaliyyət göstərir. Toy mövsümlərində sifarişlərin sayı artır və bu, iş yükünün artmasına səbəb olur. Mətbəx personalının daim təzyiq altında işləməsi, bəzi hallarda qalan məhsulların növbəti tədbirdə yenidən istifadə olunması zəhərlənmə riskini artırır".

Bu restoranlarda zəhərlənmə təhlükəsi aşağıdır

S.Dübəndiyə görə, digər risk faktoru təchizat zəncirinin düzgün qurulmaması və məhsul keyfiyyətidir: "Təchizat zəncirindəki boşluqlar əsas risk mənbələrindəndir. İstifadəyə verilən məhsulların keyfiyyəti, saxlama şəraiti və tədarük prosesi tam nəzarət altında olmalıdır. Əks halda, xarab və istifadəyə yararsız məhsulların mətbəxə daxil olması qaçılmazdır. "Qida təhlükəsizliyi haqqında" qanuna əsasən, qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri öz qida obyektlərində HACCP-a (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) əsaslanan prosedurları tətbiq etməli və qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar. HACCP qida və yem məhsullarında təhlükə amillərinin müəyyən edilməsi, qiymətləndirilməsi və onlara nəzarət olunması sistemidir. Bu sistemin prinsiplərinin tətbiqinin sahibkarlar üçün üstünlükləri var. Bu sistemin tətbiq olunduğu restoranlarda zəhərlənmə təhlükəsi aşağı olur".

"Yay aylarında qida zəhərlənməsi daha çox olur"

Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 102 il ötür like
  • 28 Apr 00:02  
Siyasət Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 102 il ötür

Bu gün XX əsr Azərbaycan tarixinin görkəmli simalarından biri - Zərifə x

arrow Ətraflı
Günün qoroskopu: Duyğusal həssaslıq artır like
  • 28 Apr 00:01  
Digərləri Günün qoroskopu: Duyğusal həssaslıq artır

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Türkiyədə zəlzələ zamanı şadlıq evində ara qarışdı  bir qadın... like
  • 27 Apr 23:43  
Digərləri Türkiyədə zəlzələ zamanı şadlıq evində ara qarışdı bir qadın...

Türkiyədə Elazığın Sivrice rayonunda baş verən 4,9 bal gücündəki zəl

arrow Ətraflı
Türkiyədə güclü zəlzələ oldu like
  • 27 Apr 23:40  
Digərləri Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə 4,9 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Cavanşir Məmmədovun nəvəsinin nikah günü like
  • 27 Apr 23:36  
Şou-biznes Cavanşir Məmmədovun nəvəsinin nikah günü

Mərhum Əməkdar artist Cavanşir Məmmədovun nəvəsi Rəfiqənin nikah məra

arrow Ətraflı
Bu sürücülər saatda 70km sürəti aşmamalıdırlar like
  • 27 Apr 23:23  
Digərləri Bu sürücülər saatda 70km sürəti aşmamalıdırlar

Havaların isindiyi və dərs ilinin sonuna az qaldığı bir vaxtda məktəblil

arrow Ətraflı
İrandakı səfirliyimizə hücum edən şəxsin edamına bütün hazırlıqlar tamamlandı like
  • 27 Apr 23:10  
Digərləri İrandakı səfirliyimizə hücum edən şəxsin edamına bütün hazırlıqlar tamamlandı

Azərbaycan Respublikasının İranın paytaxtı Tehrandakı səfirliyinə qarş

arrow Ətraflı
Bakıda apteklər şəbəkəsinin müdiri döyüldü like
  • 27 Apr 22:51  
Kriminal Bakıda apteklər şəbəkəsinin müdiri döyüldü

Bakıda Aysel Kərimova adlı xanım işçinin aptekdə vəhşicəsinə döyülm

arrow Ətraflı
Kommunal xidmətlərlə bağlı like
  • 27 Apr 22:38  
Digərləri Kommunal xidmətlərlə bağlı

Azərbaycan hökuməti kommunal xidmətlərin idarə olunmasında rəqəmsal tra

arrow Ətraflı
İran Prezidenti: Azərbaycanla əməkdaşlıqda heç bir məhdudiyyət nəzərdə tutmuruq like
  • 27 Apr 22:22  
Digərləri İran Prezidenti: Azərbaycanla əməkdaşlıqda heç bir məhdudiyyət nəzərdə tutmuruq

İran Prezidenti: Azərbaycanla əməkdaşlıqda heç bir məhdudiyyət nəzərd

arrow Ətraflı
Pezeşkian: İran və Azərbaycan qonşu olaraq bir birinə çox kömək edə bilər like
  • 27 Apr 22:02  
Siyasət Pezeşkian: İran və Azərbaycan qonşu olaraq bir birinə çox kömək edə bilər

Məsud Pezeşkian: İran və Azərbaycan qonşu olaraq bir birinə çox kömək

arrow Ətraflı
Azərbaycan və İran strateji dialoqu gücləndirir  Pezeşkianın Bakıya səfəri like
  • 27 Apr 21:57  
Siyasət Azərbaycan və İran strateji dialoqu gücləndirir Pezeşkianın Bakıya səfəri

Aprelin 28-də İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək.

arrow Ətraflı
7 yaşlı uşaq qıcolmadan öldü like
  • 27 Apr 21:22  
Digərləri 7 yaşlı uşaq qıcolmadan öldü

Şirvanda 7 yaşlı uşaq qıcolmadan ölüb.

arrow Ətraflı
İllər sonra "Kurtlar vadisi"ndən ayrılma səbəbini açıqladı like
  • 27 Apr 21:15  
Şou-biznes İllər sonra "Kurtlar vadisi"ndən ayrılma səbəbini açıqladı

"Arka Sokaklar"da "Rıza baba" obrazını canlandıran Zafer

arrow Ətraflı