Zəhərli çiyələyi belə tanıyın və almayın! – Sadə metod
Digərləri 28 Apr 2025 18:35:00 58 0
Hazırda bəzi bazarlarda alça təxminən 11-14 manat, çiyələk isə 6-7 manata təklif olunur. Qiymətlərin əlçatan olmaması ilə yanaşı, sözügedən meyvələrin mövsümdən kənar yeyilməsi və bunun zərərləri də müzakirə obyektidir.
Bu xəbəri də oxu: Ən ideal bürclər Həyatın hər sahəsində irəlidədirlər
Globalinfo.az-a danışan sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib ki, Azərbaycanda çiyələyin təbii yetişmə vaxtı may ayının əvvəllərindən başlayır:
"Bu da coğrafi mövqeyə, regiona görə dəyişir. Amma bir çox hallarda maydan əvvəl satışa çıxarılan çiyələklər istixana şəraitində yetişdirilir və zərərvericilərdən qorunması üçün pestisidlər, hormonlu gübrələrdən istifadə olunur. Belə meyvələri əsasən hamilə və süd verən qadınlar, uşaqlar alır. Bu da onların sağlamlığı üçün çox riskli qidadır. Adətən alarkən yuyulmadan yeyirlər. Dərmanlı, süni yetişdirilmiş çiyələk isə mədə-bağırsaq sisteminin, bağırsaq mikroflorasının pozulmasına, zəhərlənməyə, allergik reaksiyalara gətirib çıxarır. Uzunmüddətli, çox istifadə isə qaraciyər funksiyasının pozulmasına səbəb ola bilər. Ümumiyyətlə, mövsümündən əvvəl çiyələk yeməmək məsləhətdir".
Ekspert bildirib ki, çiyələk alarkən təbii görünüşlü, qırmızı rəngli, bir qədər orta ölçülü, solğun olanları seçmək lazımdır:
"Yəni hamısı eyni ölçüdə olmamalıdır. Əgər çiyələk çox iridirsə, parlaqdırsa, qoxusu hiss olunmursa, hamısı eyni formadadırsa, bu, onların süni şəkildə yetişdirildiyinin göstəricisidir. Həmçinin yeməmişdən əvvəl adi suda 10 dəqiqə saxlamaq tövsiyə edilir. Süni yetişdirilən çiyələkdirsə, suya bir qədər duz və yaxud da az miqdarda sirkə əlavə etmək olar. Bu, onun tərkibində olan pestisid qalığını azalda bilər. Çiyələyin yarpaqlarını isə yuduqdan sonra qopartmaq lazımdır. Bəzi hallarda xanımlar yarpağını təmizləyib yuyurlar, bu da səthindən kimyəvi maddə qalıqların yarpaq kökündən içəriyə nüfuz etməsinə yol açır. Nəticədə meyvənin keyfiyyəti pozulur. Eyni zamanda mütləq mənşəyi bəlli olan yerdən yerli məhsul alın. Birmənalı şəkildə xroniki xəstəliyi olan yaşlılar, uşaqlar, hamilə və süd verən qadınlar erkən satışa çıxarılan meyvələrdən istifadə etməməlidir. Əks halda təbii ki, zəhərlənmə və allergiya problemləri ortaya çıxacaq". Son.az
Paytaxtın Sabunçu rayonu, Aeroport şosesində ağır qəza qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi aprelin 27-də B

Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının Prezidenti M

Azerlotereya.com-a yeni gələnləri super fürsət gözləyir!

Maştağa qəsəbəsində itkin düşmüş kimi axtarışları aparılan və 10

Sumqayıtda 14 ədəd su sayğacı oğurlanıb.

Çinlə imzalanan strateji sənədlərdən sonra bu iki texnologiya nəhənginin

Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının Prezidenti M

Son zamanlarda Perunun sahillərində çox maraqlı bir arxeoloji tapıntı əld

Sumqayıt şəhərində müxtəlif ünvanlardan 14 ədəd su sayğacı oğurlan

Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigezin görüntüsü marağa səbəb

Əməkdar artist Sevinc Sarıyeva açıqlaması ilə diqqət çəkib.

Son illər Bakıda çoxmərtəbəli binalardakı mənzillərin, həyət evlərin
