Bako Sahakyan Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib
Siyasət 28 Apr 2025 19:21:00 385 0
Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal etməsi zamanı əməliyyatda iştirak etdiyini təsdiqləyib.
Bu xəbəri də oxu: Azərbaycanın İordaniyadakı səfiri geri çağırılaraq İraqa təyin olundu
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Bako Sahakyan dövlət ittihamçılarının suallarını cavablandırarkən Vilen Mikaeliyanın rəhbərlik etdiyi dəstənin Şuşanın işğalında iştirak etdiyini, özünün də həmin dəstədə olduğunu bildirib və əlavə edib: "Bu, şərq istiqaməti idi. Mən bilirəm ki, həmin istiqamətin komandiri Arkadi Karapetyan idi".
Təqsirləndirlilən şəxs həmin vaxt sərəncamında AKM markalı avtomat olduğunu, lakin heç kəsə atəş açmadığını bildirib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 1-də davam etdiriləcək. Son.az
Naməlum şəxslər Suriyanın keçmiş prezidenti Hafiz Əsədin Latakiya əyal
Səfər zamanı əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər bir dah
Yeni Zelandiyada aparılan araşdırmalar göz sağlamlığı ilə erkən yaşda
Sizin, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbayca
Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin məhkə
Rəqqasə kimi şou-biznesə giriş edib, müğənni kimi fəaliyyətinə davam
Bu dəqiqələrdə Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran bizn
Hazırda bəzi bazarlarda alça təxminən 11-14 manat, çiyələk isə 6-7 mana
Paytaxtın Sabunçu rayonu, Aeroport şosesində ağır qəza qeydə alınıb.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi aprelin 27-də B
Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının Prezidenti M
Azerlotereya.com-a yeni gələnləri super fürsət gözləyir!
Maştağa qəsəbəsində itkin düşmüş kimi axtarışları aparılan və 10
Sumqayıtda 14 ədəd su sayğacı oğurlanıb.
