Zamirə Hacıyevanın bu mülkləri satışa çıxarıldı
Digərləri 06 Mar 2025 23:36:00 414 0
Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın müsadirə olunan mülkləri satışa çıxarılıb.
Bu xəbəri də oxu: Bugünkü ağır qəzanın təfərrüatı FOTOlar
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, satışa çıxarılan əmlaklar Z.Hacıyevanın London Naytsbrikdəki 14 milyon funt sterlinq (30 238 019 AZN) qiymətində olan evi və Askotdakı qolf klubudur. Hər iki mülk ümumilikdə 19,5 milyon funt-sterlinqə satışa çıxarılıb.
Bildirilib ki, payızda aktivləri satmaq üçün London Ali Məhkəməsi tərəfindən qəyyum təyin edilib və satış üçün onlayn reklamlar fevralın sonundan etibarən yayımlanmağa başlayıb.
1990-cı illərin əvvəllərində hazırlanan Qolf klubu bazarda 4,75 milyon funt-sterlinqədir:
Naytsbrik "Walton Street"də yerləşən dəbdəbəli ev isə 14,75 funt-sterlinqə satışa qoyulub. Malikanə Harrodsdan beş dəqiqəlik məsafədədir:
Qeyd edək ki, Böyük Britaniya Milli Cinayətkarlıqla Mübarizə Agentliyi (NCA) keçən il sözügedən qolf klubu və evin fırıldaqçılıq, mənimsəmə, saxta qeydiyyat, habelə, çirkli pulların yuyulması yolu ilə əldə edildiyini açıqlamışdı.
2018-ci ildə sözügedən agentlik Cahangir Hacıyevin İngiltərədəki əmlakının satılmaması və ya kiməsə verilməməsi üçün ona həbs qoymuşdu.
Xatırladaq ki, Cahangir Hacıyev 2015-ci ilin martına qədər ABB-nin idarə Heyətinin sədri olub. Növbəti il o, mənimsəmə, vəzifədən sui-istifadə, dələduzluq və israfa görə Azərbaycan məhkəməsi tərəfindən məhkum edilib. O, 2019-cu ildə ABB-nin Moskva filialından oğurluğa görə də məhkum edilib və hazırda Bakıda 16 il 6 ay müddətinə həbs cəzası çəkir. Son.az
Avropa İttifaqı liderləri bu gün Brüsseldə keçirilən sammitdə Avropa Ko
Martın 6-da Heydər Əliyev Mərkəzində italyan heykəltəraş Cüzeppe Karta
Son vaxtlar insan orqanlarının satışına dair elanlar artıb. Bəziləri bun
"Statcounter" beynəlxalq şirkəti Azərbaycanda ən çox istifadə o
2030-cu il müsəlman dünyasında nadir bir hadisə ilə yadda qalacaq.
ABŞ nümayəndə heyəti Ukrayna rəsmiləri ilə görüşmək üçün martın
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" səhifə
Sabah Azərbaycanda Ramazan ayının yeddinci günüdür.
"ARDNF-nin missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəl
2025-ci ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə
Biləsuvar rayonunda ov tüfəngindən açılan atəş nəticəsində 57 yaşlı
Rusiyada məşhurlaşan bloger Hüseyn Həsənova ağır itki üz verib.
Martın 5-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət
