Həkimlər də müəllimlər kimi imtahanlar verəcəklər Sertifikatlaşdırma gəlir
Digərləri 29 Apr 2025 12:40:35 83 0
Bu xəbəri də oxu: Bakıda avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir
Səhiyyə Nazirliyi iki ildən çoxdur ki, tibb işçilərinin peşəkarlığının qiymətləndirilməsi ilə bağlı yeni layihələr hazırlayıb və aidiyyəti qurumlarla razılaşdırıb.
Son.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında danışıb.
İclasda "Əmək Məcəlləsi", "Əhalinin sağlamlığının qorunması haqqında", "Özəl tibb fəaliyyəti haqqında" və "Dərman vasitələri haqqında" qanunlara təklif edilən dəyişikliklər müzakirə olunub.
Təranə Əhmədovanın sözlərinə görə, əvvəllər tibb mütəxəssisləri hər 5 ildən bir dövri imtahanlarla qiymətləndirilirdisə, indi bu yanaşma dəyişdirilir və davamlı peşəkar inkişaf modeli təklif olunur:
"Bu yeni sistem həkimlərin, orta tibb işçilərinin və əczaçıların bilik və bacarıqlarını mütəmadi olaraq yeniləməsinə imkan verəcək. Sertifikasiya imtahanlarının formatı da dəyişəcək - test sualları yenilənəcək və çətinlik səviyyəsinə görə sadə, orta və mürəkkəb kateqoriyalara ayrılacaq".
Eyni zamanda, davamlı tədris tədbirlərinə veriləcək kreditlərin müəyyən olunması və akkreditasiyası ilə bağlı məsələlər də yenidən tənzimlənəcək. Bu proses Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən həyata keçiriləcək.
Təranə Əhmədova qeyd edib ki, tibb işçilərinə veriləcək kredit ekvivalentləri onların fəaliyyət istiqamətindən asılı olaraq fərqli olacaq. Məsələn, elmi fəaliyyət sahəsində çalışanlar üçün bu kreditlər daha yüksək müəyyən ediləcək.
O da vurğulanıb ki, yeni sistem özəl və dövlət tibb sektorunda çalışan bütün mütəxəssislərə şamil olunacaq və heç bir fərqləndirmə olmayacaq.
Kənan Son.az
Türkiyənin məşhur "Çukur" serialının filmi çəkiləcək.

May ayı bəzi bürclər üçün qırılma nöqtəsi və taleyin gözlənilməz

Lənkəran Regional Qaz İstismar İdarəsinin Masallı üzrə xidmət sahəsind

23-25 aprel 2025-ci il tarixdə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəh

Bu bahar Azərbaycan üçün misilsiz diplomatik fəallıq dövrüdür.

Mayın 1-dən komunal xidmətlər üzrə vahid abunəçi kodu mexanizmi yaradıl

Müğənni Damlanın görüntüsü marağa səbəb olub.

İstanbulda gözlənilən böyük zəlzələ ilə bağlı ekspertlər arasında

Bakıda film kimi hadisə yaşanıb.

Bakıdakı "General Hospital" klinikası 6 min manat məbləğində c

"Premium Bank"dan külli miqdarda mənimsəmə etməkdə təqsirləndi

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının xanım müavini işdən ç

Bakının Sabunçu rayonunda itkin düşən qızları evində gizlədən, axtar

Dünyanı silkələyən hadisələrin gurultusu, çökən nizamların xışılt

Sosial şəbəkələrdə müzakirələrə çevrilən Çadırda yaşayan Səbin
