Prezident Banqladeşin Baş müşavirini İƏTin 17ci Zirvə Toplantısına dəvət edib
Siyasət 29 Apr 2025 17:00:00 389 0
Prezident İlham Əliyev Banqladeşin Baş müşaviri (Baş nazir) Məhəmməd Yunusu İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının 17-ci Zirvə Toplantısında xüsusi qonaq qismində dəvət məktubu ünvanlayıb.
Bu xəbəri də oxu: Prezident Yaponiyaya yeni səfir təyin etdi
Trend xəbər verir ki, müvafiq məktubu Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov Banqladeş Xalq Respublikasına səfəri çərçivəsində Baş müşavirə təqdim edib.
Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının 17-ci Zirvə Toplantısı Xankəndidə baş tutacaq. Qurumun 16-cı Zirvə toplantısı 2023-cü ildə Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilib.
İƏT 1985-ci ildə Mərkəzi Asiya və Yaxın Şərq ölkələri tərəfindən yaradılmış regional hökumətlərarası iqtisadi təşkilatdır və 1977-ci il martın 12-də üç təsisçi ölkə - İran, Pakistan və Türkiyə tərəfindən imzalanmış İzmir Müqaviləsi əsasında fəaliyyət göstərən İnkişaf naminə Regional Əməkdaşlıq Təşkilatının varisidir.
Fikrət Əmirovun Konfrans-Konsert Mərkəzində Fidan Hacıyevanın İkinci Bey
Sabah Bakının Binəqədi rayonunun bəzi ərazilərində qaz təchizatı dayan
Azərbaycanın Almaniya və Fransadakı səfirliklərində təhsil məsələlər
Regional sənəd qəbulu mərkəzlərində müddətdən artıq həqiqi hərbi xi
"Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertl
Bəzi insanlar üçün həyatın ayrılmaz prinsipi ədalətdir. Astrologiya mü
Türkiyənin Antalya şəhərində rusiyalı turistləri daşıyan avtobus aşı
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley
Prezident İlham Əliyev "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisa
Azərbaycanın Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə mü
Türkiyəli professor Canan Karatay zeytunun yanlış istehlakının sağlamlıq
"Yeşilçam"ın aktrisası Meral Kurtulmuş 87 yaşında dünyasını
Sumqayıt şəhər 2 saylı Göz Xəstəxanasından şikayət var.
"Bakı Marafonu 2025"ə qeydiyyat başa çatıb. Mayın 4-də Heydər
İclasda hər iki ölkənin iş adamları arasında gələcək əməkdaşlıq is
