Bu kütləvi zəhərlənmə olan məşhur restoranın mətbəxi
Digərləri 30 Apr 2025 18:26:00 48 0
"Venesiya" şadlıq sarayında baş verən hadisənin səbəbi məlum olub
Bu xəbəri də oxu: Göbəyi açıq gəzməyi sevənlər üçün mükəmməl idman növü Bunu bilmirdiniz
"Venesiya" şadlıq sarayında (Bakı şəhəri, Xətai rayonu, General S.Mehmandarov küçəsi, ev 352) keçirilmiş toy mərasimində 55 nəfərin kütləvi qida zəhərlənməsi barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olan məlumat əsasında plandankənar yoxlama keçirilib.
AQTA-dan Son.az-a bildirilib ki, məlumat daxil olduqdan dərhal sonra Agentliyin müfəttişləri hadisə yerində olub.
Yoxlama zamanı ictimai iaşə obyektinin üçüncü mərtəbəsində yerləşən və tədbir zamanı qidaların hazırlandığı mətbəx sahəsində sanitar-gigiyenik və sanitar-texniki normativ hüquqi aktların tələblərinə zidd olan çoxsaylı ciddi nöqsanlar aşkar edilib. Müəssisədə dezinfeksiya işlərinin sənədləşdirilməməsi, işçilərin gigiyenik təlimlərə cəlb olunmaması, izləmə sisteminin olmaması, əl yuma şəraitinin təmin edilməməsi, havalandırma sistemlərinin işlək vəziyyətdə olmaması və istifadə edilən avadanlıqlarda (şişlər, işçi masalar, doğrama kötükləri) korroziya və təmizliklə bağlı ciddi çatışmazlıqlar müşahidə edilib. Həmçinin tullantıların idarə olunması, temperatur rejiminin qorunması və qida məhsullarının saxlanma şəraitində də ciddi pozuntular qeydə alınıb.
Yoxlama zamanı toy mərasimində təqdim olunan və qida zəhərlənməsi riski yüksək hesab edilən bəzi soyuq qəlyanaltıların və salatların qida obyektinin rəhbəri tərəfindən atıldığı müəyyən edilib. Yoxlama çərçivəsində istehlaka təqdim edilmiş digər qidalardan və qida ilə təmasda olan səthlər, avadanlıqlar və işçi heyətin əllərindən yaxma nümunələri götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyasına təqdim edilib.
Xəbərə aid video
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşınma sahəsind

Bəzi qadınlar ana olmaq üçün doğulurlar - onların qayğısı, istiliyi v

Özbəkistan parlamenti Azərbaycanla müttəfiqlik münasibətləri haqqında m

Yunanıstanda süni intellektin kofe falı bir ailənin dağılmasına səbəb o

“Canlı Nostradamus” 2025-ci ilin sonu üçün qorxulu proqnoz verdi: Bəş

Xalq artisti Röya Ayxan efirlərə çıxmama səbəbini açıqlayıb.

Türkiyə polisi İstanbul meri Əkrəm İmamoğlu barəsində aparılan araşd

Türkiyədə nadir tibbi əməliyyatla həyata qaytarılan xəstə gündəm olub

Müğənni Nadir Qafarzadə maraqlı açıqlamalar verib.

Bakıda Dövlət Sərhəd Xidmətinin (DSX) mayoruna hücum etməkdə təqsirlə

Son illərdə qlobal iqlim dəyişiklikləri təbiətdə gözlənilməz təsirl

Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin

Azərbaycan-İran münasibətləri əsrlər boyu davam edən tarixi bağlara əs

Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq və respublika müsabiqələr laure
