Heç vaxt saçınızı yumaq əvəzinə quru şampundan istifadə etməyin


Digərləri 01 May 2025 03:03:00 60 0

Heç vaxt saçınızı yumaq əvəzinə quru şampundan istifadə etməyin

Quru şampundan istifadə saç yumağın yerini vermir - səbəbləri bunlardır

Müasir və sürətli həyat tərzində quru şampun bir çox insan üçün "xilasedici" vasitəyə çevrilib - bir neçə püskürtmə ilə saçlar daha təmiz və həcimli görünür. Lakin quru şampunu saç yumağın alternativi kimi istifadə etmək ciddi saç və baş dərisi problemlərinə səbəb ola bilər.

Son.az xəbər verir ki, bu barədə "HuffPost" məlumat yayıb.

Quru şampun təhlükəlidirmi?

Trixoloq Sara Hallaçyan izah edir ki, quru şampunun tərkibi özü-özlüyündə zərərli deyil, amma tez-tez istifadə olunduqda baş dərisində qalıq yığılması, qıcıqlanma və digər problemlərə yol aça bilər.

Quru şampun yalnız müvəqqəti həll kimi istifadə edilməlidir. Onun məqsədi saçdakı yağları udmaq, köklərə həcm vermək və saç düzümünü saxlamaqdır. Lakin davamlı istifadə baş dərisinin sağlamlığına zərər vura bilər.

Tərkibində nələr var?

Quru şampunların tərkibində tez-tez aşağıdakı maddələr olur:

Denatürləşdirilmiş spirt (etil spirti və əlavə maddələr qarışığı) - saç və baş dərisinin nəmini azaldır

Butan, izobutan və propan - məhsulun 70-90%-ni təşkil edir, tənəffüs üçün də təhlükəli ola bilər

Quru şampundan çox istifadə edəndə nə baş verir?

Baş dərisində məhsul yığılır və saç follikullarını tıxayır

Bu isə saçların çıxmasını zəiflədir, tökülməyə, qırılmalara və quruluğa səbəb ola bilər

Saç tipindən asılı olaraq, bəzi insanlarda yağlanma tez baş verir və tez-tez quru şampun istifadə olunur - bu isə problemi daha da artırır

İncə telli saçlarda yağ daha tez görünür, çünki yağ dəridə qalır. Qıvrım saçlar isə daha az yağlanır, çünki qurudur və yağı udur.

Əgər sizdə seboreya, kəpək və ya həddindən artıq quruluq kimi dəridə problemlər varsa, quru şampundan uzaq durmaq tövsiyə olunur - vəziyyəti daha da pisləşdirə bilər.

Quru şampunu gecə istifadə etmək olar?

Mütəxəssislər bildirir ki, quru şampunu yatmazdan əvvəl istifadə etmək məsləhət deyil. Çünki məhsul baş dərisində uzun müddət qalaraq:

Folikulları tıxaya,

Qıcıqlanmaya,

Sızanaqlara,

Pis qoxuya səbəb ola bilər.

Saç yuyulmadıqda və məhsul başdan çıxarılmadıqda, tər, yağ və tozla qarışaraq saç böyüməsinə mane ola bilər.

Quru şampundan necə düzgün istifadə etməli?

Saçları darayın - bu, təbii yağların bərabər yayılmasına kömək edir

Yalnız saç köklərinə püskürtün - qabı başınızdan 15-20 sm aralı tutun

3-5 dəqiqə gözləyin - yağın udulması üçün vaxt verin

Barmaqlarınızla və ya dəsmalla masaj edin

Artıq məhsulu darayın və ya fenlə (soyuq rejimdə) təmizləyin

Qısaca desək, quru şampun gündəlik vərdişə çevrilməməli, yalnız təxirəsalınmaz hallarda istifadə edilməlidir. Daimi təmizləmə və baş dərisinə qulluq isə sağlam və güclü saçların əsas şərtidir.

Kənan Son.az

2050ci ilə qədər milyonlarla insan xərçəng riski ilə üzüzə qalacaq  Düyüyə görə like
  • 01 May 02:02  
Digərləri 2050ci ilə qədər milyonlarla insan xərçəng riski ilə üzüzə qalacaq Düyüyə görə

ABŞ-da aparılan bir araşdırma iqlim böhranı səbəbiylə düyüdə arsen

arrow Ətraflı
Kelloq: Kiyev bəzi ərazilərdən güzəştə getməyə razıdır like
  • 01 May 01:05  
Dünya Kelloq: Kiyev bəzi ərazilərdən güzəştə getməyə razıdır

Kiyev Ukraynadakı münaqişənin nizamlanması üçün bəzi ərazilərdən gü

arrow Ətraflı
2025ci ilin 7 ən yaxşı yolsuzluq avtomobili like
  • 01 May 01:01  
Digərləri 2025ci ilin 7 ən yaxşı yolsuzluq avtomobili

SUV-lər, digər yüngül avtomobillərlə müqayisədə sürücülərə daha ç

arrow Ətraflı
Bir ailənin iki üzvü qəzaya düşdü: Ölən və yaralanan var like
  • 01 May 00:53  
Digərləri Bir ailənin iki üzvü qəzaya düşdü: Ölən və yaralanan var

Sabirabadda avtomobilin aşması nəticəsində qardaşlardan biri ölüb, digə

arrow Ətraflı
İsrail meşə yanğınlarının söndürülməsində Azərbaycandan kömək istəyir like
  • 01 May 00:52  
Dünya İsrail meşə yanğınlarının söndürülməsində Azərbaycandan kömək istəyir

İsrail Qüds yaxınlığındakı meşə yanğınlarının söndürülməsi üç

arrow Ətraflı
Əməkdar artist canlı oxuya bilməyən tələbəsindən danışdı like
  • 01 May 00:39  
Şou-biznes Əməkdar artist canlı oxuya bilməyən tələbəsindən danışdı

Əməkdar artist Sevinc Sarıyeva efirdə canlı oxuya bilməyən tələbəsin

arrow Ətraflı
Masallıda məktəbli qızlar arasında dava like
  • 01 May 00:35  
Digərləri Masallıda məktəbli qızlar arasında dava

Masallıda şagirdlər arasında insident yaşanıb.

arrow Ətraflı
Moskva metrosunda uşaq doğuldu like
  • 01 May 00:26  
Digərləri Moskva metrosunda uşaq doğuldu

Rusiyanın paytaxtı Moskvada metroda uşaq dünyaya gəlib.

arrow Ətraflı
Leyla Əliyeva Bakı Musiqi Akademiyasında tələbə və gənclərin konsertində iştirak edib like
  • 01 May 00:15  
Siyasət Leyla Əliyeva Bakı Musiqi Akademiyasında tələbə və gənclərin konsertində iştirak edib

Aprelin 30-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Bö

arrow Ətraflı
Daha bir serial yayımdan qaldırıldı like
  • 01 May 00:13  
Şou-biznes Daha bir serial yayımdan qaldırıldı

"Now"da yayımlanan "Hudutsuz sevda" serialı sabah yayımla

arrow Ətraflı
Bu gündən I sinfə şagird qəbulu başlayır like
  • 01 May 00:06  
Digərləri Bu gündən I sinfə şagird qəbulu başlayır

Mayın 1-i saat 11:00-dan etibarən yeni tədris ili üzrə ümumi təhsil müə

arrow Ətraflı
Günün qoroskopu: Azadlıq və fərdiyyət ehtiyacın artır like
  • 01 May 00:01  
Digərləri Günün qoroskopu: Azadlıq və fərdiyyət ehtiyacın artır

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Beyonsun konsertində qızlar saçyolduya çıxdı like
  • 30 Apr 23:48  
Şou-biznes Beyonsun konsertində qızlar saçyolduya çıxdı

Dünyaca məşhur müğənni Beyonsun yeni "Cowboy Carter" turunun a

arrow Ətraflı
Şarj dövrü tarixə qovuşur  50 il işləyə bilən batareyalar satılacaq like
  • 30 Apr 23:35  
Digərləri Şarj dövrü tarixə qovuşur 50 il işləyə bilən batareyalar satılacaq

Çində yerləşən texnologiya startapı "Betavolt" enerji sahəsind

arrow Ətraflı
Ağcabədidə ağır qəza  ölənlər var like
  • 30 Apr 23:30  
Digərləri Ağcabədidə ağır qəza ölənlər var

Ağcabədi rayonunda baş verən qəzada iki nəfər ölüb.

arrow Ətraflı