Fəxrəddin Manafov və İlham Qasımova vəzifə verildi
Digərləri 02 May 2025 15:31:00 598 0
Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Müşahidə Şurasına üzvlər təyin olunub.
Bu xəbəri də oxu: Avro ucuzlaşdı, dollar isə... Rəsmi
Son.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə görkəmli teatr və kino aktyoru, Xalq artisti Fəxrəddin Manafov və Heydər Əliyev Sarayının direktoru, rejissor, ssenari müəllifi İlham Qasımov Şuraya üzv təyin edilib.
Qeyd edək ki, F.Manafov 1955-ci ildə Azərbaycanın Xankəndi şəhərində anadan olub. 1975-1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Tələbəlik illərində tədris teatrında aktyor kimi çalışıb. 1977-ci ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi filmlərə çəkilib.
"Evləri köndələn yar", "İşgüzar səfər", "Park", "Şeytan göz qabağında", "Ölsəm... bağışla", "Təhminə", "Otel otağı", "Dronqo", "Qraf Krestovski", "Əlvida, cənub şəhəri", "Hökmdarın taleyi", "Sübhün səfiri", "Mahmud və Məryəm" və s. ekran əsərlərində rəngarəng obrazlar qalereyası yaradıb.
Uzun illər Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında da aktyor kimi fəaliyyət göstərən F.Manafov 1987-ci ildə "Əməkdar artist", 2000-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. 2006-cı ildən Prezidentin fərdi təqaüdçüsüdür.
İlham Qasımov 1977-ci ildə anadan olub. 1992-1996-cı illərdə "Şən və Hazırcavablar Klubu"nun (ŞHK) üzvü olub. 1994-1995-ci illərdə ŞHK-nin universitetlərarası çempionatında qalib adını qazanıb. O, 1999-2000-ci illərdə ABA TV-də (Azerbaijan Brodcasting Agency) layihə müəllifi, rejissor və aparıcı vəzifələrində çalışıb.
2000-ci ildən etibarən müxtəlif televiziya layihələri, teatral quruluşlar, konsert proqramları və reklam filmləri layihələrini həyata keçirib. O, 2023-cü ildən Heydər Əliyev Sarayına rəhbərlik edir.
Azərbaycanda təhsil müəssisələrinə tələbə qəbulu qaydaları dəyişib
Son zamanlar insanların şəxsi həyatına, ailə həyatına müdaxilə hallar
Kanadada keçirilən festival zamanı dəhşətli hadisə baş verib.
Çində inşa edilən nəhəng "Üç Dərə" (Three Gorges) su bəndin
Mingəçevirdə 5 mərtəbəli binanın blokundan gürzə ilanı çıxıb.
Bill Qeytsin qızı atasının qatıldığı verilişlərin birində bilmədən
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesi zərə
Türkiyədə qeydi-adi oğurluq hadisəsi baş verib.
"28 May" stansiyası bağlanmır, müəyyən istiqamətlərdə hərək
Soyqırımı sadəcə kütləvi qətl deyil. Bu, yalnız şəkillərdə və şah
Rüşvət müqabilində gömrük sərhəddindən malların keçirilməsinə şə
Azərbaycanlı reper Asya Alizadenin başına iş gəlib.
Mütəxəssislər bazarın liderinə diqqət yetirməyi və hələ də geridə q
