Məşhur marketlər şəbəkəsi bağlanır? AÇIQLAMA
Digərləri 07 May 2025 11:35:00 554 0
"AL Market" mağazalar şəbəkəsinin ölkə üzrə fəaliyyət göstərən çoxsaylı filiallarından bəzilərinin fəaliyyətini dayandırdığı barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.
Bu xəbəri də oxu: Yeni hobbiyə başlamaq üçün ideal yaş 55 imiş ARAŞDIRMA
Son.az xəbər verir ki, bağlanan mağazalar təkcə paytaxt Bakıda deyil, eyni zamanda müxtəlif bölgələrdə yerləşən filialları da əhatə edir.
Məlumatın düzgünlüyü barəsində mağazalar şəbəkəsinin marketinq üzrə baş mütəxəssisi Məlahət Əsədova ilə əlaqə saxladıq.
O məlumatı təsdiqləyərək bildirib ki, söhbət müasir tələblərə cavab verməyən bəzi filialların fəaliyyətinin dayandırılmasından gedir:
"Azərbaycanın aparıcı endirim mağazalar şəbəkəsi olan "AL Market", xidmət keyfiyyətini yüksəltmək və beynəlxalq standartlara uyğun alış-veriş mühiti yaratmaq məqsədilə genişmiqyaslı yenidənqurma prosesinə start verib. Bu çərçivədə müasir tələblərə cavab verməyən bəzi filialların fəaliyyəti dayandırılıb, eyni zamanda daha funksional və rahat mağazaların açılışı həyata keçirilir", - deyə M.Əsədova bildirib.
Bağlanan filiallarda çalışan işçilərin işdən çıxarılıb-çıxarılmayacağı məsələsinə gəlincə isə M.Əsədova vurğulayıb ki, həmin filiallarda çalışan əməkdaşların hər biri ilə fərdi şəkildə görüşlər keçirilib, alternativ iş yerləri təklif olunub.
"Artıq 250-dən çox əməkdaş yeni işlə təmin olunub", - deyə mütəxəssis qeyd edib.
Asya Son.az
2023-cü ildə dünyasını dəyişən mərhum ilahiyyatçı və din xadimi Hac
Vasmoy bazarında pomidorların qırmızı görünməsi üçün hiylə işlədil
İctimai fəal Əhməd Məmmədli saxlanılıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin müşaviri Ziya Əliyev vəzif
Azərbaycan vətəndaşı olan 17 nəfər mayın 6-da Almaniyadan geri qəbul ed
Naxçıvanda özünü şəhid atası kimi təqdim edib dələduzluq əməlləri
Tiktoker Mahirə Marandskaya cinayət məsuliyyətinə cəlb olunub.
Mayın 11-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahan
Masallı rayonunda qeyri-rəsmi nikahda yaşadığı qadına qarşı zorakılıq
Türkiyənin Sivas vilayətinin Koyulhisar rayonuna bağlı 54 ailənin yaşadı
Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın p
Bu gün səhər saatlarında Moskvanın hava limanlarında pilotsuz təyyarələ
Ağcabədidə ata və iki oğlu nazirlik əməkdaşını ölümcül şəkildə d
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə intens
Pakistan Hindistanın raket hücumlarına cavab verdi: Beş qırıcı təyyarə
