“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi FOTO
Digərləri 08 May 2025 14:50:00 482 0
"Nar"ın baş icraçı direktoru Qunnar Panke Azərbaycan Texnologiya Universitetinin (ATU) təşkil etdiyi beynəlxalq elmi-praktiki konfransda çıxış edərək mobil operatorun universitetlərlə yaratdığı faydalı əməkdaşlıqdan bəhs edib.
Q.Pankenin sözlərinə görə, texnoloji yeniliklərin istehsalatda geniş tətbiqi və digər sahələrə nüfuz etməsi üçün uzun müddət və böyük investisiya tələb olunur. Bu baxımdan, biznesin təhsil ocaqları ilə əməkdaşlığı çox vacibdir.
"Şirkətimizin ATU ilə əməkdaşlığı çərçivəsində təhsilə ayırdığı sərmayə ümumilikdə Azərbaycanın telekommunikasiya sahəsinin gələcəyinə yatırım kimi qiymətləndiririk. "Nar" olaraq, əsas məqsədimiz bugünkü tələbələri sabahın aparıcı mütəxəssisləri kimi yetişdirməkdir", - deyə Q.Panke bildirib.
Qeyd edək ki, "Nar"ın təhsilə yönəlik korporativ sosial məsuliyyət strategiyası çərçivəsində şirkətin əməkdaşları yerli universitetlərin tələbələri üçün davamlı olaraq nəzəri və praktiki təlimlər keçir. Mobil operatorun ali təhsil ocaqları ilə geniş əhatəli əməkdaşlığı şirkətin akademik biliklə sənaye ehtiyacları arasında körpü yaratmaq məqsədini əks etdirir.
Pakistan xalqı 7 may gecəsi Hindistan Hərbi Hava Qüvvələrinin kütləvi ha
Əməkdar artist Babək Niftəliyev ilə bağlı şok iddia səslənib.
Türkiyənin Sivas şəhərində məktəbdə baş verən dəhşətli zorakılıq
Türkiyənin "Turkish Airlines" aviaşirkəti Pakistana mayın 8 və 9
Türkiyənin məşhur sənətçisi Hadisə həm şəxsi həyatı, həm də səh
Moskvanın Vnukovo hava limanında uçuşlarını gözləyən insanlar yerdə
Hindistan və Pakistan arasında artan gərginlik Asiyada müdafiə şirkətlər
Qobustan Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı vəfat edib.
Demək olar ki, hər kəs pulun bakteriyalar üçün ideal mühit olduğunu azı
2025-ci il mayın 5-də Aralıq dənizinin mədəni incisi olan Alanya şəhəri
