Tanınmış şair vəfat etdi
Digərləri 10 May 2025 17:38:00 489 0
Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağasən Bədəlzadə vəfat edib.
Bu xəbəri də oxu: "Dilqəm market"də iş yoldaşını öldürən Sənana hökm oxundu
Son.az kult.az-a istinadən xəbər verir ki, bu barədə şairin oğlu Səbuhi Bədəlov məlumat verib.
O bildirib ki, Ağasən Bədəlzadə bu gün, 85 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, artıq bir neçə ildir insult keçirmiş şair öz ata-baba yurdu olan İsmayıllı rayonunun Pirəbilqasım kəndində yaşayırdı.
Pedaqoji fəaliyyətlə yanaşı, gözəl şair kimi tanınan Ağasən Bədəlzadənin bu vaxtadək "Yanmaq ona deyərəm ki...", "Payızda məhəbbət", "Hayıf, a dünya səndən", "Qorxuram bu dünya sevgisiz qala", "Hələ yaşamağa dəyər dünyada" adlı şeirlər kitabları nəşr olunub.
Bundan başqa, Ağasən Bədəlzadənin şeirləri haqda müxtəlif qələm adamları, o cümlədən Xalq şairi Bəxtiyar Vahabzadə "Yanmaq ona deyərəm ki" adlı məqalə yazıb, müasirləri onun poetik axtarışlarını təqdir ediblər.
2017-ci ildə filologiya üzrə fəlsəfə doktoru olan şairin "Yapon ədəbiyyatı tarixi" dərslik kitabı çapdan çıxıb. Bu vaxtadək 11 kitabı çıxan şairin sonuncu kitabı "Tarixə düzgün baxış, yoxsa mistik naxış" adlanır.
09.05.2025-ci il tarixində saat 16:00 radələrində Beyləqan rayonunda 1 nəf
İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliye
Yeni elmi araşdırma ABŞ-ın ən sıx məskunlaşdığı 28 şəhərinin torpa
ABŞ-da yaşamaq arzusu bir çox azərbaycanlının məqsədləri arasında olsa
Bakı-Quba yolunun Şabran rayonunun Şahnəzərli kəndi ərazisindən keçən
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə mayın 1
"Bu gün Azərbaycanın xarici əlaqələrinin coğrafiyası artıq Cənub-
Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə səfərdə olan Avropa liderlər
Baş nazir Nikol Paşinyan son zamanlar Ermənistan ilə Azərbaycan arasında m
Bütün bu əzablı illər (işğal illəri - red.) arxada qaldı. Siz indi öz
Bu gün isə gözəl kəndin timsalında yeniləşən Azərbaycanı görürük,
Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycan Ordusunun bölmələri tərəfi
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "
Böyük Britaniyada Şahzadə Ketrin (Uels şahzadəsi) şərəfinə yeni qızı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayo
