Bu gün imtahan var
Digərləri 11 May 2025 08:49:00 89 0
Bu gün Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək.
Bu xəbəri də oxu: Beş bürc xoşbəxtliyi dadmağa yaxındır
Son.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
İmtahanlar 13 şəhər və rayonda təşkil olunur və 7 282 nəfərin iştirakı nəzərdə tutulur.
Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci il mayın 11-də:
1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;
2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;
3. Müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;
4. Aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;
5. Eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;
6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı.
İmtahanlarda iştirak edəcək şəxslər "İmtahana buraxılış vərəqəsi"ni DİM-in saytından çap edib götürə bilərlər.
İmtahanlar saat 10:00-da başlanır.
İmtahanların başlanmasına 15 dəqiqə qalmış - saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
Abituriyentlər (şagirdlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahanlarda 7 282 nəfərin iştirakı nəzərdə tutulur. İmtahanda 27 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.
Ümumilikdə imtahanların idarə olunmasına 34 ümumi imtahan rəhbəri, 92 imtahan rəhbəri, 700 nəzarətçi, 96 buraxılış rejimi əməkdaşı və 34 bina nümayəndəsi ayrılıb.
İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Şəmkir, Bərdə, Göyçay, Quba rayonlarında və Naxçıvan MR-də təşkil olunur.
Psixoloji vəziyyətimizin pozulduğunu göstərən bəzi əlamətlər vardır k

Səyahətə başlamaq istəyirsinizsə, aşağıdakı addımlar sizə kömək ed

Astroloqlar önümüzdəki həftələrdə bürcün üç əlamətinin peşəkar s

Zaman-zaman nəyisə unutmaq adi hal sayıla bilər. Lakin unutqanlıq gündəli

Son dövrlərdə sosial şəbəkələrdə populyarlıq qazanan Dubay şokoladı

Türkiyədə yaşayan müğənni Sevinc Ağaşirinova kameranın obyektivi qarş

Mətbəxlərimizin ayrılmaz hissəsi olan yaşıl soğan bəzən kəskin qoxusu

Müğənni Səidə Sultanın görüntüsü müzakirələrə səbəb olub.

Az büdcə ilə bahalı və zövqlü görünmək tam mümkündür - əsas məsə

Şalqam suyu, həm dadı ilə, həm də sağlamlığa olan faydaları ilə tanı

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Beylikdüzündə baş verən və 1 nəfərin həyatını itirdiyi metrobüs qəz

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) ölkədə "qanuni oğru" kimi

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabın
