Bakıda 15 yaşlı qıza toy etdilər
Digərləri 11 May 2025 12:50:00 97 0
Qaradağ rayonu, Ələt qəsəbəsində 15 yaşlı qıza restoranda toy edilib. Bu cinayətin üstü toy məclisindən sonra açılıb.
Bu xəbəri də oxu: FHN yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq etdi
Son.az musavat.com-a istinadən xəbər verir ki, hadisə ötən ilin oktyabr ayında baş verib. 27 yaşlı şəxslə 15 yaşlı qızın toy məclisi "Qobustan" şadlıq sarayında baş tutub.
Qızın 15 yaşı tamam olmadığı halda toy məclisinin keçirilməsinə hər iki ailə üzvləri razılıq veriblər. Toy məclisindən sonra polis əməkdaşları araşdırma aparıblar. 15 yaşı tamam olmayan qızla qeyri-rəsmi olaraq ailə həyatı quran şəxs məsuliyyətə cəlb edilib.
Cinayət işi açılandan sonra qız ata evinə qayıdıb. O, ailə həyatı qurduğu şəxsin cəzalandırılmaması üçün bu addımı atdığını deyib və bildirib ki, 18 yaşı tamam olana qədər ailəsinin yanında qalacaq.
Məhkəmədə dindirilən tərəflər bir-birilərindən şikayətçi olmayıblar. Məsuliyyətə cəlb edilən şəxs əməlindən peşman olduğunu deyib.
Ailələrin ifadəsindən məlum olub ki, evlilik rəsmi olmasa da, tərəflərin razılığı var və indi də bir-birlərindən şikayətçi deyillər.
Məhkəmə təqsirləndirilən şəxsdən şikayətin olmamasını, ilk dəfədir cinayət əməli törətməsini nəzərə alaraq ona şərti cəza verib.
Burada digər diqqət çəkən məqam isə restoranın azyaşlının evləndirilməsinə necə göz yummasıdır. Restoran əməkdaşları bu barədə polisə məlumat verməyiblər.
Cinayətin üstü isə qızın toydan sonra həkimə getməsi ilə açılıb. Həkim onun cinsi münasibətdə olduğu bildikdən sonra polisə məlumat verib.
Fransa Prezidenti Emmanuel Makron Kiyevdə "İstəklilər koalisiyası"

Mayın 12-də gözlənilən hava proqnozu açıqlanıb.

"Sony" şirkəti "PlayStation Store"da ödəniş imkanların

Ermənistan ordusuna çağırış üçün yaş həddinin artırılması ideyası

Astrologiya həvəskarlarını maraqlandıran mövzulardan biri də bürclərin

"Ukraynada münaqişənin tezliklə həll olunmaması mənə gecələr raha

Hindistan su axınını Pakistan kəndlərinə yönləndirib.

Hazırkı vəziyyətə görə, Qeyts sərvətinin 99%-ni versə belə, yenə mil

Mayın 12-dən 19-dək respublika ərazisində "Piyadalar, diqqətli olun!&

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 10 m² olan köməkçi tiki

Sosial şəbəkələrdə yayılan video marağa səbəb olub.

Ermənistanda siyasi məntiq, beynəlxalq hüquq normaları və diplomatik davra
