"Bolt"un sürücüsü 5 manatlıq yolu 435 manata apardı
Digərləri 13 May 2025 11:33:36 460 0
Bakıda 5 manatlıq yolu 435 manata aparan daha bir "Bolt" sürücüsü barədə məhkəmə qərar verib.
Bu xəbəri də oxu: Azərbaycanda qadın keçmiş ərini döydürdü VİDEO
Son.az qaynarinfo.az-a istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Xalid Məmmədovun (şərti ad) Cinayət Məcəlləsinin 177.2.3-1-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Məhkəmə araşdırması zamanı məlum olub ki, Ucar rayon sakini Xalid Məmmədov təxminən 5 ay əvvəl "Bolt" platformasında sürücü kimi fəaliyyətə başlayıb. O, 50 yaşlı Firuzə (şərti ad) adlı müştərini Xətai rayonu, "Viktoriya" restoranının yaxınlığından götürərək Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsinə aparıb. Sifarişin dəyəri cəmi 5 manat olub.
Səfər zamanı qadın sürücüyə nəğd pulu olmadığını, ödənişi kartla həyata keçirəcəyini bildirib. Bu fürsətdən istifadə edən sürücü qadının kart məlumatlarını əldə edərək, "Mosbet" mərc oyun platformasında qeydiyyatdan keçib. Daha sonra həmin kartdan ümumilikdə 435 manat vəsaiti öz hesabına köçürərək, məbləği mərc oyunlarında xərcləyib.
Firuzə dərhal sürücüyə zəng edərək pulu geri qaytarmasını tələb edib. Lakin sürücü ona "səhv nömrəyə zəng etdiyini" deyərək vəziyyətdən yayınmağa çalışıb. Qadın daha sonra bankla əlaqə saxlayaraq kart hesabını bağlatdırıb və Daxili İşlər Nazirliyinin 102 Çağrı Mərkəzinə zəng edərək hadisə barədə məlumat verib. Sürücü qısa müddət sonra saxlanılıb.
Ötən il sosial şəbəkələrdə fahişəliyə cəlbetmə maddəsi ilə 6 cina
Çeçenistan rəhbəri Ramzan Kadırovun 17 yaşlı oğlu Adama "Axmat-Qroz
Bakının Səbail rayonu Mikayıl Hüseynov 14 küçəsində yerləşən binada
Azərbaycanda ictimai nəqliyyat vasitələri üçün müəyyənləşdirilmiş g
Gəncə Dövlət Universitetinin (GDU) Filologiya fakültəsinin dekanı, filolo
Bakıda Nərumanov rayonunda yerləşən məşhur "Şəki" restoranın
Evlənənlərin sayında ötən illə müqayisədə artım müşahidə edilir. D
Prezident İlham Əliyev mayın 10-da Ağdam Muğam Mərkəzinin açılışında
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından
Sabunçu rayonunun Maştağa və Qaradağ rayonunun Qızıldaş qəsəbələrind
Bir sıra inşaat materialları istehsalı ilə məşğul olan "ALMET"
Xəbər verdiyimiz kimi, Bakı şəhərində yerləşən 207 nömrəli tam orta
Bu ildən məbləği artırılan birdəfəlik müavinətlərdən biri də cəza
Xətai rayonunda yaşayan 14 yaşlı yeniyetmə evdən çıxıb və geri qayıtm
