İşdən çıxarılan direktorun DOSYESİ
Digərləri 13 May 2025 19:02:00 85 0
Xəbər verdiyimiz kimi, Bakı şəhəriindəki 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibli vəzifəsindən azad edilib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda bildirilib ki, Yaqut Müseyibli fəaliyyətində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb. Qeyd edək ki, 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibliyə məxsus olduğu iddia edilən səs yazısı yayılıb. Səs yazısında o, "Son Zəng" üçün pul yığılmasını tələb edir.
Son.az işdən çıxarılan direktorun qısa dosyesini təqdim edir.
Müseyibli Yaqut İbrahim qızı 1973-cü ilin 25 yanvarında anadan olub. 1989-cu ildə 42 nömrəli tam orta məktəbi, 1994-cü ildə Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakultəsini bitirib. Fizika-riyaziyyat ixtisası üzrə magistratura səviyyəsini fərqlənmə ilə bitirib.
2002-2007-ci ildə Bakı Dövlət Universitetinin aspirantı olub, Azərbaycan Respublikasının Prezident Yanında Ali Attestasiya Komissiyasında Fizika-riyaziyyat elmləri namizədi adını, alimlik dərəcəsini alıb.
2002-2008-ci ildə Tovuz rayonunda müəllim, 2008-2016-cı ildə Bakı Humanitar kollecində müəllim, 2016-2017-ci ildə şöbə müdiri vəzifəsində çalışıb.
2017-2023-cü ildə E. Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli internat məktəbinin direktoru vəzifəsində işləyib. 2023-cü il tarixdən S.Yolçuyev adına 207 nömrəli tam orta məktəbin direktoru təyin edilmişdi.
Ailəlidir, üç övladı var. (Modern.az) Son.az
Bu gün Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbədənkən

Yasamal rayonu, Kənar Dairəvi yolda aşkar olunmuş yeraltı qaz sızmasının

Bu barədə texnologiya mütəxəssisləri xəbərdarlıq edib

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər

Teleaparıcı Jalə Həsənlinin başına iş gəlib.

Azərbaycan çayı əsrlər boyu həm bölgədə, həm də beynəlxalq səviyyə

Son vaxtlar uşaqlar arasında allergik reaksiyalar artıb.

Uzun illər dağıdılmış vəziyyətdə qaldıqdan sonra bərpa edilən Zəngi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikas

Bu gün maliyyə təhlükəsizliyiniz fiziki deyil, rəqəmsal hücum altındad

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukraynanı sülh danı

19 may "Nostalji axşam" möhtəşəm qala konsert Bakıda! Bəstəkar

Son 4 ildə mənzil bazarında 55 faizə qədər qiymət artımı müşahidə ol

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncama ə

Müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı müddəti
