Nazir Leyla Muradzadəyə yüksək vəzifə verdi
Digərləri 14 May 2025 10:22:00 482 0
Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyinatı olub.
Bu xəbəri də oxu: “Polkovnik qardaşımı vurdu, atam infarkt keçirib öldü...”
Bu barədə Son.az-a Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə xormeyster, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Muradzadə bu vəzifəyə təyin edilib.
Leyla Muradzadə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. 2008-ci ildə adı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə gənc istedadların "Qızıl kitabı" na daxil edilib.
O, Bakı Musiqi Akademiyasında xor dirijorluğu üzrə bakalavr və magistratura pillələrini fərqlənmə diplomları ilə bitirib. 2023-cü ildə "Azərbaycan a capella xor musiqisində muğamın təcəssümü (1990-cı illərə qədər)" mövzusunda sənətşünaslıq üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib.
Uzun müddətdir Azərbaycan Dövlət Uşaq Filarmoniyasında çalışan L.Muradzadə 2012-2017-ci illərdə Azərbaycan Dövlət Xor Kapellasının artisti olub. 2024-cü ildən paralel olaraq Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin aparıcı metodistidir. Ölkəmizdə uşaq və gənclərdən ibarət ilk xor musiqi albomunun müəllifidir.
Təvazökar həyat tərzi ilə bütün dünyada tanınan, Uruqvayın keçmiş pr
Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Gəncə şəhərində
Bu gün Bakının Sabunçu rayonunda yenidənqurma işləri ilə əlaqədar elek
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Azərbaycanda bəzi aylarda ard-arda qeyri-iş günlərinin olması müxtəlif a
Türkiyənin Muğla vilayətinin Datça rayonu sahillərində yerli vaxtla saat
Xəbər verdiyimiz kimi, müğnnilər Müğənni Aysun İsmayılova və Ülviyy
Dünən Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat had
Aparıcı Ülvira Qarayeva Qubanın Ənik kəndində rastlaşdığı maraqlı bi
Mayın 13-ü saat 20:45-dən saat 21:30-dək Ermənistan silahlı qüvvələrini
Ötən günlər bank kartlarından kütləvi talamalar və bankların məsuliyy
Valideynlərin bir çoxu qız övladlarının kiçik yaşlardan etibarən gözə
Müğənni Aysun İsmayılovanın rayderi üzə çıxıb.
ABŞ elektrikli avtomobillərə verilən vergi güzəştlərini ləğv etməyi p
