İstanbul görüşündən gözləntilər: Tamam, ya davam?


Siyasət 14 May 2025 17:33:00 74 0

İstanbul görüşündən gözləntilər: Tamam, ya davam?

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də Ankarada Rusiya Prezidenti Vladimir Putinlə Türkiyədə keçiriləcək mümkün görüşdən nəticə gözləyir. O, bu barədə keçirdiyi mətbuat konfransında bildirib.

Zelenskinin sözlərinə görə, əsas nəticə müharibənin başa çatması və buna doğru ilk addım atəşkəsin əldə olunmasıdır. 

"Gəlin bunu edək. Mən Türkiyədə olacağam. Prezident Ərdoğan (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan) olacaq. Hamı Rusiya lideri ilə görüşə hazırdır - istər Ankarada, istər İstanbulda. Üstəlik, bu, onun təşəbbüsü olub", - Zelenski qeyd edib.

O bildirib ki, Rusiyadan birbaşa danışıqlarla bağlı siqnal daxil olub. Eyni zamanda, ABŞ Rusiya və Ukrayna liderləri arasında dialoqun başlanmasını dəstəkləyib. V.Zelenski Vaşinqtonun ideyasını dəstəklədiyini qeyd edib. 

Son.az xəbər verir ki, siyasi şərhçi Kənan Novruzov təhlil edib:

"Ukrayna Prezidenti vurğulayıb ki, əgər Putin atəşkəsə hazır olduğunu ifadə etsə, bu müharibənin başa çatmasının bütün digər elementlərinin müzakirəsi üçün yol açacaq. Zelenski vurğulayıb ki, əgər Putin atəşkəsə hazır olduğunu bildirsə, bu, müharibənin başa çatmasının bütün digər elementlərinin müzakirəsinə yol açacaq. Məlum olduğu kimi, sabah İstanbulda Türkiyə, Rusiya və Ukrayna arasında ən ali səviyyədə görüş keçirilməsi nəzərdə tutulur. Həmçinin ABŞ Prezidenti Donald Trampın da İstanbula gedəcəyi ehtimal edilir. 

Əslində  müzakirələrdə ciddi nəticələrin əldə olunması ehtimalı heç də az deyil. Çünki burada yalnız tərəflər deyil, eyni zamanda münaqişənin gedişatına yön verə biləcək dörd əsas güc - Rusiya, Ukrayna, Türkiyə və ABŞ liderləri bir araya gələcəklər. Bu, indiyə qədərki diplomatik cəhdlər arasında ən genişmiqyaslı və potensial baxımından əhəmiyyətli olanıdır".

Amma əsas sual hələ də açıq qalır: atəşkəs əldə olunacaqmı?

"Bu suala birmənalı cavab vermək çətindir. Problem ondadır ki, bütün beynəlxalq sistem Rusiya-Ukrayna münaqişəsinin həllinə eyni prizmadan yanaşmır. Xüsusilə də Avropa paytaxtları ilə Vaşinqton arasında ciddi baxış fərqləri mövcuddur. ABŞ müharibənin müəyyən mərhələdə dayandırılması və diplomatik tənzimləmə yoluna keçilməsində maraqlıdır. Çünki qarşıdan gələn seçkilər, daxili təzyiqlər və qlobal güc balansındakı dəyişikliklər buna zərurət yaradır. Avropa fərqli düşünür, Brüsseldə və digər paytaxtlarda narahatlıq var: Onlar müharibənin tezliklə dayanacağı halda Rusiyanın özünü qalib kimi hiss edəcəyindən narahatdırlar. Bu isə psixoloji üstünlüyün bərpası, Kreml üçün yeni strateji ambisiyaların yaranması deməkdir. Avropanın bəzi dairələrinin bu ssenaridən ehtiyat edərək Ukraynaya dəstəyi artırmaqla və Rusiyaya qarşı sanksiyaları dərinləşdirməklə müharibənin mümkün qədər uzanmasına cəhd göstərməsi gözləniləndir.

Bu isə əslində, Kreml ilə Kiyev arasında yaranmaqda olan tarazlığı poza bilər. İndiki məqamda tərəflər müəyyən diplomatik güzəştlərə getməyə daha açıq görünürlər. Savaş uzandıqca tərəflər yalnız hərbi resurslarını deyil, siyasi manevr imkanlarını da itirirlər. Bu baxımdan İstanbul görüşü onlar üçün nadir tarazlıq nöqtəsi yarada bilər. Əgər bu fürsət qaçırılarsa, növbəti diplomatik kanalın nə zaman və harada açılacağı sual altına düşür".

Ekspert qeyd edir ki, ən təhlükəli məqamlardan biri kənardan gələn təzyiqlər nəticəsində Ukrayna və Rusiya üçün hazırda açıq olan real danışıqlar pəncərəsinin bağlanmasıdır. Həm Vaşinqton, həm də Ankara bu mənada kritik vasitəçilik rolu oynayır. Türkiyə artıq uzun müddətdir regionda balanslaşdırıcı güc kimi çıxış edir. ABŞ isə Prezident Donald Tramp administrasiyasının rəhbərliyi ilə bu prosesi daha konkret və praqmatik nəticələrə yönəltmək niyyətində görünür:

"Əgər Moskva və Kiyev bu reallığı düzgün dəyərləndirməsələr, onlar üçün yaranmış çox nadir bir fürsət əldən gedə bilər. O halda müharibənin yeni, daha sərt fazaya keçməsi ehtimalı da istisna olunmur. İstanbul masası sadəcə bir görüş nöqtəsi deyil, böyük geosiyasi sualların cavablandırılacağı yer ola bilər. Amma bu, yalnız o halda baş verər ki, tərəflər oyunun qaydalarını yazmaq istəyənlərin deyil, öz xalqlarının və regionun gələcəyinin diktəsi ilə hərəkət etsinlər. 

Onu da deyək ki, anda Trampın və ya Putinin görüşdən imtina etməsi mümkündür". 

Asya Son.az 

Xalq artisti jurnalisti təhqir etdi  FOTO like
  • 14 May 17:18  
Şou-biznes Xalq artisti jurnalisti təhqir etdi FOTO

Rusiya Federasiyasının Əməkdar artisti, Qaraçay-Çərkəz Respublikasının

arrow Ətraflı
“Putin mənim də İstanbulda olmağımı istəyir" like
  • 14 May 17:08  
Dünya “Putin mənim də İstanbulda olmağımı istəyir"

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin İstanbulda ke

arrow Ətraflı
Vaxtı keçmiş yumurtaların son istifadə tarixini silən satıcı kameraya düşdü  VİDEO like
  • 14 May 17:00  
Digərləri Vaxtı keçmiş yumurtaların son istifadə tarixini silən satıcı kameraya düşdü VİDEO

Türkiyənin bazarlarından birində satıcının yumurtaların üzərindəki so

arrow Ətraflı
İranda silahlı qarşıdurma: 2 nəfər öldü, 1 polis yaralandı like
  • 14 May 16:52  
Digərləri İranda silahlı qarşıdurma: 2 nəfər öldü, 1 polis yaralandı

İranın Sistan və Bəlucistan əyalətinin Saravan şəhərində polis qüvvə

arrow Ətraflı
"Ad gününə getmək istəmirdi, özüm göndərdim"  İtkin düşən Aytacın anası like
  • 14 May 16:40  
Digərləri "Ad gününə getmək istəmirdi, özüm göndərdim" İtkin düşən Aytacın anası

Qonşu ölkədə itkin düşən 21 yaşlı soydaşımızdan 40 gündən çoxdur

arrow Ətraflı
"Məni polisə vermişdi" like
  • 14 May 16:31  
Şou-biznes "Məni polisə vermişdi"

Müğənni Şəbnəm Qəhrəmanova açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
"Polis məni tapa bilməz" deyib dələduzluq etdi like
  • 14 May 16:22  
Digərləri "Polis məni tapa bilməz" deyib dələduzluq etdi

TikTok-da "Omegabaku" adlı səhifə üzərindən sifariş verən isti

arrow Ətraflı
"Nə yapışmısınız, Bakıdan? Gedin, əkin becərin də,.." like
  • 14 May 16:02  
Şou-biznes "Nə yapışmısınız, Bakıdan? Gedin, əkin becərin də,.."

Teleaparıcı Zemfira Adıgözəlova paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
Hakan Fidana suiqəsdin təffərrüatı üzə çıxdı "Civə buxarı ilə..." like
  • 14 May 15:57  
Digərləri Hakan Fidana suiqəsdin təffərrüatı üzə çıxdı "Civə buxarı ilə..."

Türkiyənin Xarici işlər naziri Hakan Fidan MİT direktoru olduğu müddətd

arrow Ətraflı
İlhamə Elşadqızı məhkəmədə ifadə verdi like
  • 14 May 15:53  
Digərləri İlhamə Elşadqızı məhkəmədə ifadə verdi

"TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməli

arrow Ətraflı
Suriyaya qarşı bütün sanksiyaları ləğv elədi like
  • 14 May 15:48  
Dünya Suriyaya qarşı bütün sanksiyaları ləğv elədi

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda

arrow Ətraflı
Ohanyanın oğluna Lələtəpə ittihamı – Cinayət işi açıldı like
  • 14 May 15:39  
Digərləri Ohanyanın oğluna Lələtəpə ittihamı – Cinayət işi açıldı

Ermənistanda 44 günlük müharibə ilə bağlı yeni cinayət işi məhkəməy

arrow Ətraflı
Gözəllik salonunda canlı yayım edən tiktoker güllələndi  FOTO like
  • 14 May 15:30  
Kriminal Gözəllik salonunda canlı yayım edən tiktoker güllələndi FOTO

Meksikalı influenser Valeria Markes TikTokda izləyiciləri ilə canlı yayı

arrow Ətraflı
İcra başçısının müavini 11 ay sonra işdən çıxdı like
  • 14 May 15:16  
Digərləri İcra başçısının müavini 11 ay sonra işdən çıxdı

İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Məmmədov (El

arrow Ətraflı
Rəqəmsal bazarda reklam xidmətləri kimlərə və necə xeyir gətirir? like
  • 14 May 15:10  
Digərləri Rəqəmsal bazarda reklam xidmətləri kimlərə və necə xeyir gətirir?

Azərbaycan rəqəmsal bazarı heç də xarici dövlətlərdən geri qalmayaraq

arrow Ətraflı