Rəqəmsal bazarda reklam xidmətləri kimlərə və necə xeyir gətirir?


Digərləri 14 May 2025 15:10:00 59 0

Rəqəmsal bazarda reklam xidmətləri kimlərə və necə xeyir gətirir?

Azərbaycan rəqəmsal bazarı heç də xarici dövlətlərdən geri qalmayaraq günü-gündən böyüyür. İllər ərzində bu bazar əminliklə inkişaf edərək, günümüzdə istifadəçi və reklamçılara həqiqətən yüksək keyfiyyətli xidmətlər təqdim edir. Lakin, hər bir işdə olduğu kimi burada da gəlir naminə ticarətin əsas prinsiplərindən yayınanlar olur. Əminəm ki, məşhur markaların istifadə etdiyi reklam materiallarının bəzi hallarda heç də ürək açan olmadığının hər biriniz şahidi olmusunuz.

Belə ki, digər reklam sahələrində bu proseslər sistematik şəkildə tənzimlənsə də rəqəmsal bazarda izlədiyimiz tendensiya heç də ürək açan deyil. Hər gün Azərbaycan dilinə uyğun olmayacaq şəkildə, heç bir leksik məna kəsb etməyən, bəzi hallarda isə tamamən doğma dilimizdə olmayan minlərlə məzmun istifadə olunur. Məhsulunu yerli bazara çıxaran reklamverən öz alıcılarına heç mi hörmət etmir? Video reklamlarda istifadə olunan və süni zəka köməyi ilə yaradılan səsləndirmələrdən tutmuş, sosial şəbəkələrdə paylaşılan hərfi tərcümələr günümüzün reallığını əks etdirir. Artıq adiləşən bu hallara bəzən özümüz də fikir vermirik, lakin unuduruq ki, belə olduğu halda bir neçə ildən sonra yeni nəsil Azərbaycan dilində yazılışı və deyilişi belə unudacaq. Dolğun məzmunlu reklam yaratmaq üçün müəyyən vəsait tələb olunur, amma reklamçılar bu vəsaitə qanaət etməyə çalışırlar.

Lakin, xarici şirkətlərin əl atdığı "oyun" tək bununla bitmir. Bir çox hallarda əlavə xərclərdən yayınmaq məqsədi ilə reklam yerləşimini azərbaycanlı mütəxəssislərə həvalə etməkdənsə, xarici ölkələrdən birbaşa idarə olunmasına üstünlük verirlər. Bəs ölkəmizdən minlərlə kilometr uzaqda olan bu şəxslər bizim alıcıların nə istədiyini, ənənələrimizi, dilimizi və bazar strukturumuzu haradan bilir? Qıraqdan sadə bir problem kimi görünən bu məsələ əslində böyük bir məna kəsb edir. Gəlin, bu məsələyə başqa bir aspektdən baxaq. Hal-hazırda universitetə hazırlaşan və Marketinq fakültəsini seçən tələbə, dörd ildən sonra özünə necə iş tapacaq? Maraqlı məzmun yaratmaq istəyən gənc, bu məzmunu kim üçün yaradacaq? Və ya bir gün xarici şirkət ilə əməkdaşlığı xəyal edən, bazara yeni qədəm qoymuş bir agentlik işləri necə icra edəcək? Deyə bilərsiniz ki, tələb təklif yaradır, azad bazardır, lakin bu heç də görüldüyü kimi bəsit deyil. Bəzi hallarda Gürcüstan, Qazaxıstan, Sinqapur və digər ölkələr vasitəsi ilə edilən reklamın ucuz və bəzi hallarda diqqət çəkici olmasından dolayı, yerli bazarın xarici agentliklərlə yarışması mümkünsüz olur. Bir çox hallarda isə böyük şirkətləri "ƏDV-siz ödəniş" ilə cəlb edən xarici agentliklər, ölkəmizin iqtisadiyyatına daha bir zərbə vurmuş olurlar.

Belə olduğu halda, yerli alıcı kütləsinə xitab etməsinə və gəliri birbaşa Azərbaycan bazarından əldə etməklərinə baxmayaraq, şirkətlər, iqtisadiyyatımıza tövhə və dəstək mənbəyi olan vergi ödənişlərindən yayınırlar. Beləliklə, həm yerli şirkətlərə, həm bazara, həm də digər vergi ödəyicilərinə haqsızlıq etmiş olurlar. Rəqəmsal xidmətlərə ƏDV-nin tətbiqi böyük şirkətlərin öz müştərilərindən əldə etdikləri gəlirlərdən vergi ödəmələrini təmin etmək məqsədi daşıyır. Bu qayda həm yerli, həm də beynəlxalq şirkətlərə onlayn xidmətlər satarkən onlara eyni münasibət göstərməklə ədalətliliyi təmin etmək üçün müəyyən edilmişdir. Məqsəd hər bir reklamçıya eyni hüquqa malik rəqəmsal bazar yaratmaq və ədalətli rəqabətə təşviq etməkdir.  Azərbaycanda rəqəmsal bazarın vergi bazasının yaradılması haqqında müəyyən müddətdir ki, müzakirələr aparılır. Bildirək ki, bu bazar indiyə kimi tənzimlənməsə də bu istiqamətdə addımlar atılır. Qarşıdakı 1-2 ildə vəziyyətin tamamən dəyişməsi gözlənilir. Bu həm antiinhisar qanunvericiliyinə, həm vergi məcəlləsinə, həm də rəqəmsal fəza qanunvericiliyinə olunacaq dəyişikləri özündə birləşdirir. 

Rusiyadakı rəqəmsal reklamçılar ötən ayı yeni bir xəbərlə başlayıb, belə ki, dəyişən qanunvericiliyə əsasən 2025-ci ilin aprelin ayının 1-dən internet reklamından əldə olunan gəlirlər üçün xüsusi rüsum nəzərdə tutulub. Dünya miqyasında bu yeni bir praktika deyil. Qardaş ölkə Tükiyədə də rəqəmsal xidmətlər üçün xüsusi  7.5% vergi nəzərdə tutulub. Rəqəmsal xidmətlərə vergi tətbiq edilməsi ABŞ və bir çox digər Avropa ölkələrində də illərdir həyata keçirilir. Hətta Asiya ölkələri üçün bu təcrübə keçərlidir. Buna misal olaraq, İndoneziya, Malayziya, Tayland, Sinqapur və Yaponiya kimi ölkələrin artan siyahısına keçən ilin oktyabrında daxil olan Filippini də aid etmək olar. Belə ki, burada rəqəmsal xidmətlərə 12% ƏDV tətbiq edilir. 

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib like
  • 14 May 15:05  
Digərləri Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli

arrow Ətraflı
Nilufər uzun aradan sonra like
  • 14 May 14:49  
Digərləri Nilufər uzun aradan sonra

Türkiyənin məşhur pop musiqi sənətçisi Nilüfer uzun fasilədən sonra ic

arrow Ətraflı
“Bilmirsən ki, uşağın kimdəndir?!” like
  • 14 May 14:24  
Şou-biznes “Bilmirsən ki, uşağın kimdəndir?!”

Əməkdar artist Elnarə Abdullayeva qalmaqallı açıqlamalar verib. Son.az

arrow Ətraflı
"Tarqovu"da qeyriadi evlilik təklifi  VİDEO like
  • 14 May 14:14  
Digərləri "Tarqovu"da qeyriadi evlilik təklifi VİDEO

Bakının mərkəzində maraqlı görüntü lentə alınıb.

arrow Ətraflı
38 il sonra sərbəst buraxdılar  Səhvən tutublarmış  FOTO like
  • 14 May 14:00  
Dünya 38 il sonra sərbəst buraxdılar Səhvən tutublarmış FOTO

Günahsız yerə 38 il həbsdə qalan kişi azadlığa buraxılıb.

arrow Ətraflı
Prezident Tural Piriyevə yüksək vəzifə verdi like
  • 14 May 13:20  
Siyasət Prezident Tural Piriyevə yüksək vəzifə verdi

Tural Qüdrət oğlu Piriyev Əmanətlərin Sığortalanması Fondunun icraçı

arrow Ətraflı
Xanəndə Nəriman Əliyevin 95 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib  FOTO like
  • 14 May 13:19  
Kriminal Xanəndə Nəriman Əliyevin 95 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib FOTO

Beynəlxalq Muğam Mərkəzində Əməkdar müəllim, xanəndə Nəriman Əliyev

arrow Ətraflı
Polis bu rayonda əməliyyat keçirdi  Saxlanılan var like
  • 14 May 13:11  
Digərləri Polis bu rayonda əməliyyat keçirdi Saxlanılan var

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əmək

arrow Ətraflı
Azərbaycanlı müğənni özünə BƏYSİZ toy etdi like
  • 14 May 13:02  
Şou-biznes Azərbaycanlı müğənni özünə BƏYSİZ toy etdi

Müğənni Aygün Ağayeva ailə qurub. Son.az xəbər verir ki, onun toyunda

arrow Ətraflı
“Melissa Group”un rəhbəri həbsdən buraxıldı like
  • 14 May 12:53  
Digərləri “Melissa Group”un rəhbəri həbsdən buraxıldı

Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən "Melissa

arrow Ətraflı
Kürdəmirdə ölən qadının meyiti palatada gizlədilib?  RƏSMİ AÇIQLAMA like
  • 14 May 12:50  
Digərləri Kürdəmirdə ölən qadının meyiti palatada gizlədilib? RƏSMİ AÇIQLAMA

"Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunandan sonra h

arrow Ətraflı
Fransada polislər yazıçının evinə basqın etdi  Kitabında hakimiyyəti ifşa etmişdi  FOTO like
  • 14 May 12:44  
Dünya Fransada polislər yazıçının evinə basqın etdi Kitabında hakimiyyəti ifşa etmişdi FOTO

Fransada baş verən hadisə ölkə ictimaiyyətində və mediada ciddi rezonans

arrow Ətraflı
Azərbaycandan neçə nəfər "Green Card" qazanıb? like
  • 14 May 12:40  
Digərləri Azərbaycandan neçə nəfər "Green Card" qazanıb?

Bu il Azərbaycandan 1 730 nəfər ABŞ-də yaşamaq icazəsi verən "Green

arrow Ətraflı
Sabah bəzi ərazilərdə leysan olacaq like
  • 14 May 12:33  
Digərləri Sabah bəzi ərazilərdə leysan olacaq

Mayın 15-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Bakıda ilk MercedesBenz Fashion Week Azerbaijan keçiriləcək! like
  • 14 May 12:23  
Şou-biznes Bakıda ilk MercedesBenz Fashion Week Azerbaijan keçiriləcək!

2025-ci il mayın 15-dən 17-dək Bakıda Mercedes-Benz-in strateji tərəfdaşl

arrow Ətraflı