Bakının bu ərazisində evlər su qiymətinədir – Bahalaşacaq
Digərləri 14 May 2025 22:00:00 80 0
Bir çox "makler" Bakının Xətai rayonu NZS qəsəbəsində yerləşən həyət evlərinin su qiymətinə ucuzlaşdığını bildirib.
Həmin ərazidə metro çəkilişi olduğuna görə, yaxın gələcəkdə evlərin bahalaşacağı qeyd olunub.
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən daşınmaz əmlak eksperti Elnur Azadovun sözlərinə görə, çəkiləcək yeni metro stansiyası NZS tərəfə düşür, ikinci hissəsi isə "Maşın bazarı" tərəfdə olacaq.
Ekspert bildirib ki, metro tikintisi 10 ildən az çəkmir. Ümumilikdə Bakı- Ağ şəhər layihəsi 1-ci mərhələdə 221 hektardan ibarətdir. 2-ci mərhələsi isə artıq 1500 hektardan çoxdur. Bir hissəsi isə indiki Zığ istiqamətinə kimi gedib çıxır.
"Ərazi olduqca böyükdür. Gələcəkdə NZS qəsəbəsinin tam yenilənməsi planı var. Orada olan yaşayış fondu söküləcək. Onun yerində isə Ağ şəhər davam edəcək. 1-ci mərhələnin ərsəyə gəlməsi üçün təxminən 15 il vaxt sərf olundu. Hələ tam bitməyib. 1500 hektarlıq 2-ci mərhələ isə mənim fikrimcə buna yarım əsrdən çox vaxt lazımdır. Ən azı 30-40 il vaxt lazımdır. Bu baxımdan da NZS qəsəbəsinin sökülməsi, köçürülməsi, Ağ şəhər layihəsinə qatılması üçün çox uzun vaxt lazımdır. NZS qəsəbəsindəki yaşayış fondunun qeyri-leqal şəkildə tikilməsidir. Ona görə ki, Sovet hökuməti vaxtı, şəhər planlanmasında yaşayış üçün nəzərdə tutulmamış, sənaye ərazisi idi. Köhnə Ağ şəhər ərazisi də sənaye zonası olubdur. Orada tikilmiş evlərin 90-95 faizi qeyri-leqaldır. Orada iki və üç mərtəbəli evlər də var. O evlər də 30-cu, 40-cı illərə kimi tikilibdir. Məktəb, polikilinla, digər xidmət göstərən sahələr ümumilikdə Sovet hökuməti vaxtında və sonrakı dövrlərdə yaşayış üçün nəzərdə tutulmamışdır". Son.az
Son vaxtlar kənd təsərrüfatı texnikalarının avtomagistrallarda, eləcə d

ABŞ Prezidenti Donald Tramp Qətərlə 1 trilyon dollardan çox məbləğdə iq

Kayseridə baş verən və televiziya ekranlarında böyük səs-küy yaradan qa

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar

Əməkdar artist Dilarə Əliyeva verilişindəki reklam prinsiplərindən danı

Azərbaycan dili və ədəbiyyat müəllimi olan Mahir Vəliyev fərqli üslubda

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun dağlıq kəndləri olan Yu

Bakı şəhəri 248 nömrəli tam orta məktəbin direktoru və müavininin rü

ABŞ prezidenti Donald Tramp hərəkəti ilə müzakirələr yaradıb.

Əmanətlərin Sığortalanması Fonduna yenidən icraçı direktor təyin edil

2009-cu ildə Halit Ergenç ilə evlənən Bergüzar Korel ailəsi və uşaqlar

İmişlidə 9 may tədbirləri zamanı SSRİ bayrağı qaldıran rayon Ağsaqqal

Xəbər verdiyimiz kimi, mayın 10-da Qazaxda 2009-cu il təvəllüdlü Vaqif P

Xəbər verdiyimiz kimi, İmişlidə 9 may tədbirləri zamanı SSRİ bayrağı
