İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib
Siyasət 15 May 2025 10:21:00 454 0
Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın Baş naziri Edi Ramaya təbrik məktubu göndərib.
Bu xəbəri də oxu: Azərbaycanın Təbrizdəki baş konsulu vəzifəsinə yeni təyinat olub
Son.az-ın məlumatına görə, məktubda deyilir:
"Hörmətli cənab Baş nazir,
Ölkənizdə keçirilmiş parlament seçkilərində başçılıq etdiyiniz Albaniya Sosialist Partiyasının qələbəsi münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Lideri olduğunuz partiyanın bu yeni uğuru Albaniyanın rifahı naminə həyata keçirdiyiniz ümummilli siyasətə, çoxşaxəli fəaliyyətinizə verilən yüksək qiymətin ifadəsi, xalqınızın Sizə olan inam və dəstəyinin bariz təzahürüdür.
Azərbaycan ilə Albaniya arasında qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edən dövlətlərarası münasibətlərin və əməkdaşlığın səviyyəsi məmnunluq doğurur. Əminəm ki, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli əsasda müvəffəqiyyətlə davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Albaniya xalqının firavanlığı naminə məsul fəaliyyətinizdə uğurlar diləyirəm".
Sakaryanın Akyazı rayonundakı Madanoğlu ibtidai məktəb iki gün arayla m
Bakının Nərimanov, Səbail, Nizami, Binəqədi və Suraxanı rayonlarındakı
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə vermək istəyiblər.
Rusiya və Ukrayna arasında davam edən münaqişənin həllinə yönəlmiş ye
"Səba" ASC-nin nizamnamə kapitalı azaldılıb və qanuni təmsilçi
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Məclislərin birindən maraqlı görüntü yayılıb.
Körpəniz daim qusursa, səbəb sizin düşündüyünüz kimi olmaya bilər.
"İndi Eldara böyük hörmətim var. Amma hər dəfə "Avroviziya&quo
Mayın 15-də Pirqulu stansiyasından 15 km şimalda, Şamaxı rayonunda zəlzə
ABŞ-də artıq sərnişinlər daxili uçuşlar üçün hava limanında təhlük
Müğənni və aktrisa Cennifer Lopez "2025 Amerika Musiqi Mükafatlarına&
Zülal tərkibli qidaların orqanizmə təsiri uzun illərdir alimlərin diqqət
Yay fəslinin gəlişi ilə birlikdə evlərə doluşan qarışqalar və ağcaqa
Hamiləlik dövründə düzgün qidalanma yalnız ananın sağlamlığı üçün
