14 yaşlı Nərminə həkim səhvinin qurbanı olubmuş
Digərləri 15 May 2025 13:33:00 65 0
Ötən il avqustun 13-də Bərdə rayon sakini 2010-cu il təvəllüdlü Nərminə Kazımovanın "Yevlax rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsində ölməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, istintaqla həmin dövrdə qeyd edilən tibb müəssisəsində həkim-travmatoloq-ortoped vəzifəsində işləmiş Bəxtiyar Mustafayev və həkim anestezioloq-reanimatoloq vəzifəsində işləyən Könül Sadıqovanın öz xidməti vəzifəsini yerinə yetirməməklə və lazımi qaydada yerinə yetirməməklə ehtiyatsızlıqdan Nərminə Kazımovanın ölümünə səbəb olan səhlənkarlıq etmələrinə, eləcə də K.Sadıqovanın rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyənləşib.
Toplanmış sübutlar əsasında B.Mustafayevə Cinayət Məcəlləsinin 314.2 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq), K.Sadıqovaya isə həmin Məcəllənin 313 (vəzifə saxtakarlığı) və 314.2-ci maddələrilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
Qeyd edək ki, ötən il Bərdə rayon Hacallı kənd sakini olan Nərminə Kazımova barmağından əməliyyat olunmaq üçün Yevlax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Yaxınlarının iddiasına görə, həkimlər qıza həddindən artıq narkoz verdikdən sonra o dünyasını dəyişib.
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mayın

Diş pastası ilə bağlı edilən yeni araşdırma cəmiyyət arasında ciddi n

Naxçıvan Muxtar Respublikasında bir zamanlar aktiv fəaliyyət göstərmiş &

Sosial şəbəkələrdə yayılan video marağa səbəb olub.

İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarına qatılacağını bə

Prezident İlham Əliyev "Dövlət qulluqçularının əlavə təhsili ilə

ABŞ-nin ən böyük avtomobil istehsalçısı "Ford" 2022-2024-cü i

Dövlət Agentliyinin təşəbbüsü ilə "İstehlakçı hüquqlarını bil

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində, &

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi yubiley medalı təsis olunub.

İsrailin "Avroviziya-2025 " mahnı müsabiqəsindəki təmsilçisi Yu

"TikTok" şəkillərdən videolar yaradan süni intellekt alətini ela
