Fransada islamofobiya ilə mübarizə aparanlara qarşı təzyiq Saxlanılanlar var
Dünya 15 May 2025 14:07:00 86 0
Fransada fəaliyyət göstərən "Avropada İslamofobiya ilə Mübarizə Kollektivi"nin (CCIE) beş üzvü saxlanılıb.
Bu xəbəri də oxu: NASAdan 7 kiloluq ay daşı oğurladı Sevgilisinə aparacaqmış...
Son.az fransa mətbuatına istinadla xəbər verir ki, onlar Fransa hakimiyyəti tərəfindən 2020-ci ildə buraxılan "Fransada İslamofobiya ilə Mübarizə Kollektivi"nin (CCIF) fəaliyyətini gizli şəkildə davam etdirməkdə şübhəli bilinir.
Onlar "Val-d'Oise" bölgəsində yerləşən Thillay şəhərində həbs olunublar. Bu həbslər keçmiş daxili işlər naziri Gerald Darmaninin 2023-cü ilin oktyabrında etdiyi rəsmi xəbərdarlıqdan sonra həyata keçirilib. Hazırda istintaq çərçivəsində iki başqa şəxsin də axtarışda olduğu, onların isə hazırda Əlcəzair və Mərakeşdə olduğu bildirilir.
Fransa hökuməti CCIF-i 2020-ci ildə "terrorçuluğa təhrik və ayrı-seçkiliyə çağırış" səbəbilə buraxmışdı. Həmin vaxt təşkilat müəllim Samuel Paty-nin qətlinə dolayı yolla bağlı olmaqda da ittiham olunurdu.
Qeyd edək ki, CCIF təşkilatı 2021-ci ilin fevralında yayımladığı bəyanatda Fransa dövlətinin onları hədəf aldığını iddia etmiş, bir çox hüquqi və media resurslarını yeni kollektivə ötürdüklərini açıqlamışdı.
Dənizkənarı Bulvar İdarəsi Çin şirkətinə faytonlar sifariş verib.

"Azərlotereya"nın "1001 Sevinc" əşya lotereyası başlad

Hazırda kredit müqavilələrinin çoxunda borcun azalmaması ilə bağlı şik

Ötən il avqustun 13-də Bərdə rayon sakini 2010-cu il təvəllüdlü Nərmin

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mayın

Diş pastası ilə bağlı edilən yeni araşdırma cəmiyyət arasında ciddi n

Naxçıvan Muxtar Respublikasında bir zamanlar aktiv fəaliyyət göstərmiş &

Sosial şəbəkələrdə yayılan video marağa səbəb olub.

İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarına qatılacağını bə

Prezident İlham Əliyev "Dövlət qulluqçularının əlavə təhsili ilə

ABŞ-nin ən böyük avtomobil istehsalçısı "Ford" 2022-2024-cü i
