Yaşar Nurinin həyat yoldaşı: “Aparıcı soyuducunu açdı baxın, xalq artistinin evində soyuducu boşdur” Müsahibə


Şou-biznes 15 May 2025 21:55:00 62 0

Yaşar Nurinin həyat yoldaşı: “Aparıcı soyuducunu açdı  baxın, xalq artistinin evində soyuducu boşdur”  Müsahibə

Son.az Kulis.az-a istinadla Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva ilə müsahibəni təqdim edir.

- Rəhimə xanım, bir müddət əvvəl iş axtarırdınız. Qızınız Ülkər xanım da efirdə danışmışdı bu barədə. İndi vəziyyətiniz necədir? Necə dolanırsınız?

- Mən də Ülkərlə birgə o verilişdə idim. Bir nəfər var idi, bilməmişdi ki, canlı efirdi, danışmışdı. Mənim xəbərim yox idi. Pərt oldum. Sonradan üzr istədi məndən. İndi artıq vəfat edib. Efirdə bu məsələni şişirtdilər. Adam əzizini itirəndə elə vəziyyətdə olur ki, suallara məntiqli cavablar verə bilmir. O sualı mənə versəydilər, başqa cür cavablandırardım. Ülkər özünü itirdi, mən istəyən səviyyədə cavablandıra bilmədi. Ondan sonra bizim evə çəkilişə gəldilər, mətbəxə girdilər. Təsadüfən aparıcı soyuducunu açdı. Mən belə şeyləri xoşlamıram. Dedilər ki, baxın, Xalq artistinin evində soyuducu boşdur. İndi Yaşarın vaxtında yaşadığım həyat yoxdur. Düzdür, təzə evlənəndə kirayədə yaşamışıq, ancaq sonradan dövlət bizə əvvəlcə birotaqlı, sonra üçotaqlı ev verib. Xəstə olduğu vaxtlarda da ən bahalı xəstəxanalarda müalicə olunub. Prezident mükafatı vermişdilər ona. Rəhmətə gedəndən sonra o mükafatı ala bilmədim. Təkcə mənə yox, bütün mərhum aktyorların ailəsinə bu pul ödənilmir. Səbəbini soruşanda dedilər ki, elə bir qərar yoxdur. Sənətkar öldü, təqaüd verilmir. Ancaq bu məsələ Milli Məclisdə işıqlandırılmalıdır. Vəfat edən sənət adamlarının ailəsi necə dolanmalıdır? Hamı sənətçilərin ailəsi ilə maraqlanmalıdır.

- Evi niyə satdınız?

- Yaşarın vəziyyəti kəskinləşəndə əlimizdə pul yox idi. Evi satıb ilkin mərhələdə məsələləri həll elədim. Sonra kömək eləyən tapıldı, Türkiyədə müalicə aldı. Altı il mən Türkiyənin yollarında qaldım. Düzdür, yanında tək qalmışam, ancaq xəstəxanada başımıza pərvanə kimi dolanırdılar. Hamı hədiyyə gətirirdi.

- Yaşar bəyin əhval-ruhyyəsi necə idi?

- Xəstəliyi ilə bağlı heç nə onu maraqlandırmırdı. Ancaq səhnəni düşünürdü. Deyirdi ki, mən indi bundan sonra arabada oturacağam? Səhnə, teatr necə olacaq? Deyirdim ki, o qədər elə rollar var ki, sən də onları oynayarsan. Reanimasiyada gözünü açanda dedi ki, sən nə qədər yanımdasan, mənə heç nə olmayacaq. Sonra yenə vəziyyəti pisləşdi, aparata qoşdular. O, hisslərini ifadə eləyə bilən adam deyildi.

- 60 yaşı var idi, ancaq sanki 80 yaşında görünürdü...

- Qaraciyər köçürüləndən sonra kökəlmişdi. Son iki ildə yemək yemirdi, süni qida verirdilər. O, kökəlməyinə görə narahat olmurdu, elə deyirdi ki, mən belə necə səhnəyə çıxacağam? Ona da, özümə də hər gün bir paltar alırdım. Məni belə görüb fikirləşirdi ki, hər şey yaxşıdır. Son günlərində böyük qızım yanına getmədi, dedi ki, onu o vəziyyətdə görmək istəmirəm. Ancaq Ülkərlə mən yanında idik. Qızıma sakitcə dedi ki, mən olmasam, sizin vəziyyətiniz necə olacaq?

- Sənət dostlarından yanına ən çox kimlər gedib-gəlirdi?

- Sənubər İsgəndərli, Firəngiz Mütəllimova, Məleykə Əsədova, Cahangir Zeynalov. Ən çox bunlar gəlirdi. Allahşükür Paşazadə, Zeynəb Xanlarova və Polad Bülbüloğlu da zəng eləyirdi. Firəngiz gələndə əhvalı daha yaxşı olurdu, zarafatlaşırdılar, özünə gəlirdi.

- O vaxtlar Firəngiz xanımla Yaşar bəy haqqında söz-söhbətlər yayılırdı. Qısqanmırdınız?

- Qətiyyən! Mən onun rollarına sənət əsəri kimi baxırdım. Hətta bəzən deyirdim ki, gərək bu yerdə bir az bərk qucaqlayardın. O biri söhbətlər isə həmişə olub. Mən Sovetskidə böyümüşəm. Heç inanmazdım ki, ər arvadına qarşı belə hərəkət eləyə bilər, yoxsa yox... Deyirdim ki, gözümlə görməyənə qədər inanmaram. O, da deyirdi ki, o elə şeydir ki, gözlə görmək olmur.

- Qızınız bir dəfə demişdi ki, siz belə söhbətlərə görə onu və böyük qızınız Ülviyyəni götürüb evdən getmisiniz. Sonradan Yaşar bəy sizi axtarmadığına görə özünüz qayıtmısınız.

- Elə şey olmayıb. Sadəcə, biz evi tez-tez dəyişirdik. Bəzən anamgildə qalırdım. Yaşar zəng eləməmişdi, qayıdıb gəlmişdim evə. Ancaq bir dəfə belə bir fikir ağlıma gəlmişdi. Böyük qızım Ülviyyə yeni doğulmuşdu. Yaşar mənə qarşı çox kobudluq elədi. Əşyalarımı yığdım ki, çıxıb gedəcəm anamgilə. Ayağımı çölə qoyan kimi tez qayıtdım evə.

- İlk dəfə üz-üzə gəldiyiniz anı necə xatırlayırınız?

- Heç üz-üzə gəlmişik ki... Əsgərlikdən təzə gəlmişdi. Anası dedi ki, oğlumun gözü sağda-solda olacaq, yolunu azacaq. Mən də konservatoriyanın axırıncı kursunda idim. Məni araşdırıb evdə demişdi ki, yaxşı qızdır. Sonra ailələr görüşdülər. Dedilər ki, heç olmasa, indi görsünlər bir-birlərini. Çıxdıq bulvara. Ceyhun Topçubaşov, Fuad Poladov, Vəfa Fətullayeva və biz bir yerdə oturduq. İlk tanışlığımız orada oldu.

- Onda artıq məşhur idi?

- Hə. Hamı tanıyırdı.

- Ailələrin qərarı ilə baş tutan evlilik... Bəs sizin istədiyiniz və ya sizə evlilik təklif edən var idi?

- O vaxt qayda-qanun başqa idi. Evlənmək istəyənlər var idi, ancaq mən oxumaq istəyirdim. Çox fəal idim. Məni hər yerə çağırırdılar. Qohumlar adımı "deputat" qoymuşdular.

- Bəs Yaşar bəylə evliliyə necə razılıq verdiniz?

- Atam qarışmırdı. Anam və qayınanam belə istədi. Bizi yaraşdırdılar.

- Yəni aranızda sevgi olmayıb.

- Yox, olmayıb. Sevgi olmayanda ailə daha möhkəm olur.

- Yaşar bəy çox ciddi, hətta despot olub. Əvvəldən belə idi, yoxsa yaş artıqca xasiyyəti tündləşdi?

- Mən onun kaprizini ilk gündən görmüşəm. Əsas da geyiminə qarşı kaprizli idi. Son vaxtlar lap əsəbi idi. İstəyirdi ki, bir bəhanə tapıb qışqırıb çıxıb getsin. Mən də pis olurdum. On dəqiqə sonra yığıb soruşurdu ki, necəsiniz.

- İndiki aktyorlar evlənirlər, 1-2 il sonra boşanırlar. Bu 38 ildə nə vaxtsa, yorulmusunuz, bezmisiniz?

- Yaşar maket deyildi, insan idi, aktyor idi. Mən həyatımı ona görə qurmuşam. O həyatı necə poza bilərdim? Əlbəttə, yorulduğum, ağladığım çox olub. Ancaq bunu nə o görürdü, nə də qızlarım.

- Yeyib-içməyi sevirdi. İçki düşkünlüyü əvvəldən var idi, yoxsa sonradan kimsə onu o yola saldı?

- Yox, içmirdi. Dostlarından bir nəfər onun sadəlövhlüyündən istifadə elədi. O, da aktyor idi. Dadandırdı Yaşarı. Mən onunla ancaq sağlamlığı ilə bağlı danışırdım. Deyirdim ki, Yaşar, qaraciyərinə, böyrəyinə nəsə olacaq. Oldu da.

- Heç içib sizi, qızlarını vurub?

- Heç vaxt. Qızlarına heç toxunmurdu. Qoymurdum ki, əsəbiləşsin. Hələ bir dəfə də olsun, işdə olanda ona zəng eləyib soruşmamışam ki, haradasan, nə vaxt gəlirsən.

- Yaşar bəyə bugünkü münasibət sizi qane eləyir?

- Yox. Hərənin başı öz işinə qarışıb. Eləcə telefonla da zəng eləyə bilərlər, heç zəng eləməklərinə ehtiyac yoxdur. Mən bu dəqiqə Teatr Xadimləri İttifaqına zəng vurum, dərdimi deyim, problemim həll olunsa, deyərəm, dünyanın axırıdır. Mədəniyyət Nazirliyinə dörd ildir zəng eləyirəm ki, məni qəbul eləyin. Özümə görə yox, Yaşarla bağlı. 5 il əvvəl birinin müavininin qəbuluna getdim, dedi ki, mənlik deyil. Sonra dəyişiklik oldu. Qəbula getdim, müavini dedi ki, həll olunacaq. O vaxt Anar Kərimova da yazmışdım. İndi də Adil Kərimli gəlib, zəng vururam, deyirlər ki, qəbul eləyəcək. Hələ də eləməyib. Neçə dəfə yazmışam, zəng eləmişəm. Hacı İsmayılov niyə zəng eləyib maraqlanmır? İndi zəng eləsəm, cavab verməyəcək. Bu laqeydliyin səbəbi nədir, bilmirəm. Teatr Günündə zəng eləmirlər, maraqlanmırlar. Axırıncı dəfə zəng elədim ki, bu gün ad günüdür, sonra gəldilər. Mən deyəndən sonra nəyimə lazımdır? Ümid eləyirəm ki, 75 illiyi dövlət səviyyəsində qeyd olunar. Etinasızlıq baş alıb gedir. İstərdim ki, həftədə bir dəfə onun tamaşaları verilsin. Mövzu qoyulsun, müzakirə olunsun. Cavan nəsil də öz incəsənətini bilsin. İstərdim ki, onun doğuldu ev muzey olsun. Dedilər ki, onun üçün də gərək dövlət qərarı ola.

- Yaşar bəy evdə məşqlər eləyirdi?

- Məşq eləmirdi, ssenariləri oxuyurdu. Özü oxuyandan sonra mənə verirdi ki, sən də oxu.

- Sizi çəkilişlərə aparırdı?

- Heç vaxt. Heç teatra zəng vurmurdum. Evə rejissorların, aktyorların gəlməyini də sevmirdi. Gələndə də qapını bağlayıb otaqdan çıxırdım, uzağı çay apara bilərdim. O evdə olanda kimin nə ixtiyarı var idi ki, telefona cavab versin, qapını açsın. Bizdə həmişə belə olub: otur-otur, dur-dur. Böyük qızıma qarşı çox həssas idi. Geyiminə çox qarışırdı. Xasiyyət cəhətdən də ən çox o, oxşayır Yaşara. Ancaq kiçik qızıma çox da qarışmırdı. Bizə ən çox Arif Quliyev gəlirdi.

- Ancaq Yaşar bəyin vəfatından sonra gələn olmadı.

- Ölən öldü, qalan da gəlmədi. Öz yaxınlarımdan o diqqəti görmürəmsə, başqalarından nə gözləyim?

- Onu ən çox nə özündən çıxara bilərdi?

- Köynəyinin azca qırış olmağı. Bir dəfə neçə il sonra dedi ki, bir tədbir var, geyin gedək. Sevindim, geyinib çıxanda dedi ki, bəlkə, getməsəyəsən? Mən də çox pis oldum. Əlbəttə, cavab qaytarmadım. Eləcə, keçib otururdum bir küncdə.

- Hobbiləri var idi?

- Təsbeh, saat yığırdı. Hədiyyə sevirdi.

- Qaraciyər transplantasiyasından sonra yenə içirdi?

- Çox az. Həkim ona demişdi ki, bir az viski, konyak olar. Ancaq qəti siqaret çəkmə. Məndən gizlin çəkirdi. Apardıq bağa ki özünü yaxşı hiss eləsin. Bir dəfə səkkiz dondurmanı birdən yeyib. Memorial Hospitalda. Yoxlamaya getmişdik. Xəstəxanın restoranında oturmuşduq. Bir də gördüm, səkkizinci dondurmanı yeyir. Dəli oldum. Əslində, hər şey yaxşı idi. Musiqili Komediya Teatrında "Ər və Arvad" operettasında idi, ordan da Kukla Teatrına - "Məşədi İbad" tamaşasına getmişdi. Həmin gün evə gəldi, təzyiqi qalxdı. Təcili yardıma zəng vurduq, gəlib apardılar. Dedilər ki, nəfəs çatışmazlığı var. Sonra Türkiyəyə yollandıq.

- Axırıncı dəfə nələrədən danışmısınız?

- Saat 5-dən buraxırdılar xəstələrin yanına. Elə 5-dən bir az keçmişdi ki, zəng gəldi. Tibb bacısından telefonu alıb astadan dedi ki, hardasan? Dedim ki, gəlirəm. Bir az arabada gəzdirdim. Dedim ki, məni sevirsən? Dedi, ay qız, bəsdir. Əl çəkmədim. Dedi, hə, sevirəm. Sonra otağa gətirdik. Dedi ki, getmə, burada otur. Bilirdi ki, mən nə qədər yanındayam heç nə olmayacaq ona. Elə həmin gün vəfat elədi. Mərkəzi Gömrük Hospitalında. Zəng elədilər. Ülkərlə getdik. Artıq gec idi. Xəstəxanadan dedilər ki, istəyirsiniz, görün. Dedim, siz nə danışırsınız? Mən onu necə o vəziyyətdə görə bilərəm? Qoy necə görmüşəmsə, yaddaşımda elə də qalsın. Qızlarımı da qoymadım.

Mənə sonradan dedilər ki, nəfəs gərginliyi olub. Həmin vaxt tibb bacısının başı mətbəxdə qarışıq olub. Gec xəbərdar olub. İşin üstünə getdim. Dedilər ki, o tibb bacısı işdən çıxıb. Ta üstələmədim.

- Vəsiyyət eləmişdi?

- Yox, elə bilirdi ki, yaşayacaq. Son vaxtlarında hiss eləmişdi, ancaq bizə demirdi ki, ürəyimizə salmayaq.

- Qızlarınızın sənətə marağı var idi?

- Böyük qızın yox, ancaq kiçik qız istedadlıdır. İncəsənət Universitetini bitirib. Ancaq özü qoymazdı. Çünki çox çətin sənətdir.

- Həyatınızı Yaşar bəyə qurban vermisiniz... "Kaş"larınız var?

- O qədər... Kaş çox yaşayaydı. Xəstə də olsaydı, ona baxardım. Biz belə bilmişik ki, ailə qurdunsa, ailənə bağlanmalısan.

- Sizə xəyanət eləsəydi, bağışlayardınız?

- Mənə dəfələrlə xəyanət eləyib, hamısını bağışlamışam. Gözümlə görməmişəm, ancaq bilmişəm. Ona heç nə deməmişəm. Bir də ayılıb ki, söhbət bağlanıb. Hər şeyi problem eləmək olmaz. Bir dəfə ona dedim ki, məndən yaxşısını tapa bilirsənsə, get yaşa. Heç səndən boşanmayacam da. Nə istəyirsən elə. Axşam qayıtdı, dedi ki, səndən yaxşısını tapa bilmədim. Kişidir də. Bir yeməyi nə qədər yemək olar? İndiki cavanların dili çox uzundur.

- Ən çox nələri üçün darıxırsınız?

- Çiynim, arxa-dayağım, evə pul gətirənim yoxdur.

- Heç evdən-ailədən soyuduğu olub? Hiss eləmisiniz ki, artıq onu itirirsiniz?

- Olub. Sonra fikirləşdi ki, iki qızım var, mənə yaraşmaz. Özü dilə gətirmirdi, ancaq hiss eləyirdik ki, baba olmağı çox arzulayır... İndi sağ olsaydı, qat-qat yaxşı yaşayardıq. Çünki ona qapılar həmişə açıq idi. O, teatra girəndə hamının dizi əsirdi. Çox çəkinirdilər.

- Onun adı ilə yüksələnlər olub. Qohumları - Rüfət Axundov, Nicat Rəhimov. Onlar Yaşar bəydən sonra sizi itirib-axtardılar?

- Yox, istədiyim diqqəti görmürəm. Heç bu evə addım da atmayıblar. İstəyərlər zəng vurarlar, axtararlar, istəməzlər axtarmazlar. Nicat elə bizim evdə böyüyüb. Zəng vururam, cavab vermir, əsəbiləşirəm. Rüfətə yazıram, Yaşarın şəkillərini göndərirəm, yazır ki, Allah rəhmət eləsin. Çox soyuqdurlar, çox. Yaşar mənə milyonlar qoyub getməyib. Bəzən avtobusa minirəm, tanıyırlar, deyirlər ki, səndən nə əcəb.

- Ondan sonra həyatınız necə keçir?

- Çox pis. Qızlarım atasız, mən də başsız qaldım. Onun varlığı bizim təminatımız idi. İndi burda olsaydı, heç qoymazdım getməyə. Son.az

Səfərbərlik Xidmətinin avtobusu qəza törətdi  yaralılar var like
  • 15 May 21:39  
Digərləri Səfərbərlik Xidmətinin avtobusu qəza törətdi yaralılar var

Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib, nəticədə beş nəfər xəsarət

arrow Ətraflı
Məhkəmədə şahidlər yenidən ifadə verdi like
  • 15 May 21:35  
Siyasət Məhkəmədə şahidlər yenidən ifadə verdi

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

arrow Ətraflı
Bakıda məktəbdən uşaq oğurlanıb?  sakinlər danışdı: "Hicablı kişi..." like
  • 15 May 21:20  
Digərləri Bakıda məktəbdən uşaq oğurlanıb? sakinlər danışdı: "Hicablı kişi..."

Bakının Qaradağ rayonu, "Qobu park" yaşayış massivində yerləş

arrow Ətraflı
“Zəkaların mübarizəsi” olimpiadasının final mərhələsi keçirilib like
  • 15 May 20:44  
Siyasət “Zəkaların mübarizəsi” olimpiadasının final mərhələsi keçirilib

Mayın 15-də Heydər Əliyev Mərkəzində ümumi təhsil müəssisələrinin I

arrow Ətraflı
"Uşaqların ölümündən sən günahkarsan"  Bill Qeytsdən Maska like
  • 15 May 20:32  
Dünya "Uşaqların ölümündən sən günahkarsan" Bill Qeytsdən Maska

Texnologiya dünyasının iki nəhəngi- Bill Qeyts və İlon Mask bu dəfə el

arrow Ətraflı
Azərbaycanda silsilə qətllər törədən dəstə başçısının cinayət əməlləri açıqlandı like
  • 15 May 20:14  
Kriminal Azərbaycanda silsilə qətllər törədən dəstə başçısının cinayət əməlləri açıqlandı

Azərbaycanın 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Cinayət Məcəllə

arrow Ətraflı
Məhkəmə: Qubadlı və Zəngilanın işğalı zamanı çəkilən videomaterial nümayiş olunub like
  • 15 May 19:44  
Siyasət Məhkəmə: Qubadlı və Zəngilanın işğalı zamanı çəkilən videomaterial nümayiş olunub

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Qu

arrow Ətraflı
Zelenski: “Rusiya tərəfində qərar verən şəxslər yoxdur” like
  • 15 May 19:23  
Dünya Zelenski: “Rusiya tərəfində qərar verən şəxslər yoxdur”

Dünyanın diqqəti Rusiyayla Ukrayna arasında baş tutması planlaşdırılan

arrow Ətraflı
Azərbaycan təyyarələri beynəlxalq təlimdə "fil yürüşü" ediblər like
  • 15 May 18:45  
Digərləri Azərbaycan təyyarələri beynəlxalq təlimdə "fil yürüşü" ediblər

Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anatol

arrow Ətraflı
İlham Əliyev Albaniyaya işgüzar səfərə gedib like
  • 15 May 18:43  
Siyasət İlham Əliyev Albaniyaya işgüzar səfərə gedib

Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya R

arrow Ətraflı
"Telegram"da YENİLİK like
  • 15 May 18:39  
Digərləri "Telegram"da YENİLİK

"Telegram" mesencerindəki reklam platforması "Telegram Ads"

arrow Ətraflı
Dənizdə boğulduğu deyilirdi, polis sağ tapdı like
  • 15 May 18:25  
Digərləri Dənizdə boğulduğu deyilirdi, polis sağ tapdı

Ötən ilin oktyabrından Bakıda itkin düşmüş şəxs kimi axtarılan Kənan

arrow Ətraflı
Xalq artisti, həkimcərrah Hacı Məmmədovun 105 illik yubileyinə həsr olunmuş tədbir keçirilib  FOTO like
  • 15 May 18:00  
Kriminal Xalq artisti, həkimcərrah Hacı Məmmədovun 105 illik yubileyinə həsr olunmuş tədbir keçirilib FOTO

Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən, Xalq artisti, həkim-cərra

arrow Ətraflı
"ChatGPT"nin yeni modeli istifadəyə verildi  Bunlar mümkün olacaq like
  • 15 May 17:57  
Digərləri "ChatGPT"nin yeni modeli istifadəyə verildi Bunlar mümkün olacaq

"ChatGPT"nin ən son süni intellekt modeli GPT-4.1 artıq ödənişli

arrow Ətraflı
"Rusiya və Ukrayna atəşkəs fikri ilə razılaşıb" like
  • 15 May 17:43  
Dünya "Rusiya və Ukrayna atəşkəs fikri ilə razılaşıb"

"Rusiya və Ukrayna atəşkəs fikri ilə razılaşıb". 

arrow Ətraflı