Saleh Səmədov rəisi söyüb Şok təfərrüat


Digərləri 16 May 2025 14:39:15 70 0

Saleh Səmədov rəisi söyüb  Şok təfərrüat

9 May - faşizm üzərində qələbə günü İmişlidə keçirilən tədbirdə SSRİ bayrağı qaldırıb, sinəsinə "Georgi lenti" vuran İmişli Ağsaqallar Şurasının sədri Saleh Səmədovun inanılmaz harınlığı ortaya çıxıb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, etdiyi əmələ görə İmişli Ağsaqallar Şurasının sədri vəzifəsindən azad edilən Saleh Səmədovun həddən artıq varlı biri olduğu haqda artıq məlumat yayılıb. Onun İmişlidə "Kral Saray" adlı şadlıq sarayı, "Kral" çay evləri şəbəkəsi, uşaq bağçası, çörək sexi, spirt-şirə zavodu, hipermarketi, kolbasa sexi, mal-qara və donuz ferması, eləcə də 20 hektar ərazini əhatə edən istixanası, milyonluq "Rolls-Roys"u olan S.Səmədovun Bakıda da çoxsaylı villaları, market, restoranları və tikinti şirkətinin olduğu vurğulanır.

Səmədov fəaliyyətə fəhləlikdən başlayıb, ali təhsil diplomunu isə 35 yaşında ala bilib. Belə görünür ki, Saleh Səmədov İmişli rayon Rabitə və İşarəvermə stansiyasında anbar müdiri olandan sonra taleyi dəyişib.

Onun hansı savada, necə intellektə sahib olduğu SSRİ bayrağı qaldırması və "Georgi lenti" taxması ilə hər kəsə bəlli oldu. Ancaq S.Səmədovun haqq etmədiyi var-dövlətindən dolayı rayondakı harınlığı haqda saytın redaksiyasına daxil olan məlumat daha şokedicidir.

Hadisə 4 ay öncə İmişli rayonunda baş verib. Bildirilir ki, S.Səmədov yol hərəkəti qaydasını ciddi şəkildə pozduğu üçün yol polisi tərəfindən saxlanılıb. Yol polisi əməkdaşı ondan sənədlərini tələb edib. S.Səmədov isə həm polisi, həm də rayon polis şöbəsinin rəisi Azər Tağıyevi ağır söyüşlərlə, bir insana, xüsusilə "ağsaqqal" adına yaraşmayan ifadələrlə təhqir edib. Bildirib ki, rayonun rəisi belə onun maşınını saxlatdırmağa cəsarət edə bilməz.

Onun təhqirləri, rayon rəhbərliyi, polis rəisi və hüquq-mühafizə orqanları haqda dediyi nalayiq ifadələr hamısı kamera qeydlərində var.

Saleh Səmədovun harınlığı və bu təhqirlərinə görə İmişli RPŞ-nin rəisi polkovnik Azər Tağıyevin təkidi ilə iş məhkəməyə təqdim edilib və S.Səmədov 30 sutkalıq inzibati qaydada həbsə məhkum edilib.

Həmin vaxt S.Səmədov öz əlaqələrindən maksimum istifadə etməyə çalışıb və polis rəisinə təzyiqlər də etdirib, lakin nəticə əldə edə bilməyib. S.Səmədovun yaxın dostu olduğu bildirilən məşhur deputatlardan biri də işə qarışıb, ancaq o da heç nəyə nail ola bilməyib. Buna baxmayaraq, apellyasiya şikayəti zamanı cəzanın 15 sutkaya salınmasına nail ola biliblər.

Həbs cəzası almağına baxmayaraq, onun cəzasını "çöldə" çəkmək təşəbbüsləri də alınmayıb. Belə ki, İmişli RPŞ-də təmir işləri ilə bağlı S.Səmədov Sabirabad RPŞ-də saxlanılıb. Bu təşəbbüs də rədd edildiyindən, sözügedən deputatın "qisas əməliyyatı" da olub.

Buna baxmayaraq, S.Səmədov 15 günlük cəzasını günə-gün çəkib və yalnız bundan sonra azadlığa buraxılıb.

Bu, S.Səmədovun varına, puluna və əlaqələrinə güvənərək, rayonda harınlıq etdiyi haqda yeganə fakt deyil.

Prezident İlham Əliyevin Albaniyada Petr Fiala ilə görüşü olub like
  • 16 May 14:37  
Siyasət Prezident İlham Əliyevin Albaniyada Petr Fiala ilə görüşü olub

Prezident İlham Əliyev Albaniyada "Avropa Siyasi Birliyi"nin 6-cı Z

arrow Ətraflı
İlham Əliyev Albaniyada Rəcəb Tayyib Ərdoğanla görüşüb like
  • 16 May 14:34  
Siyasət İlham Əliyev Albaniyada Rəcəb Tayyib Ərdoğanla görüşüb

Prezident İlham Əliyev Albaniyada "Avropa Siyasi Birliyi"nin 6-cı Z

arrow Ətraflı
Prezident Albaniyada Slovakiyanın Baş naziri ilə görüşüb like
  • 16 May 14:34  
Siyasət Prezident Albaniyada Slovakiyanın Baş naziri ilə görüşüb

Prezident İlham Əliyev Albaniyada "Avropa Siyasi Birliyi"nin 6-cı Z

arrow Ətraflı
Tramp 11ci dəfə baba oldu  FOTO like
  • 16 May 14:31  
Dünya Tramp 11ci dəfə baba oldu FOTO

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın on birinci nəvə

arrow Ətraflı
Pensiya alanların nəzərinə  Dəyişiklik edilir like
  • 16 May 14:24  
Digərləri Pensiya alanların nəzərinə Dəyişiklik edilir

Azərbaycanda erkən pensiya hüququ olan şəxslərin pensiya təminatı dövl

arrow Ətraflı
Prezident İlham Əliyev Albaniyada Litvanın Baş naziri ilə görüşüb  VİDEO like
  • 16 May 14:16  
Siyasət Prezident İlham Əliyev Albaniyada Litvanın Baş naziri ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Albaniyada "Avropa Siyasi Birliyi"nin 6-cı Z

arrow Ətraflı
Yeni salınan asfalt örtüyü niyə çöküb? like
  • 16 May 14:14  
Digərləri Yeni salınan asfalt örtüyü niyə çöküb?

Zabrat qəsəbəsində cəmi 1 ildir ki, çəkilən asfalt örtüyü çöküb. M

arrow Ətraflı
İlham Əliyevin Tiranada Paşinyan ilə qeyrirəsmi görüşü olub  VİDEO like
  • 16 May 13:43  
Siyasət İlham Əliyevin Tiranada Paşinyan ilə qeyrirəsmi görüşü olub VİDEO

Prezident İlham Əliyevin Albaniyanın paytaxtı Tiranada "Avropa Siyasi B

arrow Ətraflı
Tramp BƏƏdə niyə belə qarşılandı?  Qadınların rəqs şousunun əsl səbəbi  VİDEO like
  • 16 May 13:42  
Dünya Tramp BƏƏdə niyə belə qarşılandı? Qadınların rəqs şousunun əsl səbəbi VİDEO

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq səfərinin üçüncü dayanacağ

arrow Ətraflı
Bu həkimlər 9000 manat cərimələnəcək like
  • 16 May 13:28  
Digərləri Bu həkimlər 9000 manat cərimələnəcək

Milli Məclis sağlamlıq sahəsində vətəndaşların hüquqlarının pozulmas

arrow Ətraflı
Toyda dava düşdü  Müğənniyə hücum etdilər like
  • 16 May 13:24  
Şou-biznes Toyda dava düşdü Müğənniyə hücum etdilər

Aktrisa və müğənni Sonaxanım Əliyevanın toyda başına iş gəlib.

arrow Ətraflı
II kurs tələbəsi vəfat etdi like
  • 16 May 13:18  
Digərləri II kurs tələbəsi vəfat etdi

Azərbaycanda tələbə vəfat edib.

arrow Ətraflı
Məktəblərin bağlanma vaxtı dəyişə bilər like
  • 16 May 13:16  
Digərləri Məktəblərin bağlanma vaxtı dəyişə bilər

"Azərbaycanın məktəblərində buraxılış sinifləri aprel və may ay

arrow Ətraflı
İstiliyin verilməsinın vaxtının dəyişdirilir like
  • 16 May 13:12  
Digərləri İstiliyin verilməsinın vaxtının dəyişdirilir

"İstiliyin verilməsinın vaxtının dəyişdirilməsi ilə bağlı İşç

arrow Ətraflı
Putin İstanbula Zelenski ilə görüşə niyə gəlmədi?  ƏSL SƏBƏBLƏR like
  • 16 May 13:05  
Siyasət Putin İstanbula Zelenski ilə görüşə niyə gəlmədi? ƏSL SƏBƏBLƏR

Xəbər verdiyimiz kimi, dünən Rusiya və Ukrayna arasında davam edən müna

arrow Ətraflı