Qaz və işıqpulunu az ödəmək üçün belə edirlər
Digərləri 17 May 2025 19:34:00 65 0
Adətən yazın son ayları - aprel və mayda havanın temperaturu artır, istilik cihazlarına ehtiyac azalır. Lakin bu il hava gözlənilənin əksinə olaraq sərin keçir və bir çox insan evində kombini yandırmaq məcburiyyətində qalır. Bu isə həm təbii qaz, həm də elektrik enerjisi sərfiyyatını artırır.
Bu xəbəri də oxu: Xamenei Trampı yalan danışmaqda ittiham etdi
Belə durum aylıq kommunal xərclərə, xüsusilə işıq puluna necə təsir göstərə bilər? Kommunal xərclərin artımın qarşısını almaq üçün nə kimi tədbirlər görülə bilər?
Son.az xəbər verir ki, iqtisadçı Toğrul Vəliyev Globalinfo.az-a açıqlamasında Azərbaycanda hər evin istilik təchizatı ilə təmin olunmadığını qeyd edib.
Onun sözlərinə görə, istilik sistemi yaxşı isitmədiyi üçün Bakıda qış aylarında əksəriyyət məcbur qalıb kombidən istifadə edir:
"Yeni tikilən binalarda belə istilik təchizatı əvəzi kombi quraşdırırlar. Bu da avtomatik olaraq orta statistik ailələrin kommunal xərclərini dəfələrlə artırır. Çünki istilik sistemi daha ucuzdur, nəinki kombi. Bilirik ki, təbii qazda və ya elektrik enerjisində limiti keçdikdə qat-qat artıq ödəniş etməli olursan. Nəticə etibarilə də insanların xərcləri əhəmiyyətli dərəcədə çoxalır. Limitlərin keçməsini xüsusi ilə nəzərə almaq lazımdır. Məntiqlə havanın temperaturu aşağı düşdükdə, istilik təchizatının verilməsi davam etdirilməlidir. Əslində, havanın temperaturu çox da aşağı deyil. Sadəcə, tikilən binaların keyfiyyəti bir qədər azdır deyə istiliyə davamiyyəti olmur".
İqtisadçının fikrincə, problem daha çox havaların sərin keçməsi yox, binaların keyfiyyəti ilə bağlıdır:
"Normalda Avropa və digər ölkələrdə son zamanlar binaların istiliksaxlama qabiliyyətinin artırılması istiqamətində addımlar atılır, yeni tələblər qoyulur. Bu, ekoloji cəhətdən də vacibdir. Çünki biz nə qədər elektrik enerjisindən, təbii qazdan az istifadə etsək, o qədər yaxşıdır. Belə bir şey etmək isə binanın istiliksaxlama qabiliyyəti ilə mümkündür. Təəssüf ki, bizdə bu istiqamətdə xüsusi tələblər olmadığı üçün yeni binalarda bunu etmirlər. Gərək, bizdə də addımlar atılsın. Amma havaların qeyri-sabit şəraitdə keçməsi müəyyən xərclərin artımına səbəb olur. Bu baxımdan xərcləri azaltmaq çətin məsələdir". Son.az
İyul ayı bəzi bürclər üçün "qızıl dövr" olacaq. Astroloqlar

Vətən müharibəsinin iştirakçısı Sübhan Hüseynov ötən ay kista diaqno

Aktyor Cavidan Novruz "Komedixana"dan getməsi haqda sualları cavabla

Mart ayında aidiyyəti qurumlar və ekspertlər yerli kartofun bazara çıxmas

"Əməkhaqqı məsələsi ən ciddi problemdir. Məsələn, mənim aylıq

"Bu gün verilişlərə gələn adamların əksəriyyəti həyatın dibind

Şantaj ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilən "Azerinfo.az

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının rəisi əvəzi general-mayo

Yaşıl soğan tərkibindəki vitamin və minerallarla sağlamlıq üçün bir

Müğənni Kəmalə Qaramollayeva qalmaqallı açıqlamalar verib.

Sosial şəbəkələrdə yayılan görüntü narazılıq doğurub.

Bu həftənin sonunda ulduzlar israrlı, dəyişməyə açıq və məsuliyyəti

Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı, "Nazar
