İslam İnkişaf Bankı Azərbaycanda KOBların rəqəmsallaşdırılmasını dəstəkləməyə hazırdır
Digərləri 19 May 2025 19:06:00 72 0
İslam İnkişaf Bankı (IsDB) mikro, kiçik və orta sahibkarlığın (KOB) rəqəmsallaşdırılması və inkişafı sahəsində Azərbaycana hərtərəfli dəstək verməyə hazırdır.
Bu xəbəri də oxu: Bu rayonda qaz kəsiləcək
Bunu İslam İnkişaf Bankının Əlcəzairdə keçirilən İllik Toplantısında "KOB-ların səlahiyyətlərinin artırılması və sosial-iqtisadi inkişafın təşviqi üçün rəqəmsal həllər" mövzusunda panel müzakirəsi zamanı Trend-in sualını cavablandıran İslam Həmrəyliyi Fondunun (ISFD) baş direktoru vəzifəsini icra edən Adel Əl-Şərif deyib.
"Biz bu mövzu ilə məşğuluq və Azərbaycanda analoji layihələrin həyata keçirilməsi imkanları ilə bağlı çox həvəsliyik. Bankın strategiyasına KOB-lara, o cümlədən, rəqəmsallaşmaya aktiv dəstək daxildir", - o qeyd edib.
Onun sözlərinə görə, dəstək, adətən, iki istiqamətdə həyata keçirilir: texniki yardım və maliyyə dəstəyi. Bu, həm Azərbaycana, həm də banka üzv olan digər ölkələrə aiddir.
"Adətən, proses səlahiyyətli orqan və ya dövlət nümayəndəsinin banka konkret layihə təklifi göndərməsi ilə başlayır. Daha sonra Azərbaycana nəzarət edən regional mərkəzimizin iştirakı ilə baxılır. Biz bu cür dəstəyi mütləq göstərməyə hazırıq", - Adel Əl-Şərif vurğulayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp arasında

Sabah Şirvan şəhəri və Hacıqabul rayonunda bəzi ərazilərinin qaz təchi

Bakının mərkəzində yeni söküntü başlayır, yerində park salınacaq.

Sərfəli mobil operator "Nar"ın, həmçinin bp və tərəfdaşların

Müğənni Əminə Şirin açıqlamasına görə onu qınayanlara cavab verib.

Beynəlxalq Muzeylər Günü münasibətilə Arts Council Azerbaijan QHT-si əfs

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-M

Lənkəranda qadın sürücü minik avtomobilinin yük hissəsində 3 azyaşlın

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Bu gün Azərbaycanın xüsusi xidmət orqanlarının tanınmış nümayəndəsi

Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalı təsis ediləcək.

Mayın ikinci yarısı bir sıra bürclər üçün xüsusilə uğurlu vəd edir.

Türkiyə və ABŞ-ın Suriya üzrə işçi qrupunun görüşü sabah Vaşinqton

Bu ilin yanvar ayında formalaşmış Sumqayıt Şəhər Bələdiyyəsinin sədr
