"ƏshabiKəhfdə Kəbə" ideyası müzakirə yaratdı: "Müsəlmanların Kəbədən başqa qibləsi yoxdur!"


Digərləri 20 May 2025 18:00:00 57 0

"ƏshabiKəhfdə Kəbə" ideyası müzakirə yaratdı: "Müsəlmanların Kəbədən başqa qibləsi yoxdur!"

Deputat, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev hesab edir ki, Naxçıvandakı Əshabi-Kəhf ziyarətgahında Məkkədəki Kəbənin - islam dünyasının ən müqəddəs məkanının eynisini tikmək mümkündür. O, bu təklifi partiyasının mətbuat xidmətinə açıqlamasında bildirib. Deputat deyib ki, bu ideyanı gerçəkləşdirmək üçün Səudiyyə Ərəbistanından Kəbənin köhnə örtüyünü almaq xahiş oluna bilər. Q.Həsənquliyev bu təşəbbüsü onunla əsaslandırıb ki, Kəbənin içərisinə yalnız imtiyazlı şəxslər daxil ola bilirlər, yeni yaradılacaq Kəbəni isə hamını ziyarət etməsinə şərait yaratmaq gərəkdir.

Bu xəbəri də oxu: Bu ərazilərdə qaz olmayacaq

Bəs din xadimləri belə bir təşəbbüsə necə yanaşırlar? İkinci Kəbə tikilə bilərmi? Deputatın təklifi dini və ictimai baxımdan nə dərəcədə əsaslıdır?

Mövzu ilə bağlı oxu.az-a danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib ki, Azərbaycanın turizm potensialının olduqca yüksək olması reallıqdır və bu potensialdan çox yaxşı istifadə etməliyik:

"Bu yolla ölkəmizə çoxlu turist cəlb edə və böyük vəsait qazana bilərik. Bu baxımdan, Əshabi-Kəhf mağarası da xüsusi əhəmiyyətə malikdir. Dünya miqyasında tanıdılmasına ciddi ehtiyac var. Ola bilsin, həmkarım Qüdrət Həsənquliyev açıqlamasında bu məsələnin əhəmiyyətinə diqqət çəkmək istəyib".

C.Məmmədov bildirib ki, ümumilikdə islam dünyasında Əshabi-Kəhf mağarasının üç müsəlman ölkəsindən birində olması ilə bağlı fikirlər var. Bunlardan biri Azərbaycanda, biri Türkiyədə, biri isə İordaniyadadır.

Kəbə məsələsinə gəldikdə isə deputat deyib ki, onun müqəddəs yer olması islam dininə əsasən, Allah-Taala tərəfindən müəyyən edilib:

"Onun ikincisini haradasa tikmək və ya yerini dəyişmək, çoxlu insanı oraya ziyarətə cəlb etmək qeyri-mümkündür. Eyni zamanda, bu məsələ müsəlman dünyasında birmənalı qarşılanmayacaq".

İlahiyyatçı Yaşar Qurbanov isə mövzu ilə bağlı Oxu.Az-a açıqlamasında deyib ki, Kəbə bir dənədir, o da Allahın əmri ilə İbrahim peyğəmbər tərəfindən inşa olunub. Qurani-Kərimdə bununla bağlı ayə var.

Kəbənin örtüyünün dəyişdirilən zaman müsəlman ölkəyə bağışlanması məsələsinə gəlincə, ilahiyyatçı bildirib ki, bu, hörmət əlaməti olaraq edilir:

"Amma bu o demək deyil ki, Kəbəni necəsə əvəz etmək mümkündür. Başqa bir Kəbə tikilə bilməz".

Kəbənin içərisinə ziyarət üçün yalnız xüsusi imtiyazlı şəxslərin buraxılması məsələsinə gəlincə isə ilahiyyatçı deyib ki, bu da hörmət əlaməti olaraq edilir:

"Dövlət başçıları gedərkən hörmət əlaməti olaraq içəri buraxılırlar. Bir də ildə bir dəfə Kəbənin örtüyü dəyişdirilərkən insanlar içəri daxil ola bilirlər. Lakin hər kəsin içəri keçməsinə imkan yoxdur. Əsas olan Kəbəni təvaf edib ibadət etməkdir".

Məsələnin turizmlə əlaqələndirilməsi ilə bağlı məqama gəlincə isə ilahiyyatçı deyib ki, bu, düzgün yanaşma deyil:

"Müsəlmanların Məkkə şəhərində yerləşən Kəbədən başqa qibləsi yoxdur."

Bu şəxslərə cərimə ödəyərkən güzəşt tətbiq ediləcək like
  • 20 May 17:46  
Digərləri Bu şəxslərə cərimə ödəyərkən güzəşt tətbiq ediləcək

Bütün inzibati xətalara görə inzibati cərimə növündə inzibati tənbeh

arrow Ətraflı
Məşhur müğənni ürək əməliyyatı keçirdi like
  • 20 May 17:35  
Şou-biznes Məşhur müğənni ürək əməliyyatı keçirdi

Türk musiqisinin sevilən sənətçisi Nazan Öncel keçən həftə qəfil səh

arrow Ətraflı
Bu ərazilərdə qaz olmayacaq like
  • 20 May 17:34  
Digərləri Bu ərazilərdə qaz olmayacaq

Sabah Sabirabad rayonunun 7 kəndində qaz təchizatı dayandırılacaq.

arrow Ətraflı
308 tələbəyə “Adlı təqaüd” təqdim olundu like
  • 20 May 17:31  
Digərləri 308 tələbəyə “Adlı təqaüd” təqdim olundu

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkila

arrow Ətraflı
Ulduzlardan gələn həyat zəmanəti  Bu BÜRCLƏR daha uzun yaşayır like
  • 20 May 17:29  
Digərləri Ulduzlardan gələn həyat zəmanəti Bu BÜRCLƏR daha uzun yaşayır

Bəzi bürc əlamətləri ulduzların dəstəyi ilə 100 yaşa qədər yaşamağ

arrow Ətraflı
Bu şəxslər pensiyaya daha erkən çıxa bilər  RƏSMİ like
  • 20 May 17:25  
Digərləri Bu şəxslər pensiyaya daha erkən çıxa bilər RƏSMİ

Sığortaolunanın əmək pensiyası hüququ müəyyən edilən zaman orqanizmin

arrow Ətraflı
Gecə öskürəyinin əsl səbəbi üzə çıxdı  Dişlərini udurmuş like
  • 20 May 17:20  
Digərləri Gecə öskürəyinin əsl səbəbi üzə çıxdı Dişlərini udurmuş

İstanbulun Küçükçekmece rayonunda yaşayan 41 yaşlı E.Ö. gecə saatları

arrow Ətraflı
"Abzas Media"nın əməkdaşları məhkəmədə like
  • 20 May 17:16  
Digərləri "Abzas Media"nın əməkdaşları məhkəmədə

"Abzas Media" əməkdaşlarının cinayət işi üzrə məhkəmə pros

arrow Ətraflı
Süni intellekt bunu da etməyi öyrəndi like
  • 20 May 17:11  
Digərləri Süni intellekt bunu da etməyi öyrəndi

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun alimləri süni intellekt sahəs

arrow Ətraflı
Azərbaycanlı arxeoloq vəfat etdi like
  • 20 May 16:56  
Digərləri Azərbaycanlı arxeoloq vəfat etdi

Tarix elmləri namizədi, arxeoloq Qoşqar Qoşqarlı vəfat edib.

arrow Ətraflı
Dünya siyasətində Bakı ayı: çəki və güc necə artır? like
  • 20 May 16:52  
Siyasət Dünya siyasətində Bakı ayı: çəki və güc necə artır?

Postsovet məkanında coğrafiya ilə tarix arasında davam edən gərginlik uni

arrow Ətraflı
Tualetdə telefon istifadə edənlərə xəbərdarlıq  Riski artırır like
  • 20 May 16:40  
Digərləri Tualetdə telefon istifadə edənlərə xəbərdarlıq Riski artırır

ABŞ-da keçirilən tibb konfransında təqdim edilən yeni araşdırma tualetd

arrow Ətraflı
"Ali təhsil diplomu ilə əmək bazarının tələbləri arasında uçurum var"  Ekspert like
  • 20 May 16:28  
Digərləri "Ali təhsil diplomu ilə əmək bazarının tələbləri arasında uçurum var" Ekspert

Ali təhsil yalnız diplom almaq üçün deyil, insan kapitalı formalaşdırmaq

arrow Ətraflı
Efirdə DAVA: "Sözlərimi Qumrala yox, Kamil Zeynallıya eşitdirirdim" like
  • 20 May 16:07  
Şou-biznes Efirdə DAVA: "Sözlərimi Qumrala yox, Kamil Zeynallıya eşitdirirdim"

Müğənnilər Qumral və Kəmalə Nəsibova arasında qalmaqal pik həddə çat

arrow Ətraflı