Qurban bayramı ilə bağlı fətva verildi


Digərləri 22 May 2025 11:34:00 66 0

Qurban bayramı ilə bağlı fətva verildi

Qurban bayramı ilə bağlı fətva verilib.

Son.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə QMİ-nin Qazılar Şurasının iclasında bildirib.

QMİ sədri qeyd edib ki, Qurban bayramı iyun ayının 6-da qeyd olunacaq.

Fətvada deyilir:

Bağışlayan və Mərhəmətli Allahın adı ilə!

Qarşıdan İslam aləmi və xalqımızın müqəddəs günlərindən biri, Rəbbimizin insanlığa lütf və inayətinin rəmzi olan mübarək Qurban bayramı gəlir. Bütün səmavi dinlərin əziz tutduğu, Həzrət İbrahim əleyhissalamın əhdi və Həzrət İsmayıl əleyhissalamın adı ilə bağlı bu müqəddəs gün əsrlər boyudur ki, dünyamıza ümumbəşəri birlik və insan həyatına verilən dəyərin ilahi mesajını çatdırır.

Şükürlər olsun ki, həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan müqəddəs Qurban bayramını xalqımız Zəfər bayramının beşinci ildönümü ərəfəsində - separatçı rejimin süqutu, müqəddəs bayrağımızın Qarabağda və Şərqi Zəngəzurda dalğalanması, Şuşa Daşaltı məscidinin yenidən nəfis inşası, minarələrimizdən ucalan azan sədalarının qüruru ilə qarşılayır. Müstəqillik tariximizdə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizdə Böyük Qayıdışın ruh yüksəkliyi yaşanır, ata-baba torpaqlarına qayıdanlar dualarla İsmayıl qurbanı ibadətini yerinə yetirir. Bu şərəf və qüruru bizə yaşadan, Azərbaycan tarixində Qarabağ Fatehi və Böyük Qayıdışın Müəllifi adı qazanan, ölkəmizin bütün ərazisində suverenliyimizin tam bərpası kimi tarixi vəzifəni yerinə yetirən dövlət başçımız cənab İlham Əliyevə, eləcə də bu çətin yolda yaxın sirdaşı və yoldaşı olan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və bütün ailə üzvlərinə dindarlarımız adından dərin minnətdarlığımızı bildirir, bu mübarək günlərdə onlara ən böyük İlahi nemət olan cansağlığı, fədakar zəhmətlərinə uğurlar diləyirik.

Azərbaycan müsəlmanları adından duamız budur ki, Allah Vətən uğrunda, Böyük Zəfər yolunda, xalqın azadlığı və səadəti naminə canlarından keçmiş, uca şəhidlik məqamına yüksəlmiş övladlarımıza rəhmət eləsin, qəhrəman qazilərimizə şəfa bəxş etsin, şanlı ordumuzun bütün əsgər və zabitləri üçün dilədiyimiz xeyir-dualar müstəcab olsun! Uca Allah Azərbaycan dövlətini və xalqını, onun müdrik rəhbərini hər zaman müzəffər etsin!

Müsəlman aləmi üçün əziz olan mübarək Eyd-əl-Əzha ərəfəsində Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası ənənəvi olaraq Qurban bayramına dair tövsiyələrini çatdırmağı vacib bilir:

Bildiririk ki, Qurban bayramına dair hökmlərə və şəri qaydalara əsasən, qurban kəsmək Məkkənın Mina ərazisində həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulmuşdur. Digər yerlərdə isə imkanı olan adamların qurban kəsmələri bəyənilmiş sünnət əməl, Qurban ətini fəqir və kasıb ailələrə paylamaq - böyük savab sayılır. Unutmaq lazım deyil ki, Uca Allah müqəddəs Qur`ani-Kərimdə qurbanlığın dəyərini deyil, xeyirxah və təmiz niyyətin əhəmiyyətini vurğulayır: "Onların (qurbanların) nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Ona çatan yalnız sizin təqvanızdır..." (Həcc; 37) Bu ayədəki ilahi hikmətə inanan hər bir kəs Qurban ibadətinin mahiyyətini təhrif etməkdən, bidətçi yanaşmalardan çəkinməlidir.

Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır, hərçənd imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır, çünki belə davranmağı Əziz Peyğəmbərimiz (s) bizlərə tövsiyə edib. Qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı ən azı bir il, öküz və inək iki il, dəvənin isə beş ili tamam olmalıdır. Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək кəsilməsi vacibdir. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur.

Şamaxı Astrofizika Rəsədxanasının 31/71 saylı 14 may 2025-ci il tarixli məktubuna əsasən, Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na - Miladi təqvimlə 6 iyun tarixinə təsadüf edəcəkdir. Şəriətə uyğun olaraq Qurban kəsimi 6 iyun tarixindən başlayaraq 3 gün davam edə bilər. İyun ayının 6-da məscidlərimizdə Bayram namazları qılınacaqdır, inşaAllah. Аzərbаycаndа 6-7 iyun Qurbаn Bаyrаmı günləri dövlət tərəfindən qeyri-iş günü elan edilmişdir. Dövlətimizin dindarlara olan özəl diqqətinə görə təşəkkürümüzü bildirir, din-dövlət münasibətlərinin yüksək səviyyədə inkişafı yolunda xeyirxah səmərəli fəaliyyətlərə uğurlar arzulayırıq.

Hədislərdə qeyd olunduğu kimi, Qurban bayramının gecəsi və günü duaların qəbul olunduğu zamandır. Bu əziz bayram münasibətilə Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbərliyi Azərbaycan xalqını və bütün dünya müsəlmanlarını təbrik edir, Qurban bayramının daşıdığı mənəvi dəyərlərə həmişə sadiq qalmağı Uca Yaradandan raz-niyaz ilə diləyir. Allah-Taala dua və ibadətlərinizi qəbul etsin, Qurban bayramınız mübarək olsun!

Vəssəlаmu əleyкum və rəhmətullаhi və bərəкаtuh!


Xəbərə aid video

Nazirlər Kabineti Aİ92 benzini və dizel yanacağı barədə QƏRAR VERDİ like
  • 22 May 11:25  
Digərləri Nazirlər Kabineti Aİ92 benzini və dizel yanacağı barədə QƏRAR VERDİ

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş &

arrow Ətraflı
Pensiyalar bu tarixdə tam ödəniləcək like
  • 22 May 11:20  
Digərləri Pensiyalar bu tarixdə tam ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia

arrow Ətraflı
Prezident bu türbənin bərpasına 1 milyon ayırdı like
  • 22 May 11:11  
Siyasət Prezident bu türbənin bərpasına 1 milyon ayırdı

Prezident İlham Əliyev "Naxçıvan şəhərində yerləşən Möminə xat

arrow Ətraflı
Hollivud ulduzu 86 yaşında vəfat etdi  FOTO like
  • 22 May 11:09  
Şou-biznes Hollivud ulduzu 86 yaşında vəfat etdi FOTO

Ömrünün 60 ildən çoxunu Hollivuda həsr edən aktyor Maykl Alaimo 86 yaşı

arrow Ətraflı
Bu 4 BÜRC ayın uğurlusu olacaq  Taleh qapılarını açır like
  • 22 May 11:00  
Digərləri Bu 4 BÜRC ayın uğurlusu olacaq Taleh qapılarını açır

Astroloqlar may ayının son günlərinə doğru bəzi bürclərin həyatında

arrow Ətraflı
Mahnılarımızı oğurlayan erməni qarmonçunun ifası "Youtube"dən silindi like
  • 22 May 10:55  
Digərləri Mahnılarımızı oğurlayan erməni qarmonçunun ifası "Youtube"dən silindi

Erməni qarmon ifaçısı Gagik Stepanyan "Bəs nə deyim", "Ay b

arrow Ətraflı
Ardıcıl 4 gün iş olmayacaq  Tarixlər like
  • 22 May 10:50  
Digərləri Ardıcıl 4 gün iş olmayacaq Tarixlər

Azərbaycanda ardıcıl 4 gün qeyri-iş günü olacaq.

arrow Ətraflı
“ChatGPT” internetdə ən çox ziyarət edilən 5ci sayt olub like
  • 22 May 10:48  
Digərləri “ChatGPT” internetdə ən çox ziyarət edilən 5ci sayt olub

Cəmi bir il ərzində sıralamada sürətli yüksəliş göstərən "ChatG

arrow Ətraflı
Sahil Babayev bəzi şöbələri ləğv etdi like
  • 22 May 10:40  
Digərləri Sahil Babayev bəzi şöbələri ləğv etdi

Maliyyə naziri Sahil Babayev qurumda islahatlara start verib.

arrow Ətraflı
ABŞdə iki israilli diplomat qətlə yetirildi  VİDEO  FOTO like
  • 22 May 10:30  
Dünya ABŞdə iki israilli diplomat qətlə yetirildi VİDEO FOTO

ABŞ-nin paytaxtı Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşı gülləl

arrow Ətraflı
Bakıya eniş edən Rusiya təyyarəsində ÖLÜM like
  • 22 May 10:24  
Digərləri Bakıya eniş edən Rusiya təyyarəsində ÖLÜM

Rusiyadan Bakıya gələn təyyarədə ölüm hadisəsi olub.

arrow Ətraflı
Böyük dəyişikliklər gəlir  Bu bürclərin bəxti gətirdi like
  • 22 May 10:17  
Digərləri Böyük dəyişikliklər gəlir Bu bürclərin bəxti gətirdi

May ayının ikinci yarısı üçün astroloji proqnoz göstərir ki, bir neçə

arrow Ətraflı
Şəmkirdə milyonluq yeyinti  Direktor həbs edildi like
  • 22 May 10:10  
Digərləri Şəmkirdə milyonluq yeyinti Direktor həbs edildi

"Şəmkir Un-Yem" MMC-nin direktoru Aslan Əliyev həbs edilib.

arrow Ətraflı
Süni intellekt hər kəs üçün: Samsung, Galaxy A56 5G, A36 5G və A26 5G modellərini təqdim edir like
  • 22 May 10:00  
Digərləri Süni intellekt hər kəs üçün: Samsung, Galaxy A56 5G, A36 5G və A26 5G modellərini təqdim edir

Mobile World Congress 2025 sərgisində Samsung qarşısına qoyduğu məqsədl

arrow Ətraflı