Tiranada "Qarabağ" muğam ansamblının konserti və rəsmi ziyafət keçirilib
Digərləri 22 May 2025 14:50:04 464 0
Cari ilin 20 may tarixində Müstəqillik Günü münasibətilə Albaniyanın paytaxtı Tiranada Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının dəstəyi ilə tədbir təşkil olunub.
Bu xəbəri də oxu: Gəncədə ağır qəza Ölən və yaralananlar var
Tədbirin məqsədi həmçinin 2008-ci ildən UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan muğamının təbliği idi. Bu münasibətlə xalq artisti, tanınmış xanəndə Mənsum İbrahimovun rəhbərlik etdiyi "Qarabağ" muğam ansamblının konserti və rəsmi ziyafət keçirilib.
Tədbirdə Albaniyanın hökumət və parlament nümayəndələri, ölkədə akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların təmsilçiləri, eləcə də biznes, mədəniyyət, beyin mərkəzləri və media nümayəndələri iştirak ediblər.
Azərbaycan mədəniyyətinin, xüsusilə də muğam sənətinin yerli ictimaiyyət arasında tanıdılması məqsədilə Tirana meriyası ilə əməkdaşlıq çərçivəsində 21-31 may tarixlərində davam edəcək beynəlxalq musiqi festivalının açılış günündə də "Qarabağ" ansamblının konserti şəhərin mərkəzində, açıq səma altında təşkil olunub. Hər iki tədbir izləyicilər tərəfindən böyük maraq və rəğbətlə qarşılanmış və Azərbaycanın zəngin musiqi irsinin təbliğinə xidmət edib.
Azərbaycanın dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə g
Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlə
Səhiyyə Nazirliyi Aparatının işçilərinin sayı artırılıb.
"Kurtlar Vadisi" serialındakı Elif rolu ilk olaraq Tuba Ünsala tək
Xəbər verdiyimiz kimi, Bakı şəhəri Yasamal rayonu 158 nömrəli tam orta m
Siçanların insanlar üçün ölümcül təhlükə yarada biləcək bakteriyala
Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 25-də II və III ixtisas qrupl
Ukrayna hüquq-mühafizə orqanları əcnəbilərin saxta nikahlar vasitəsilə
Bakıda sürücüyə yazılan cərimə narazılıq doğurub.
Xəbər verdiyimiz kimi, ABŞ-nin paytaxtı Vaşinqtonda yerləşən "Capi
STAR TV-də çərşənbə axşamları yayımlanan "Sahibsizlər" seria
İranın Sistan və Bəlucistan vilayətinin İranşəhr şəhərində oğurlan
Qurban bayramı öncəsi bazarlarda məhsulların qiymətləri öz sözünü dey
Bakıda və Abşeron yarımadasında mayın 23-ü hava şəraitinin dəyişkə
ABŞ-ın keçmiş prezidenti Co Baydenin metastatik prostat xərçəngi ilə ba
