Mirasa şərik olanların NƏZƏRİNƏ: Yeni qayda qəbul edilir
Digərləri 23 May 2025 13:07:00 85 0
Miras şəriklərinə vərəsəlik şəhadətnaməsi verilməsi zamanı şəhadətnamə almaq üçün müraciət etməmiş miras şəriklərinin hüquqlarının təmin edilməsi, habelə miras şərikləri arasında miras paylara sərəncam verilməsini nəzərdə tutan yeni qaydalar müəyyən edilir.
Bu xəbəri də oxu: Zaminin maaşından borc nə qədər tutula bilər? AÇIQLAMA
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan Mülki Məcəlləyə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, notarius vərəsəlik şəhadətnaməsinin əldə olunması üçün müraciət edən vərəsəyə şəhadətnamə verərkən vərəsə olan, lakin şəhadətnamə almaq üçün müraciət etməmiş digər vərəsələrin (miras şəriklərinin) də mirasdan onlara çatacaq paylarını müəyyən edərək həmin şəhadətnamədə göstərəcək.
Daşınmaz əmlakın dövlət reyestrini və daşınar əmlakın rəsmi reyestrlərini aparan orqan tərəfindən yuxarıda nəzərdə tutulmuş vərəsələr (miras şərikləri) və onların payları barədə məlumat müvafiq reyestrə daxil ediləcək.
Hər bir miras şəriki yuxarıda müəyyən edilmiş payına da vərəsəlik şəhadətnaməsi ala biləcək.
Yuxarıda nəzərdə tutulmuş miras şəriklərinin miras paylarına sərəncam vermək hüquqları olacaq. Həmin şəxslər vərəsəlik şahadətnaməsi alanadək notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən miras paylarına sərəncam verə biləcəklər. Miras şərikləri arasında miras paylara sərəncam verilməsi haqqında müqavilə əsasında miras payı əldə etmiş vərəsənin mirasdakı payı əldə etdiyi pay nisbətinə uyğun artırılacaq və vərəsəlik şəhadətnaməsində yekun payı göstəriləcək.
Mövcud qanunvericiliyə əsasən, vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Mayın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən

İsveçdə doğulub böyüyən 22 yaşlı Nicole Gheibi verdiyi ani qərarla h

Ali məktəblərə qəbul imtahanlarında keçid ballarındakı dəyişikliklər

"Yeşilçam" sənətçisi, aktyor Mehmet Serdar Sulukahya evində bı

Misirdən Azərbaycana gətirilən 500 tondan artıq kartof bir aya yaxındır k

Son bir həftədə 6 məktəb direktoru vəzifəsindən azad olunub.

Avtomobil qiymətləri aşkar şəkildə manipulyasiya edilir. Redaksiyamıza da

Astroloqlar ən xarizmatik 3 bürcü açıqlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Türk Döv

Qadının ayaqları tez-tez diqqət çəkir, amma kişinin ayaqları da göz ox

"Yol-nəqliyyat hadisələrinin baş verməməsi həm sürücülərdən, h

Çinin "BYD" şirkəti aprel ayında Avropada 7 min 231 elektrikli ma

"Bu il mayın 20-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Macarı

İyun 2025-ci ilə qədər olan dövrdə bürclər arasında həyatını dəyiş

Bakıda üç məktəb direktoru işdən azad olunub.
