Bloqerlərin "qızıl dövrü" başa çatır Yeni reklam qanunu nə vəd edir?


Digərləri 23 May 2025 16:09:00 68 0

Bloqerlərin "qızıl dövrü" başa çatır  Yeni reklam qanunu nə vəd edir?

Sosial mediada reklam fəaliyyətinə nəzarət gücləndirilib. Artıq bloqerlər və influenserlər üçün "qızıl dövr" başa çatır.

Bu xəbəri də oxu: Pensiyaçıların nəzərinə!

Son.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz reklam qanunvericiliyinə edilmiş yeni dəyişiklikləri şərh edərək bildirib:

"Yeni qanun artıq qüvvəyə minib. Sosial şəbəkədə reklam paylaşan hər bir bloqer reklam və sponsorluq olduğunu açıq şəkildə qeyd etməlidir. Bununla yanaşı, onlar VÖEN-lə fəaliyyət göstərməli, istifadə etmədiyi məhsulu istifadə etdiyi kimi təqdim etməməli, sifarişçi haqda məlumat verməli və lisenziyalaşdırılan məhsullar üçün müvafiq sənədləri paylaşmalıdırlar".

Osman Gündüz sosial media reklam bazarının həcmi ilə bağlı da rəqəmlər açıqlayıb:

"Hazırda bu sahənin illik dövriyyəsi təxminən 10 milyon manatdır. Bu bazarda əsas pay "Meta" (Instagram, Facebook) və "Google" (YouTube) platformalarına məxsusdur. "TikTok" da sürətlə irəliləyir. Az sayda bloqer var ki, aylıq dövriyyəsi 50 min manatı keçir. Amma əksəriyyət üçün bu fəaliyyət ciddi qazanc mənbəyi deyil".

Əlavə edib ki, əvvəllər bu reklam pulları daha çox televiziyalara axırdı, indi isə rəqəmsal bazar bu vəsaitin əsas ünvanına çevrilib.

Osman Gündüz bildirir ki, bu dəyişikliklər:

Reklam bazarında peşəkarlığı artıracaq,

Vergi ödəməyən fəaliyyəti nəzarətə alacaq,

İstehlakçıların aldadılmasının qarşısını alacaq,

Sifarişçilər üçün etibarlı əməkdaşlıq mühiti yaradacaq.

Amma bununla yanaşı, risklərə də diqqət çəkib:

"Qanunun icrasında həddindən artıq sərtlik, gənc və yeni bloqerlər üçün çətinliklər yarada bilər. Sosial media fərqli fikirlərin və yaradıcı azadlığın olduğu məkandır. Əgər platformada yalnız standart, kommersiya yönümlü kontent qalarsa, maraq azalacaq və sektor zəifləyə bilər".

Osman Gündüz bu sahədə maarifləndirmə və ictimai nəzarətin balanslı həyata keçirilməsinin vacibliyini vurğulayıb:

"Əgər tətbiq şəffaf və ədalətli olmazsa, yaradıcı gənclər bu sahədən uzaqlaşa bilər, xarici reklamlar üstünlük qazana bilər və sektorun inkişafı geriləyə bilər".

Kənan Son.az

İbrahim Borçalının ailəsində İTKİ like
  • 23 May 16:04  
Şou-biznes İbrahim Borçalının ailəsində İTKİ

Müğənni İbrahim Borçalının ailəsində ağır itki üz verib.

arrow Ətraflı
Röya lüks avtomobilləri ilə görüntüləndi  VİDEO like
  • 23 May 16:00  
Şou-biznes Röya lüks avtomobilləri ilə görüntüləndi VİDEO

Xalq artisti Röya Ayxan videosu ilə diqqət çəkib.

arrow Ətraflı
Azərbaycan ərazilərinin işğalında xaricilərin iştirakı təsdiqləndi – Manukyan ifadə verdi like
  • 23 May 15:54  
Siyasət Azərbaycan ərazilərinin işğalında xaricilərin iştirakı təsdiqləndi – Manukyan ifadə verdi

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Az

arrow Ətraflı
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevi təbrik edib like
  • 23 May 15:47  
Siyasət Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevi təbrik edib

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Nurlan Yermekbayev Prezident

arrow Ətraflı
Ağcaqanad 1 yaşlı uşağın həyatını məhv etdi  6 ildir yataq xəstəsidir  FOTO like
  • 23 May 15:43  
Digərləri Ağcaqanad 1 yaşlı uşağın həyatını məhv etdi 6 ildir yataq xəstəsidir FOTO

Eskişehirdə yaşayan 8 yaşlı Mehmet Emir Özbakanın taleyi ağcaqanad sanc

arrow Ətraflı
Çətin günlər geridə qaldı – Bu BÜRCLƏR xoşbəxtlik tapacaq like
  • 23 May 15:30  
Digərləri Çətin günlər geridə qaldı – Bu BÜRCLƏR xoşbəxtlik tapacaq

Ulduzlar bu dəfə dörd bürc üçün sevindirici mesaj göndərir. Son aylarda

arrow Ətraflı
Pensiyaçıların nəzərinə! like
  • 23 May 15:15  
Digərləri Pensiyaçıların nəzərinə!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki D

arrow Ətraflı
Bakıda məktəb direktorunun səs yazısı yayıldı  Araşdırma aparılacaq like
  • 23 May 15:09  
Digərləri Bakıda məktəb direktorunun səs yazısı yayıldı Araşdırma aparılacaq

Bakıda 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyeva və məktəbin

arrow Ətraflı
Mnatsakanyan Azərbaycanın suveren ərazilərinin işğalında iştirak etdiyini məhkəmədə təsdiqlədi like
  • 23 May 15:06  
Dünya Mnatsakanyan Azərbaycanın suveren ərazilərinin işğalında iştirak etdiyini məhkəmədə təsdiqlədi

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində dindirilə

arrow Ətraflı
Pyotr Qlıboçko Mehriban Əliyevanı təbrik etdi like
  • 23 May 15:05  
Siyasət Pyotr Qlıboçko Mehriban Əliyevanı təbrik etdi

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr

arrow Ətraflı
Yeni dəyişiklik bloqerlərin cibinə necə təsir edəcək? like
  • 23 May 15:00  
Digərləri Yeni dəyişiklik bloqerlərin cibinə necə təsir edəcək?

Sosial mediada reklam nəzarətə götürüldü: bloqerlər üçün yeni dövr b

arrow Ətraflı
Tanınmış bloqer canlı yayımda sevgilisi tərəfindən bıçaqlandı like
  • 23 May 14:46  
Dünya Tanınmış bloqer canlı yayımda sevgilisi tərəfindən bıçaqlandı

Gözəllik, moda və rəqs mövzularında paylaşdığı videolarla tanınan və

arrow Ətraflı
Xalq artisti şikayət etdi, keçmiş əri həbs edildi: Xaçmazda nə baş verib? like
  • 23 May 14:34  
Şou-biznes Xalq artisti şikayət etdi, keçmiş əri həbs edildi: Xaçmazda nə baş verib?

Xalq artisti Naibə Allahverdiyevanın keçmiş həyat yoldaşı Yusif İsmayıl

arrow Ətraflı
Tatarıstan lideri Prezident İlham Əliyevi təbrik edib like
  • 23 May 14:33  
Siyasət Tatarıstan lideri Prezident İlham Əliyevi təbrik edib

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Pr

arrow Ətraflı
İlham Əliyev Vergi Məcəlləsinə dəyişikliyi təsdiqlədi like
  • 23 May 14:19  
Siyasət İlham Əliyev Vergi Məcəlləsinə dəyişikliyi təsdiqlədi

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilib.

arrow Ətraflı