Azərbaycanda bu xəstəliyə tutulanların sayı artıb


Digərləri 25 May 2025 17:41:00 59 0

Azərbaycanda bu xəstəliyə tutulanların sayı artıb

Bu gün - 25 may Ümumdünya Qalxanabənzər Vəzi Günüdür.

Son.az xəbər verir ki, 2009-cu ildən etibarən mayın 25-i Ümumdünya Qalxanabənzər Vəzi Günü kimi qeyd edilir.

Bu gün qalxanabənzər vəzi və onun problemlərini öyrənən Avropa Tireoid Assosiasiyasının təşəbbüsü ilə 2009-cu ildə təsis olunub. Ölkəmizdə isə Ümumdünya Qalxanabənzər Vəzi Günü 2013-cü ildən qeyd edilir. Onun qeyd olunmasında məqsəd alimlərin, tibb işçilərinin, ictimaiyyətin diqqətini qalxanabənzər vəzinin problemlərinə cəlb etməkdir.

Tibbi statistikaya əsasən dünya əhalisinin bir qismi bu orqanın fəaliyyət pozulması nəticəsində əmələ gələn müxtəlif xəstəliklərdən əziyyət çəkir.

Dövlət Statistika Komitəsindən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, 2024-cü ildə həyatında ilk dəfə qalxanabənzər vəzinin xəstəlikləri diaqnozu ilə 3015 nəfər qeydə alınıb.

Məlumata görə, onlardan 813 nəfəri kişi, 2202 nəfəri qadın olub. Yaş statistikasına gəldikdə isə, 0-17 yaşda 321 nəfər, 18-29 yaşda 270 nəfər, 30 və daha yuxarı yaşda 2424 nəfər qeydə alınıb.

"2023-cü ildə həyatında ilk dəfə qalxanabənzər vəzinin xəstəlikləri diaqnozu ilə 1184 nəfər, 2022-ci ildə isə 1834 nəfər qeydə alınıb. 2023-cü ildə 370 kişi və 814 qadın, 2022-ci ildə isə 415 kişi və 1419 qeydə alınıb.

Yaş aralığına gəldikdə isə, 2023-cü ildə 0-17 yaşda 238 nəfər, 18-29 yaşda 149 nəfər, 30 və daha yuxarı yaşda 797 nəfər olub. 2022-ci ildə 0-17 yaşda 168 nəfər, 18-29 yaşda 238 nəfər, 30 və daha yuxarı yaşda 1428 nəfər olub", - məlumatda bildirilib.

Son 3 ilə nəzər salsaq, ötən il əvvəlki illərə nisbətən sayda artım müşahidə edilir. Xəstəlik ən çox qadınlarda, 30 və daha yuxarı yaşlarda olan insanlarda qeydə alınıb.

Qeyd edək ki, tək üzvlərdən olan qalxanabənzər vəzi boyunda nəfəs borusunun və qırtlağın önündə yerləşir. Rəngi sarımtıl-qırmızı, konsinstensiyası yumuşaq və xarici səthi paylıdır. Qalxanabənzər vəzinin bir boğazı və iki yan sağ və sol payları var. Bəzən üçüncü piramidayabənzər pay pyramidalis təsadüf olunur; bu pay çox vaxt boğazdan, bəzən yan paylardan (ümumiyyətlə sol paydan) başlayıb - qırtlağın ön səthi ilə yuxarıya qalxır və qalxanabənzər qığırdağın ön səthinə söykənərək dilaltı sümüyünə çatır. Qalxanabənzər vəzin bir payının boylama ölçüsü 6 sm, eni 4 sm və qalınlığı 2 sm olur. Qadınlarda çəkisi kişilərə nisbətən çox olur, bəzən hamiləlik dövründə daha da artır.

Qərbi Azərbaycan İcması Erməni Apostol Kilsəsinin bəyanatını qınadı like
  • 25 May 17:35  
Siyasət Qərbi Azərbaycan İcması Erməni Apostol Kilsəsinin bəyanatını qınadı

Qərbi Azərbaycan İcması (QAİ) Erməni Apostol Kilsəsinin Qafqaz Müsəlman

arrow Ətraflı
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  XƏBƏRDARLIQ like
  • 25 May 17:29  
Digərləri Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq XƏBƏRDARLIQ

Azərbaycanın avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.

arrow Ətraflı
Davamlı yağış kənd təsərrüfatına ciddi ziyan vurub: Bazarlarda qiymətlər artacaq? like
  • 25 May 17:18  
Digərləri Davamlı yağış kənd təsərrüfatına ciddi ziyan vurub: Bazarlarda qiymətlər artacaq?

Havaların dəyişkən keçməsi, davamlı yağış yağması məhsul əkilən b

arrow Ətraflı
Dəhşətli hadisə: İki böyrəyindən 300dən çox daş çıxarıldı like
  • 25 May 17:00  
Digərləri Dəhşətli hadisə: İki böyrəyindən 300dən çox daş çıxarıldı

Qars şəhərində həyata keçirilən unikal tibbi əməliyyat zamanı bir xəs

arrow Ətraflı
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı davam edir  FOTO like
  • 25 May 16:55  
Digərləri Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı davam edir FOTO

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə

arrow Ətraflı
Azərbaycanlı alim vəfat etdi like
  • 25 May 16:48  
Digərləri Azərbaycanlı alim vəfat etdi

Ümumdünya Nobel Mükafatları Komitəsinin Beynəlxalq Nobel İnformasiya Mər

arrow Ətraflı
“Azərbaycanın Ukraynaya verdiyi dəstək beynəlxalq nüfuzunun göstəricisidir”  ŞƏRH like
  • 25 May 16:26  
Siyasət “Azərbaycanın Ukraynaya verdiyi dəstək beynəlxalq nüfuzunun göstəricisidir” ŞƏRH

Elxan Şahinoğlu: Azərbaycanın Ukraynaya dəstəyi beynəlxalq nüfuzunun gö

arrow Ətraflı
Telefon, “ağıllı” saat...  İmtahandan çıxarılanlar like
  • 25 May 16:09  
Digərləri Telefon, “ağıllı” saat... İmtahandan çıxarılanlar

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün II və III ixtisas qrupları

arrow Ətraflı
Rusiyanın Ukraynadakı hərbi gücü tükənmək üzrədir  ABŞ like
  • 25 May 15:56  
Dünya Rusiyanın Ukraynadakı hərbi gücü tükənmək üzrədir ABŞ

ABŞ və Avropanın yüksək səviyyəli rəsmiləri və hərbi ekspertləri hes

arrow Ətraflı
Qəbul imtahanının nəticələri nə vaxt açıqlanacaq? like
  • 25 May 15:38  
Digərləri Qəbul imtahanının nəticələri nə vaxt açıqlanacaq?

Mayın 26-dan etibarən Dövlət İmtahan Mərkəzində (DİM) imtahan protokoll

arrow Ətraflı
Ayaz Salayev: "Röya nə deyirsə, mənə xoşdur" like
  • 25 May 15:10  
Şou-biznes Ayaz Salayev: "Röya nə deyirsə, mənə xoşdur"

"Azərbaycanfilm" kinostudiyasının baş redaktoru Ayaz Salayev Xalq

arrow Ətraflı
Pəncərə kənarında əyləşməyə görə əlavə pul?  RƏSMİ like
  • 25 May 14:36  
Digərləri Pəncərə kənarında əyləşməyə görə əlavə pul? RƏSMİ

Azərbaycan Hava Yolları (AZAL) təyyarədə pəncərə kənarında əyləşmə

arrow Ətraflı
Biz müharibəni bu il diplomatik yolla sonlandırmaq istəyirik  Ukrayna XİN like
  • 25 May 14:03  
Siyasət Biz müharibəni bu il diplomatik yolla sonlandırmaq istəyirik Ukrayna XİN

Biz müharibəni bu il diplomatik yolla sonlandırmaq istəyirik.

arrow Ətraflı
Tiflisin mərkəzində ATIŞMA like
  • 25 May 13:53  
Digərləri Tiflisin mərkəzində ATIŞMA

Tiflisin mərkəzindəki Qəhrəmanlar meydanında BMV markalı avtomobilin sür

arrow Ətraflı