Əmək Məcəlləsinə dəyişiklik: Məzuniyyət qaydaları dəyişə bilər
Digərləri 04 İyn 2025 16:15:00 98 0
Əmək qanunvericiliyində bir sıra dəyişikliklər gözlənilir. Bunlardan biri də məzuniyyətlə bağlıdır. Belə ki işçi ərizə yazmasa işə götürən onu məzuniyyətə göndərə bilmir. Bunun isə dəyişdirilməsi təklif olunur.
Bu xəbəri də oxu: Bayramda rayona gedənlərin DİQQƏTİNƏ
Bəs bu zərurət nədən irəli gəlir?
Son.az xəbər verir ki, əmək hüquqları ilə bağlı mütəxəssis Nihad Əliyev deyir ki, hazırda qanunvericiliyə əsasən, işçinin məzuniyyətə çıxmaqla bağlı ərizəsi olmadığı tədqirdə işə götürən tərəfindən məcburi məzuniyyətə göndərilə bilməz. Tək bura əmək məzuniyyətindən söhbət gedə bilməz. Sadalanan bütün məzuniyyətlərdə 112-ci maddəyə əsasən, mütləq şəkildə işçinin ərizəsi olmalıdır. Daha sonra işə götürən bunu əmrləşdirməlidir.
Bəzi hallarda isə işçi məzuniyyətə çıxmayıb onun yerinə kompensasiya istəyir. Bəs bu hansı hallarda mümkündür?
Mütəxəssis qeyd edir ki, 135-ci maddəyə əsasən, işçi hansı səbəbdən olursa olsun, rəhbərliyə müraciət edərək il ərzində çıxmadığı məzuniyyət günlərinə görə kompensasiya tələb edə bilər.
Hüquqşünas Sahib Məmmədov isə bildirir ki, bəzən işçilər qəsdən məzuniyyət hüququndan istifadə etmirlər. Sonra onun əvəzinə kompensasiya alırlar. Bu da işə götürənlər üçün problem yaradır. İşçinin bir neçə illər məzuniyyətə çıxmayıb qarşılığında kompensasiya alması onun sağlamlığına və əmək keyfiyyətinin azalmasına gətirib çıxarır. Təklif olunan yeniliklər məhz bu kimi halların qarşısını almağa yönəlib.
Qeyd edək ki, imtiyazlı şəxslər, azyaşlı uşağı olanlar, əlillər, müharibə veteranları və digər kateqoriyadan olan şəxslər istədikləri vaxt məzuniyyətə çıxa bilərlər.
Aysel Əkbər Son.az
Aktrisa Zülfiyyə Qurbanova paylaşımı ilə diqqət çəkib.

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind

2025-ci ilin yanvar-iyun aylarında İrəvandan Bakıya və əks istiqamətdə i

Havaların qeyri-sabit keçməsi səbəbindən respirator xəstəliklərə, o c

İş və istirahət günlərinin yerləri dəyişdirilib.

Azərbaycanda 2024-2025-ci tədris ilinin əvvəlində 4324 məktəb olub.

Polis tərəfindən saxlanılan "Xozeyn" ləqəbli tiktoker Vüqar Kə

Rusiyada saxlanılan erməni əsilli iş adamı Areqa Şepixin ekstremist fəali

Oğuz rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən avtoqəza

Builki bayram AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsa

Yay mövsümünün başlaması ilə dəniz və hovuzlara axın artır. Bu zaman

Azərbaycanın Yaponiyadakı səfirliyinin və Heydər Əliyev Fondunun təşkil

Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanın Qaregin Njde küçəsində y

Tədris ilinin sonuna yaxınlaşdıqca təhsil işçilərini düşündürən mə
