Abituriyentlərə keçid balları ilə bağlı şad xəbər
Digərləri 06 İyn 2025 18:53:00 70 0
Bu il ali məktəblərə qəbul prosesində plan yerləri ilə bağlı bir sıra dəyişikliklərin olacağı gözlənilir. Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bildirib ki, ali təhsil müəssisələrinə 1309 plan yeri artırılıb.
Bu xəbəri də oxu: Tikinti sektorunu "vuran" səbəb: Qiymətlər yenə də yüksələcək?
"I ixtisas qrupu üzrə 455, II qrup üzrə 385, III qrup üzrə 124, IV qrup üzrə 114, V qrup üzrə isə 231 nəfər plan yeri artırılıb. Mülki ali məktəblərə 60 489 nəfər qəbul edəcəyik. Bu, keçənilki plan yerlərindən 1300 yer və ya 2 faiz çoxdur. Dövlət sifarişli yerlərin sayı 568 yer artıb. Bu il kolleclərə 15874 nəfər qəbul edəcəyik. Amma 9 illikdə verilən yerlərin sayı 25 faiz azalıb. Bu il 8144 nəfər qəbul olunacaq", - o, qeyd edib
Onun sözlərinə görə, qərar daha çox tələbənin universitet təhsili almağa şans əldə etməsinə imkan yaradacaq.
Bəs bu artım keçid ballarında hər hansı bir dəyişiklik yaradacaqmı?
Mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Məzahir Məmmədli Bizim.Media-ya danışıb.
O, qeyd edib ki, təhsillərini Azərbaycanda davam etdirmək istəyən daha çox gəncə üniversitet təhsili alma şansı verəcək. Ətraflı
"Bu ildən etibarən ali təhsil müəssisələrinə qəbul yerlərinin artırılması planlaşdırılıb. Təəssüf ki, bu il də keçirilən qəbul imtahanlarında bir neçə səhvlər oldu. Bu, həm tarix fənni üzrə keçirilən blok imtahanları, həm də riyaziyyat fənni ilə bağlı imtahanlarda özünü göstərdi.
DİM sonradan səhv suallar qoyulduğunu özü də etiraf etdi. Lakin ən pisi odur ki, vəziyyət yanlız abituriyentlərdən üzr istəməklə kifayətləndi. Bu səhvlərin yaratdığı problemlər və fəsadlar olduğu kimi qaldı".
Ekspertin fikrincə, bu il ali təhsil müəssisələrinə qəbul yumşaldılacaq.
"Ən azı 5 min abituriyent öz arzularına çata biləcək. Bu isə o deməkdir ki, ballar ötən ilə nisbətən müəyyən qədər aşağı düşəcək. Bu, bütün ixtisasları əhatə etməyəcək, amma ümumilikdə 5 min nəfərin universiteti qazanması ümidverici haldır. Postsovet ölkələri içərisində ən çox ali təhsilli olan gənclər Azərbaycandadır. Bu nisbət hər yüz nəfərə 17-18- dir.
M.Məmmədli bu müsbət addımların arxasında hələ də ciddi islahatların həyata keçirilməsinin vacib olduğunu vurğulayıb.
"DİM müəyyən dəyişikliklər etməlidir ki, gənclərimiz blok imtahanından sonra xaricə üz tutmasınlar elə öz vətənlərində təhsil alsınlar".
Sabah hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında görünüş mə

29 iyun saat 11:00-da "Balacalar üçün Sirk" adlı teatr tamaşası

Hollivudun məşhur aktyoru Tom Kruz yenidən qeyri-adi cəsarəti ilə gündəm

Cəlilabad rayonu Həziabad kənd sakini 41 yaşlı Qənbər Yusubov döyülər

I-IV ixtisas qrupları daxilində (dövlət sifarişi üzrə) ən aşağı keçi

Tovuzda yanğın hadisəsi baş verib.

Dünyanın bəzi bölgələrində müsəlmanlar arasında iğtişaşlar baş ver

Bakıda ticarət mərkəzlərinə məxsus dayanacaqlarda parklanma qiyməti art

Bu gecə Ukrayna Müdafiə Qüvvələri təcavüzkar dövlətin Ukraynaya qarş

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və O

İlon Mask "X" hesabında paylaşdığı sorğuda belə bir sual verib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəndo

Xəbər verdiyimiz kimi, iyunun 5-i gecə saat 03:00 radələrində Qazaxda baş

2025-ci ilin meteoroloji müşahidələr tarixində Yer kürəsinin ən isti ü

Bu həftə ərzində Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən
